Avropa necə və niyə parçalanır...
03.11.2023 [10:25]
I yazı
Qərb praqmatizmi Şərq müdrikliyinə uduzur
2020-ci ilin sonu, 2021-ci ilin əvvəlindən başlayaraq dünyanın siyasi nizamına “əl gəzdirilməsi arzusu” acı da olsa, bəzi reallıqları üzə çıxardı. Özünü “gözübağlı femina”nın etalonu sayan Avropada siyasi münasibətlərin də get-gedə “iqtisadi narazılıqlar” fonunda deqradasiyaya uğradığını gizlətmək mümkün olmurdu. Böyük Britaniyanın Avropa İttifaqından “imtinası” bu məsələdə açıq karta çevrildi və ardınca baş verənləri sanki stimullaşdırdı. Təxminən 2022-ci ilin əvvəlindən, Rusiya-Ukrayna müharibəsi başlanan dövrdən isə Avropa özünün “toz içində itmiş” yolunu axtarmaq üçün səfərbər oldu.
“Əldə etmək” uğrunda döyüş - “qazanc” əhəmiyyət daşımır
Məsələnin daha açıq mahiyyətinə varsaq, Avropa “dünya hegemoniyası” ansamblında təmsilçilik uğrunda döyüşə başladı. Yolun çətinliyi əvvəlcədən bəlli idi - Britaniyanın Aİ-dən gedişi “mərkəzçi Avropa” qanadı üçün geniş üfiqlər açsa da, imkanları məhdudlaşdırmışdı. Artıq mərkəzçi Avropa klassik “anqlo-sakson” dəstəyinə əvvəlki qədər “bel bağlaya bilmir”. Məsələn, Stoltenberqin səlahiyyət müddəti bitsə də, Avropa NATO rəhbərliyinin təyinatı və ya seçimi məsələsində razılıq əldə etmək “bacarığının” qısırlığını etiraf edir. Başqa sözlə, “mərkəzçi Avropa” hələ də “köhnə qitə”nin “tam sahibi” ola bilmir.
Yaranan fikir ayrılıqları özünü siyasi müstəvidə daha real əks etdirir - hətta Rusiyaya sanksiya tətbiqi, enerjidən imtina kimi kritik məsələlərdə “konsensus əldə olunmadı” deyərək susmağa üstünlük verilir. Yenə də maraqlar maqnitin əks qütblərinə doğru çəkilir - “anqlo-sakson ittifaqı” daha radikal, daha aqressiv görünür. “Mərkəzçi Avropa” prosesin və coğrafi yerləşimin “mərkəzində” yer aldığı üçün isə daha liberal və isti siyasətə “qane” olmalıdır. İndiki halda nəyin haradan əldə olunması əsas şərt deyil. Əsas şərt sadəcə, “əldə etməkdir” - dəstək, sabah üçün ümidlər, iqtisadi stimullaşdırma və ən əsası təhlükəsizlik qarantı...
Mərkəzi Avropa “Günəşə tərəf” boylanır...
Bir az geriyə nəzər salaq - bu ilin aprelində Fransa prezidenti Emmunuel Makronun və Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin Çinə birgə səfəri baş tutmuşdu. Pekində əsas “müzakirə mövzusu” Ukrayna məsələsi sayılsa da, alt qatda nələrin baş verdiyi siyasi kluarlar üçün açıq idi. Siyasi mütəxəssislər daha çox özünü Mərkəzi Avropanın “söz sahibi” sayan Makronun üzərinə fokuslanmışdılar - o baxımdan ki, artıq əsrlərdir davam edən “Avropa çəkişməsi”nin tərəflərindən sayılan Fransa üçün avrosentristlərin maraqlarının qorunması həm də bir prinsipiallıq daşıyırdı. Mərkəzi Avropa anlayır ki, Qərb ilə Rusiya arasındakı gərginlik Kremllə yanaşı onlar üçün də “ucuz başa gəlməyəcək”:
- Bu qələbə demək olar ki, min ilə yaxındır uzanan (yüzillik müharibə ilə əsası qoyulmuş) avrosentrist-anqlosakson mübarizəsinin həlledici mərhələsinə çevrilə bilər;
- Fransa, Almaniya, İspaniya, kimi “köhnə qitə” təmsilçiləri Avropa siyasətinin yönləndirilməsindəki rollarını itirə bilərlər;
- İqtisadi cəhətdən bitkin hala düşmüş Avropa birmənalı şəkildə aqressiv Qərbin nəzarətinə keçər;
- Enerji mübadilələri ABŞ-ın diktəsi və şərtləri altında formalaşdırılar.
- Və nəhayət, bütün regionlardan ard-arda “əli çıxan” Mərkəzi Avropa “nicatı harada tapmalı” sualına çavab axtarışındadır.
Orta Dəhliz “aortası” - Fransa dilemma qarşısında...
Beləliklə də, Avropa özünün “lider obrazı”nı tam və qəti şəkildə itirmək üzrədir. Afrikadan “əli yanmış”, Rusiyadan “qızına bilməyən” Avropa praqmatizmi özü üçün həmin nicatı Şərqdə tapmağı arzulayır. Bir müddət öncə Almaniyanın, indiki halda isə Fransanın Mərkəzi Asiyaya “diqqət kəsilməsi” bir sıra mühüm məqamlardan xəbər verir. Qeyd edək ki, noyabrın 1-də Qazaxıstanı, dünən isə Özbəkistanı “ziyarət edən” Makron “uran axtarışı” adı altında “Şərqə baxış turnesi” həyata keçirib. Qazaxıstan kifayət qədər uran ehiyatlarına malikdir. Dünya uran ehtiyatının 40 faizi Qazaxıstandadır. Fransa elektrikə olan tələbatının 80 faizini atom elektrik stansiyalarından əldə edir. Atom elektrik stansiyaların çalışması üçün daima urana ehtiyac var. Fransa uranı Afrika ölkələrindən, əsasən də Nigerdən əldə edirdi. Ancaq Nigerdə çevrilişdən sonra hakimiyyətə gələn qüvvələr Fransaya uran satmaqdan imtina ediblər. Bu vəziyyətdə Paris Nigeri urana malik bir başqa dövlətlə əvəz etmək məcburiyyətində qalıb.
Fransız soyuqqanlılığı ilə Şərqin imkanlarını “dəyərləndirən” Makron üçün urandan daha qiymətli məzmunda çıxış edən “yol” tranziti məsələsi də var. Fransa, ümumilikdə, Mərkəzi Avropa üçün yeni “reys” axtarışındadır. Bunun üçün isə Mərkəzi Asiyanı yarıdan bölən, Çinlə “iqtisadi cəhətdən birləşməni təmin edəcək” Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır. Çünki Astananın Fransaya uran satmağa hazır olması işin yarısıdır. Uran təhlükəsizlik səbəblərindən hava yolu ilə daşınmır, quru və dəniz yolundan istifadəyə üstünlük verilir.
Beləliklə, Orta Dəhlizə olan böyük maraq “köhnə qitə”nin gələcək perspektivdə üfüqləri və ümidləri üçün əsas şərt kimi çıxış edir. 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılan bu təşəbbüs qısa zamanda qlobal miqyasda diqqəti cəlb edib. Bunun nəticəsi idi ki, sonrakı illərdə layihə genişləndi və iştirakçıların sayı Ukrayna, Rumıniya, Polşa kimi dövlətlərin hesabına artıb. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Fransa isə bu dəhlizdə özü üçün ən azı “stansiya” qurmaq istəyir. Parisin son dövrlərdə açıq şəkildə Ermənistanı özünün arxa baxçasına çevirmək arzusunun mühüm avmillərindən biri də budur...
Cənubi Qafqaza “baxış”...
Yenə bir qədər geriyə “boylanaq” - Makron İsrail səfərinin ardından Fələstini “ziyarət etmişdi” və ABŞ-ın maraqlarına zidd olaraq bəzi məqamlarda “sülh və danışıq” prinsipi üzərindən ötəri də olsa, keçmişdi. Bu indiki mərhələdə AB-a və ya Orta Şərqdə qarşıdurmanı körükləyən qüvvələrə “arxa çevirməkdir”. Fransanın bunu “etməsi”nin arxasında da Orta Dəhliz layihəsi marağı yatır.
Bunu bir neçə aspektdən izah etmək mümkündür. Birincisi, Fransanın Ermənistana yönəlik siyasətinin mərkəzində sırf iqtisadi maraqları dayanır - bu təkzibolunmaz faktdır. Ermənistan yeni dönəmdə Fransanın “işinə yarıya” bilər - Zəngəzur dəhlizinin açılması məsələsində Ermənistanın “bəzi milli israrları” da məhz bu fakta əsaslanır. Fransa Ermənistanın əli ilə həmin dəhlizdə özünün nüfuz orbitini formalaşdırmaq niyyətindədir. Təbii ki, bu da regional planlarla üstü-stə düşmür, səsləşmir. Beləliklə, Fransa üçün indiki halda yeganə yol yalnız və yalnız anti-Türkiyə, anti-Azərbaycan siyasətindən əl çəkməkdir...
Fransa uranı ya Rusiya, ya da Azərbaycan üzərindən daşımalıdır - qeyd etdiyimiz kimi, Azərbaycan üzərindən daşınması üçün Paris mütləq şərtlə özünün Cənubi Qafqaz siyasətinə korrektlər etməlidir. Rusiya isə özü uran ixracatçısıdır və onun ərazisindən üçüncü ölkənin Fransaya satdığı uranı keçirməyə icazə verməsi bu günün reallığında o qədər də inandırıcı görünmür. Yəni Fransa üçün Azərbaycan yolu tək marşrutdur. Fransanın timsalında Avropa “praqmatizminin” Azərbaycanın nümunəsində Şərq “müdrikliyinə” növbəti məğlubiyyəti Cənubi Qafqazın inkişafının növbəti mərhələsinin başlanğıcıdır - şərtlər və danışıqlar üçün masa arxasına keçməyin vaxtı çatmayıbmı?
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18

