Ermənilərlə eyni mərama xidmət edən "jurnalistlərimiz"...
12.01.2012 [15:57]
Azərbaycan dövlətinin inkişafı, uğurları deyəsən bəzi dairələri əməlli-başlı çaş-baş salıb. Artıq ölkəmizin imicinə xələl yetirmək üçün şər atmağa, ləkə yaxmağa mövzu tapa bilmədikləri üçün bu insanlar ölkədə atılan hər bir addımı, aparılan hər hansı bir fəaliyyəti öz qavrayışlarının “demokratiyası” müstəvisində qələmə verməyə çalışırlar.
Belə insanlardan biri olan Xədicə İsmayılova da öz fəaliyyətini bu istiqamətdə qurub. Fəaliyyətinin bütün dövrlərində Azərbaycan dövlətinin və xalqının maraqlarına zərbə vurmaq üçün fürsət gözləyən X.İsmayılova “Azadlıq” radiosuna rəhbərlik etdiyi dövrdə bunun üçün var gücü ilə çalışırdı. Xarici maliyyənin təsiri ilə bütün fəaliyyətini Azərbaycan hökumətinə qara yaxmağa həsr edən X.İsmayılova istər ölkəmizdə keçirilən seçkilərə, istərsə də həyata keçirilən islahatlara, yenidənqurma işlərinə özünəməxsus don geyindirərək bunu qulluq etdiyi və maliyyə dəstəyi aldığı dairələrin arzularına uyğun şəkildə yaymağa çalışırdı. Hər məqamda özünü “müstəqil” kimi qələmə verməyə çalışan X.İsmayılova və rəhbərlik etdiyi qurum addımbaşı hansı maraqların əsiri olduğunu nümayiş etdirirdi. Maraqlıdır ki, hətta Avropanın bir sıra mühüm beynəlxalq qurumları belə ölkəmizdə gedən inkişafı yüksək dəyərləndirdikləri zaman X.İsmayılova ciddi-cəhdlə həmin qurumlara bunun əksini “sübut” etməyə çalışırdı. Əlbəttə ki, bu “dirənişin” arxasında dayanan marağın nədən ibarət olmasını deməyə belə hacət qalmır...
Qeyd edək ki, X.İsmayılova və bu tip insanların Azərbaycanın uğurlarına qıcığı təkcə siyasi müstəvidə məhdudlaşmır. Hətta ölkəmizin mədəni sahədə, elm və təhsilin inkişafında əldə etdiyi nailiyyətlər bu insanlar tərəfindən fərqli istiqamətdə yozulur, özünəməxsus şəkildə dəyərləndirilir. Azərbaycanın “Eurovision” yarışmalarında uğur əldə etməsi, o cümlədən, bu yarışın 2012-ci ildə Bakıda keçiriləcəyi X.İsmayılovanın yuxusunu ərşə çəkmiş kimi görsənir. Səbəb isə ortadadır. “Yeni Azərbaycan” qəzeti olaraq bir müddət əvvəl erməni mətbuatının radikal düşərgə qəzetlərinə istinad nöqtəsi kimi yanaşdığını yazmışdıq. O cümlədən, erməni mətbuatı ölkəmizdə keçirilməsi nəzərdə tutulan “Eurovision-2012” yarışmasına da qara yaxmaq üçün əldən-ayaqdan gedir. Bu həmin dövlətin və həmin mətbu orqanların Azərbaycan düşmənçiliyindən xəbər verir. Ona görə də erməni mətbuatının bu istiqamətdə fəaliyyətini anlamaq mümkündür. Addımbaşı ölkəmizə qara yaxmaq məhz düşmənin fəaliyyət prinsipidir. Maraqlıdır ki, hər zaman ölkəmizin maraqlarına, imicinə mümkün olduğu qədər, əlindən gəldiyi qədər qara yaxmaqla məşğul olan X.İsmayılova da analoji fəaliyyətlə Bakıda keçiriləcək “Eurovision” yarışmasına qarşı şər-şəbədə kampaniyası aparmaqdadır.
X.İsmayılova “eurasianet” saytı üçün bir reportaj hazırlayıb və həmin reportajda Bakıda xəstə küçə heyvanlarına qarşı “zorakı” əməllər həyata keçirildiyini bildirir. Həmin yazının girişini oxuyanda artıq müəllifin nə qədər qərəzli olması meydana çıxır. Görəsən, X.İsmayılova niyə paytaxtda xəstə küçə itlərinin zərərsizləşdirilməsinə qarşı aparılan tədbirləri “SOS” şəklində təbliğ etmək niyyətinə düşüb? Digər tərəfdən, bu xəstə küçə itlərinin zərərsizləşdirilməsi istiqamətində aparılan tədbirin məhz birbaşa may ayında keçirilməsi nəzərdə tutulan “Eurovision”la əlaqələndirilməsi hansı məqsədi güdür? Bu mühüm yarışma öncəsi aparılan tədbirlər, xəstə küçə heyvanlarının zərərsizləşdirilməsi X.İsmayılovanın ürəyincə deyilmi? Yoxsa, bu xəstə heyvanların şəhərin küçələrində sağa-sola “pərvaz edərək” potensial təhlükə yaratması, ən əsası uşaqlar və qocalar üçün əsl təhlükə mənbəyinə çevrilməsi X.İsmayılovanı narahat etmirmi?
Təəccüblənməyə dəyməz. Sadəcə, X.İsmayılova yenə də öz ampluasındadır. Bu şəxs hazırladığı reportajda özünü “tərəfsiz” kimi qələmə verməyə çalışsa da onun ölkəmizin “Eurovision” qələbəsinə qarşı qəzəbinin hələ də sakitləşmədiyi ortaya çıxır. Belə olmasaydı, tərəfsiz jurnalistikanın qaydalarına əsasən, informasiyanın hər iki tərəflə dəqiqləşdirilməsini eyni tərzdə təqdim edərdi. Yoxsa, xəstə küçə itlərinin zərərsizləşdirilməsini “fəlakət və zorakılıq” adlandırıb, bunun qarşılığında həmin işə məsul şəxsin açıqlamasını kölgəyə salmazdı. Bəli, həmin məsələyə məsul şəxsin açıqlamasında da bildirilir ki, küçə heyvanları həkim nəzarətindən keçirilir və yalnız xəstə heyvanlar tələf edilir. Nə etməli? Quduz və ya hansısa xəstəliyi daşıyan heyvanı küçəyə buraxıb əhali üçün mümkün qorxu mənbəyimi yaradılmalıdır?
Cəmisi bir müddət öncə X.İsmayılovanın “həmfikirlərinin” nəzarətində olan KİV ölkədə sahibsiz itlərin çoxalması və onların insanlara hücum etmələri ilə bağlı reportajlar verirdilər. Amma indi görülən tədbirlərin qarşısını almaq üçün səs-küy salırlar. Görəsən, X.İsmayılova və bu qəbildən olanlar heç olmasa, nə istədiklərini özləri üçün müəyyənləşdirmək qabiliyyətindədirlərmi?
Xəbər lenti
Hamısına baxDünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40

