İrəvan qarışıb
21.09.2023 [11:12]
Müxalifət Nikol Paşinyanın istefasını tələb edir
NARDAR
Azərbaycanın Qarabağ ərazisində antiterror əməliyyatı keçirməsi Ermənistanda daxili ictimai-siyasəti xeyli gərginləşdirib. Ermənistanın müxalifət partiyaları xalqı meydanlara çıxmağa səsləyib. Onlar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər. Belə ki, sentyabrın 19-da İrəvanın “Respublika” meydanında genişmiqyaslı aksiya keçirilib. Etirazçılar baş verənlərə görə Paşinyanı günahlandırıblar. Mitinq iştirakçıları “Nikol satqındır!” şüarı səsləndiriblər. Eyni zamanda, Rusiyaya da qarşı ittihamlar irəli sürülüb. Etiraz aksiyasının davamlı olacağı bildirilir və bu məqsədlə meydanda çadırlar quraşdırılıb. Aksiya zamanı 34 nəfər xəsarət alıb, polis 16 nəfəri saxlayıb.
“Ana Ermənistan” müxalifət blokunun rəhbəri Andranik Tevanyan vətəndaşları ümummilli tətillərə çağırıb və İrəvanın “Respublika” meydanında böyük mitinq elan edib. Tevanyan bildirib ki, o, yoldaşları ilə bütün gecəni meydanda keçirib. O, məsələnin tez bir zamanda həllini vacib sayır. “Qarabağda vəziyyət gərgindir, Ermənistanın taleyi məhz orada həll olunur. Vəziyyəti həll etmək üçün bizim yalnız bir imkanımız var - hakimiyyətin dəyişdirilməsi və Ermənistanın baş naziri Nikol Paşinyanın istefası”, - deyə Tevanyan söyləyib.
Müxalifətçi siyasi maraq və baxışlardan asılı olmayaraq hər kəsi “birliyə” çağırıb. Onun sözlərinə görə, “Qarabağ qorunmasa, Sünik, Sevan, ondan sonra İrəvan gələcək”.
Baş nazir Nikol Paşinyan isə Ermənistanda əhalini “vəziyyətə ayıq yanaşmağa, soyuqqanlılığı qorumağa, bəzi qüvvələrin Ermənistan dövlətçiliyinə zərbə vurmasına imkan verməmək üçün təxribatlara boyun əyməməyə” çağırıb. “Biz imkan verməməliyik ki, kimlərsə Ermənistanın dövlətçiliyinə zərbə vursunlar. Gözlənildiyi kimi, artıq Ermənistanda dövlət çevrilişinə çağırışlar müxtəlif yerlərdən eşidilir. Bütün bunlara dövlətin qanunvericiliyi əsasında cavab verilməlidir. Lakin təbii ki, bu vəziyyətdə çox şey Ermənistan vətəndaşlarından, xalqından asılıdır ki, mənim qənaətimə görə, onlar nə qədər çətin olsa da, yaranmış vəziyyətə ayıq və soyuqqanlı davranmalıdırlar. Vəziyyət hər kəs üçün nə qədər çətindirsə, mənim və bütün ölkə rəhbərliyi üçün bir o qədər çətindir. Amma biz indiki məqamda kəskin, avantürist hərəkətlər etməməliyik”- deyə Paşinyan söyləyib.
Ermənistanın baş naziri əlavə edib ki, o, müəyyən informasiya çatışmazlığının mövcudluğunu başa düşür. O deyib ki, vəziyyətə uyğun olaraq lazımi tədbirlər görüləcək. Paşinyan vətəndaşları təxribatlara boyun əyməməyə, sakit olmağa çağırıb: “Ölkədə hüquq sistemi tam qaydasında fəaliyyət göstərir və sabitlik qorunur. Hamı başa düşür ki, qanunun aliliyini və sabitliyi pozmaq Ermənistan əleyhinə hərəkət edən və hərəkət etmək niyyətində olan qüvvələrin qarşısına qoyduğu məqsəddir”.
Qeyd edək ki, erməni mediası hakimiyyətin yüksək rütbəli məmurlarının “bağ evindən” qayıdaraq Müdafiə Nazirliyinin bunkerinə sığındıqları haqda məlumat yayırlar. Həmin informasiyalarda bildirilir ki, məmurlar Nikol Paşinyanla birlikdədir. Onların ailələri isə gizlədilib. Nikol Paşinyanın ailəsi hadisələrə qədər Göyçədəki bağ evində idi. Hazırda onun ailəsinin harada olması ilə bağlı məlumat verilmir.
Onu da bildirək ki, İrəvan şəhərində hakimiyyət əleyhinə mitinq ötən gün də davam edib. Mitinq təşkilatçıları aksiyanın əsas tələbinin dəyişmədiyini deyiblər. Bu tələb isə baş nazir Nikol Paşinyanın istefasından ibarətdir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31

