Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropanın 1 nömrəli problemi - DEMOQRAFİK FƏLAKƏT...

Avropanın 1 nömrəli problemi - DEMOQRAFİK FƏLAKƏT...

05.11.2023 [10:00]

III yazı

Qərb neoklassizmi “məcburi miqrant tolerantlığına” məğlub olur

Dövlətlərin demoqrafik vəziyyəti müasir dünyanın siyasi xəritəsinə təsir göstərən əsas amillərdəndir. Təbii ki, xalqsız dövlət ola bilməz - bu anlayışdan yola çıxarsaq, günümüzün əsas siyasi mübahisələrinin yerləşim, sosial bölgü, iqtisadi güc iyerarxiyası formalaşdırma, yollara çıxış əldə etmə, nüfuz təmini, hərbi təsir rıçaqları kimi ştrixlərlə yanaşı, demoqrafik gərginliklərdən də qaynaqlandığını, daha doğrusu ağılı olduğunu görə bilərik. Dahi Şekspirin “olum, ya ölüm, budur məsələ. Hansı şərəflidir?” deyimi sanki müasir Avropanın müasir demokqrafik durumunun əsas tablosunu əks etdirir. Avropa illərdir ki, dilemma qarşısındadır - təəssüf ki, hələ də bu suala cavab tapmaqda çətinlik çəkir - “sərhədlərimi “yadellilərin” üzünə açıq elan edərək qarşıdakı zaman kəsiyində “ari saymadığım” irqlərin “köhnə qitə”ni “işğal etməsinə göz yummalı”, ya da uzağı 100 ilə “quru, boş  səhraya çevrilməli” reallığı ilə barışmaq...

Doğum əmsalı reallığı və ya Qərb dilemma qarşısında...

Dünyada əhalinin sayına təsir göstərən iki amil var - təbii artım, mexaniki artım. Təbii artımın “tərifi” və istiqamətləri bəllidir - mexaniki artım isə əhalinin miqrasiyasını özündə ehtiva edir. Müasir Avropanın siyasi-iqtisadi deqradasiyasını, çöküşünü reallaşdıran, dəyərlər toplusundan uzaq düşməsinə səbəb kimi məhz qitənin mexaniki artıma meylliliyi göstərilir. Bu da təsadüfi deyil. Ötən əsrin 60-cı illəri qitədə təbii artımın ən sıçrayışlı dövrü sayılırdısa, artıq son 10 illik - 2010-cu ildən hazırki günlərə qədərki dövr Avropanın acınacaqlı demoqrafik vəziyyətindən  bəhs edilir.

Araşdırmalara nəzər salaq: Fransız analitiklər demoqrafiyanın təməl qaydalarına istinadən bildirirlər ki, istənilən etnosun və millətin minimum 25 il ərzində məhv olmaması üçün həmin toplumda doğuş əmsalı hər ailəyə minimum 2,11 uşaq olmalıdır. Son 10 ilin Avropadakı statistikası isə ortadadır: Avropa Birliyi (habelə AB-ni tərk etmiş Britaniyada) doğum əmsalları Fransada bu rəqəm 1,8, Britaniyada - 1,6, Yunanıstanda - 1,2, İtaliyada - 1,2, İspaniyada -1,1, Portuqaliyada - 1,05, Avstriyada - 1 və s.-dir. Real mənzərə bundan ibarətdir.

Avropanın “aborigen əhali” böhranı...

Amma ortada paradoksal hal var - Avropa Birliyi ölkələri üzrə doğum əmsalının toplam orta statistik göstəricisi 1,35-dən aşağı olsa da, əhali sayında azalma buna mütənasib deyil - başqa sözlə, əhali heç də sürətlə azalmır. Ortada olan əmsal təbii artımın bərbad və acınacaqlı halından xəbər versə də, əhali statistikası mexaniki artımın Avropaya hakim kəsildiyini göstərir. Beləliklə, Avropa özünün “aborigen” ənənəsini itirmək üzrədir. Sadə misallar - Fransa, Böyük Britaniya, Almaniya kimi ənənəvi - klassik Avropa dövlətlərinin istər idman sahələrində, istər siyasi tribunalarında, istər parlament kreslolarında təmsil olunanlar fərqli millətlərin nümayəndələridir. Fərq var - məsələn, “üstünlük” Fransada daha çox vaxtilə işğal etdiyi Afrika əsillilərdə, Almaniyada daha çox Mərkəzi Avropa və ərəb-türk əsilli “vətəndaşlarda”, Britaniyada isə Cənub-Şərqi Asiya regionundadır. Burada da siyasi yaxınlıq, demoqrafik qarışıqlıq özünü açıq şəkildə biruzə verir.

Daha bir statistika: 2015-ci ildə Almaniyada miqrantlar və onların nəsillərinin əhali arasında payı 21 faiz təşkil edib. Miqrantlar arasında təbii artım yerli əhaliyə nisbətən yüksək göstəricilərə malikdir. Ona görə aşağı yaş qrupları üzrə miqrantlarla əlaqəli olan əhalinin payı daha yüksəkdir. Aparılan təhlillər göstərir ki, Almaniya hazırda dünya ölkələri arasında ABŞ-dan sonra yeni qəbul edilən immiqrantların sayına görə ikinci yeri tutur. Rəsmi məlumatlara əsasən, 2013-cü ildə Almaniyada 29,6 milyon nəfər miqrant və onların nəsillərindən olanlar yaşayıb.  Onların 12,1 milyon nəfəri ölkə vətəndaşlığı alıb. Miqrantlar və onların nəsilləri ölkənin ümumi əhalisinin 25,6 faizini təşkil edib. Ölkədə olan miqrantların 7,2 milyon nəfəri miqrantların nəsilləridir və onlar Almaniyaya gələndən sonra doğulub. Beləliklə, bu statistikadan yola çıxsaq, rəqəmlərin ötən 7-8 ildə hansı vəziyyətdə olduğunu görə bilərik. Hazırda Almaniya əhalisinin bəlkə də yarısından çoxu artıq miqrant əhalinin formalaşdırdığı “almaniyalıdır”.

Hədəf miqrasiyadırsa, ünvan Qərbi Avropadır...

Maraqlıdır ki, tarixən “irqçi çağırışların” əsas təşviqatçısı olan imperialist Qərb bu günün reallıqlarında miqrant yerləşiminə “tolerant” yanaşır. 2010-cu ildən başlayaraq rəsmən 2011-ci ildə başa çatdığı “bəyan edilən”, əslində isə hələ də bu və ya digər şəkildə inkişaf etdirilən “ərəb böhranı” (bunu ərəb baharı kimi də təqdim etmək olar - müəllif) dünyanın, xüsusilə Avropanın həyatında yeni səhifə açdı. 20-yə yaxın ərəb dövlətində baş verən qarşıdurmalar bəzilərində yatırıldı-bəzilərində isə kütləvi qırğınlar, dağıntılar, illərlə davam edən vətəndaş müharibəsi, aclıq, səfalətlə müşayiət olundu. Prosesi idarə edən “güclər”in miqrant axınını yönləndirmə marşurutu da maraq doğurmaya bilməz - düzdür, bəzi məqamlarda kütləvi miqrant ölümlərini “orqan alveri” predmeti saysalar da, mövzumuz bu deyil.  2015-ci ildə Frontex (Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi) Avropa İttifaqına daxil olmaq üçün qeyri-qanuni miqrantların istifadə etdiyi dəniz və quru marşrutları qeyd etdi:

- Qərbi Afrika marşrutu

- Qərbi Aralıq marşrutu

- Mərkəzi Aralıq Dənizi marşrutu

- Apulia və Kalabriya marşrutu

- Albaniyadan Yunanıstana keçən dairəvi marşrut

- Qərbi Balkan marşrutu.

- Şərqi Aralıq marşrutu

- Şərqi Avropa sərhədləri marşrutu.

Bundan əlavə, 2015-ci ilin sentyabrında Arktika marşrutu yarandı...

İlk baxışdan marşurutların “çoxşaxəli” olması diqqət çəkir. Amma nəticədə hədəf Qərbi Avropaya “çatmaqdır”. İrəliləmə proyeksiyası üzrə hərəkətdə Şərqi Avropa və ya Cənubi Avropa, post-sovet, hətta ön Asiya hədəf kimi irəli sürülmür. Hədəf - Qərbi Avropadır. Hədəfi müəyyənləşdirənlər, miqrasiyanın axın xəttini də təmin edib...

2050-ci il proqnozlarındakı pessimist notlar...

Beləliklə, yeni çağırışlar Avropa İttifaqının iqtisadi - siyasi səmərəsizliyini şillə kimi köhnə qitənin üzünə çırpır. Klassik imperializmin bətnindən ölü doğulmuş Aİ ideyası cəmisi 30-ildən sonra fiaskosunu elan edir. Siyasi nüfuzu yerlərdə sürünən Qərb kllassizmi yenidən Şərq insanına ehtiyac duyur. Texnologiyanın inkişafı vasitədir, hədəf deyil - bu reallıq növbəti dəfə özünün təcrübi nəticəsini ortaya qoyur. Miqrasiya Avropa üçün yeganə xilas yolu sayılsa da, prqonozlar bədbindir: BMT-nin müvafiq strukturları tərəfindən dünyada əhalinin artım proqnozlarında 2050-ci il üçün nəzərdə statistika Asiyaya 57,2, Afrikaya 21,8, hətta Latın Amerikasına belə 8 faiz artım proqnozlaşdırırsa, Avropa  üçün bu rəqəm 6 faizdən bir az çoxdur. Əlbəttə ki, bu artım da təbii artım olmayacaq - mexaniki artım olacaq ki, bu da Avropa ənənəsinin “xaricində” qalan arzuların təcəssümü sayılmalıdır...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 879 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31