Rusiya ilə bütün körpülər yandırıldı
04.10.2023 [11:45]
Moskvanın İrəvan rəhbərliyinə sualları var
Ötən gün Ermənistan parlamenti Roma Statutunu ratifikasiya edib. Müxalifətin boykot etdiyi parlament iclasında hakim partiya nümayəndələri bu sənədin Rusiyaya qarşı yönəlmədiyini iddia ediblər. Amma məlumdur ki, Ermənistan Roma Statutuna qoşulduqda Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı qərarlar bu ölkə tərəfindən də icra olunmalıdır. Hələ İrəvan bu barədə niyyətini bəyan etdikdə Rusiya XİN açıqlama yayaraq Ermənistanın bu qərarının qəbuledilməz olduğunu bildirmişdi. Belə ki, Beynəlxalq Cinayət Məhkəməsi mart ayında Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib. Putin Ermənistana səfər edərsə, Roma Statutuna əsasən, bu ölkədə həbs olunmalıdır. Ona görə də Rusiya rəsmiləri məsələ ilə bağlı Ermənistandan izahat tələb edirlər. Rusiya Federasiya Şurasının vitse-spikeri Yuri Vorobyov deyib ki, Ermənistan parlamentinin Roma Statutunu ratifikasiya etməsi V.Putinə qarşı qeyri-dost addımdır. Onun sözlərinə görə, erməni parlamentarilərin qərarı Parlamentlərarası Komissiyanın işi çərçivəsində formalaşmış konstruktiv və inamlı münasibətləri məhv edir.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu (Roma Əsasnaməsi) 15 iyun 1998-ci il və 17 iyul 1998-ci il tarixləri arasında Birləşmiş Millətlər Təşkilatı Konfransının İtaliyanın paytaxtı Romada qəbul etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin Qurulması haqqında sənəddir. Sənədi 139 dövlət imzalasa da, 124 dövlət ratifikasiya edib. Ermənistan isə 125-ci olacaq. Rusiya Roma Statutunu imzalasa da, parlamentdə təsdiqləməyib. Ardınca, 2016-cı ilin noyabrında prezident Putin Rusiyanın Roma Statutunda iştirakdan imtinası ilə bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, Roma Statutunun təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır: soyqırımı, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri. Bu cinayətlərə heç bir məhdudiyyət tətbiq olunmur. Roma Əsasnaməsinə görə, Beynəlxalq Cinayət Məhkəməsi, dövlətlərin özlərinin həll etməkdə çətinlik çəkdiyi və müdaxilə etmək istəmədiyi vəziyyətlərdə yalnız dörd əsas beynəlxalq cinayətin araşdırmasını apara bilər. Məhkəmənin yurisdiksiyası yerli məhkəmələrin səlahiyyətləri ilə ziddiyyət təşkil etmir. Məhkəmə yalnız cinayətlərin hər hansı iştirakçı dövlətin ərazisində və ya iştirakçı dövlətin vətəndaşı tərəfindən törədildiyi təqdirdə səlahiyyətlərə malikdir. İstisna olaraq, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyası BMT Təhlükəsizlik Şurası tərəfindən icazə verildiyi təqdirdə, bəzi beynəlxalq cinayətlərə də aid ola bilir.
Rəsmi İrəvan iddia edir ki, bu sənədin ratifikasiyasının Putinin həbsi ilə əlaqəsi yoxdur, sadəcə, Ermənistanın təhlükəsizliyi ilə bağlıdır. Bu yaxınlarda Paşinyan açıq şəkildə bildirdi ki, artıq Ermənistan öz təhlükəsizliyini Rusiyaya etibar etmir. Belə bir şəraitdə Rusiya ilə Ermənistan arasında gərginliyin artması ehtimalı böyükdür. Nəzərə alaq ki, oktraybrın 13-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB ölkələri liderlərinin sammitinin keçirilməsi nəzərdə tutulur. Ermənistanın Roma Statutunu ratifikasiya etdikdən sonra bu sammitdə hansı üzlə iştirak edəcək? Nikol Paşinyan Vladimir Putinlə üz-üzə gələ biləcəkmi? Bir məqam aydındır ki, Rusiya rəsmi İrəvanın bu addımını cavabsız qoymayacaq və qoymayıb da...
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsinə münasibət bildirərkən deyib ki, Ermənistanın Roma Statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər baxımından yanlış addımdır: “Rusiya Ermənistan xalqını qardaş hesab edir, lakin Moskvanın bu ölkənin rəhbərliyinə sualları var. Kreml istəməzdi ki, Vladimir Putin nə vaxtsa Ermənistana səfərdən imtina etməli olsun” - deyə o əlavə edib.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

