Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İkili standartlar ayaq açıb yeriyəndə...

İkili standartlar ayaq açıb yeriyəndə...

20.10.2023 [11:47]

Ayrı-ayrı Avropa ölkələri və qurumları yeri gəldi-gəlmədi demokratiyadan danışır və bütün dünyaya birgəyaşayış dərsi keçməyə çalışırlar. Ancaq reallıqda, daha konkret ifadə etsək, son 30 il ərzində müharibə vəziyyətində olan Azərbaycana və Ermənistana münasibətdə biz başqa mənzərənin şahidi oluruq. Açıq şəkildə demək lazımdır ki, Avropada oxşar məzmunlu məsələlərə tamam fərqli prizmalardan münasibət bəslənilir. Belə yanaşmalar ikili standartların təzahürüdür və təhlükəli presedentlərə yol açır.

Fransanın Ermənistan rəzaləti

Ayrı-ayrı Avropa ökələrinin və qurumlarının ikili standartlar nümayiş etdirmələrindən bəhs edərkən Fransanın siyasi rəhbərliyinin, parlamentinin Azərbaycana münasibətdə qərəzçiliyini xüsusi vurğulamaq lazım gəlir. Bütünlüklə güclü erməni lobbisinin girovluğunda qalan Fransa rəhbərliyi başda prezident Emmanuel Makron olmaqla Avropanın mərkəzində bir üzqarası - Ermənistan rəzaləti nümayiş etdirir. Fransa lideri tutuquşu kimi elə hey “kiçik bacı” Ermənistanın arxasında dayanacağını təkrarlayır.  Ölkənin siyasi hakimiyyətinin verdiyi siqnallardan ruhlanan Fransa Senatı və Milli Assambleyası da eyni yolla gedir. Xatırladaq ki, 2020-ci ilin noyabr ayında Fransa Senatı qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyinin” tanınması barədə qətnamə qəbul etmişdi. Fransa parlamentində oxşar məzmunlu “sənədlər”, həmçinin ötən ilin sonlarında qəbul olundu.

Fransaya üzqaralığı gətirən belə faktların siyahısını uzatmaq da mümkündür. Bu ölkənin BMT Təhlükəsizlik Şurasını bir alətə çevirmək cəhdləri bu ölkənin ikili standartlar siyahısında xüsusi yer tutur. Fransanın ötən ilin dekabrında BMT TŞ-də Azərbaycan əleyhinə sənəd qəbul etdirməyə çalışması bu ölkənin Cənubi Qafqazda sülhyaratma prosesinə hansı niyyətlə qoşulmaq istəyini bir daha ortaya qoydu. Azərbaycanın beynəlxalq səviyyədə apardığı uğurlu diplomatik fəaliyyət Paris-İrəvan tandeminin cəhdlərini darmadağın elədi. Bundan dərs almayan Fransa Azərbaycanın konstitusiya quruluşunu bərpa etmək məqsədilə Qarabağ bölgəsində apardığı lokal antiterror tədbiri ilə əlaqədar BMT TŞ-nın iclasının çağırılmasını istəyib.

Fransa kimi ermənipərəst ölkələrin belə ikili yanaşmaları sadəcə, rüsvayçılıqdır. Bu qəbildən olan  cəhdlərlə haqq yolu tutan, beynəlxalq prinsiplərə sadiq qalan Azərbaycanı öz yolundan çəkindirmək mümkün deyil. E.Makronun, onun komandasında yer alan məmurların, Fransa parlamentinin riyakarlığına, ağa qara deməsinə rəğmən, respublikamız hədəflərinə və milli məqsədlərinə doğru irəliləyir. Artıq Dağlıq Qarabağ, özünü buraxmaq məcburiyyətində qalan separatçı rejim qalib Azərbaycan üçün bir keçmişdir. Qarabağda suverenliyini tam təmin edən, Xankəndidə gerbini asan, bayrağını ucaldan Azərbaycan gələcəyə baxır.

Otuz il təcəvüzkar Ermənistanın başına sığal çəkən Avropa ölkələri və qurumları

Fransa başda olmaqla bəzi Avropa dövlətlərinin, eləcə də  “Amnesty İnternational”, “Freedom House”, “Human Rights Watch”, Avropa Parlamenti kimi “beynəlxalq” təşkilatların təxminən 30 il ərzində həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə sərgilədikləri mövqe (əslində, mövqesizlik-red.) ikili standartlara ən bariz nümunə sayıla bilər. Biz işğal dövründə Qərbi Azərbaycanda yaradılan saxta Ermənistan dövlətinin “köhnə qitədəki” havadarları tərəfindən necə güclü şəkildə dəstəkləndiyinin şahidi olduq. İşğalçı Ermənistan üç onillik ərzində daim sülh danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirir, beynəlxalq hüquq normaları ilə bir araya sığmayan tələblər irəli sürür və daim keçmiş təmas xətti boyunca təxribatlara əl atırdı. Bu kimi davranışlarla Ermənistan, əslində, işğal nəticəsində yaranan keçmiş status kvonu sonsuzluğadək uzatmağa çalışırdı. Məhz bu səbəbə görə də 28 il davam edən danışıqlar prosesi heç bir səmərə vermirdi. Nəticə faktiki olaraq sıfır idi. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsinə baxmayaraq, Ermənistanın mövqeyində hansısa bir dəyişiklik baş vermirdi. Bunun yeganə səbəbi isə işğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın beynəlxalq hüquq normaları çərçivəsində cəzalandırılmaması, daim işğalçı dövlətin başına sığal çəkilməsi idi. Azərbaycanın təcavüzkarın cilovlanması, ona qarşı sanksiyaların tətbiq edilməsi çağırışları cavabsız qalırdı. Sanki hər xırda məsələyə görə Azərbaycan əleyhinə qərəzli sənədlər qəbul edən Avropa qurumları, Fransa Senatı və Milli Assambleyası Ermənistanın təcəvüzkarlıq siyasətini görməzdən gəlməyə və ağızlarına su almağa  and içmişdilər.

Avropa İttifaqı “köhnə qitənin” maraqlarına qarşı

Son illərdə Azərbaycanın Avropa İttifaqı (Aİ) məkanı üçün önəmi əhəmiyyətli dərəcədə artıb. Ölkəmizlə Aİ arasında fəal enerji dialoqu qurulub. Son olaraq 2022-ci il 18 iyul tarixində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Bu, Azərbaycanla Aİ arasında enerji dialoqunun perspektivlərinə dair yol xəritəsi sayılır. Memorandumun icrası nəticəsində respublikamızın “köhnə qitə”nin enerji təhlükəsizliyinin təmin olunmasında rolu daha da artacaq.

Bəs kasıb, dalan ölkə olan Ermənistanın Avropa üçün önəmi nədən ibarətdir? Bu ölkə “köhnə qitə”yə nə verə bilər? Sulların cavabı mənfidir. Çünki bu ölkə müttəfiqləri üçün faydasızdır və onların hansısa bir işinə yaramaq iqtidarında deyil. Lakin Aİ-nin Azərbaycan və Ermənistana münasibəti əsla adekvat deyil, əslində, “köhnə qitə”nin maraqlarına da ziddir.  Aİ Azərbaycandan fərqli olaraq Ermənistana davamlı şəkildə maliyyə dəstəyi göstərir. Növbəti mərhələdə qurum Ermənistana 25 milyon avrodan çox yardım edəcək. Artıq 10,2 milyon avro ayrılıb.  Daha 15 milyon avro isə yaxın perspektivdə təmin ediləcək. Hətta Avropanın özündə belə ehtiyacların qarşılanmasına xəsisliklə vəsait ayıran Aİ-nin Ermənistana bu cür səxavətlilik göstərməsi suallar doğurur.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 463 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31