Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Separatizmin oMi(a)kron ştammı...

Separatizmin oMi(a)kron ştammı...

06.11.2023 [21:23]

Avropa “dəyərlərinin” deqradasiyası...

IV YAZI

Son 3 onillik bütövlükdə, dünya üçün yeni siyasi-hərbi, iqtisadi mərhələlərin aktiv yerdəyişmə prosesi kimi yadda qaldı. Bu zaman kəsiyində bütün geocoğrafi maraqlar geostrateji maraqların fonunda əriməyə məhkum edilmişdi. Başqa sözlə, bölgələrin, hətta ölkələrin milli mental - yersəl maraqları (dəyərləri) arxa plana keçirilir, həmin dəyərlər və ya dəyərlər toplusu “qlobal” və ya “Avropa” kimi xüsusi “kimyəvi dadvericilərlə” pərdələnərək yeni “üslubda” təqdim edilirdi. Təbii ki, bunun altında bir çox məqamlar yatırdı və yazımızda bu məqamların bəzilərinə xüsusi olaraq toxunacağıq. Avropanın özünün keçdiyi tarixi proseslərə belə yad olan bu “dəyərlər” bütün sferalarda maddi mənafenin, korporativ maraqların “keşikçisi” qismində çıxış edir, özünü daha çox “qlobal dəyərsizləşdirmə” perfektizmi kimi ortaya qoyurdu.

Hüquq və nəticə... Qərb neoklassizminin “qlobal hakimlik” fiaskosu

Müasir Avropa dəyərləri özündə daha çox “hüquqi aspekti” canlandırır, yaşadır, hüququn hərəkət trayektoriyasını, yaşam qanunauyğunluqlarını, sərhədlərini əks etdirir. Hər halda aparılan təşviqat və təbliğat bunu deməyə əsas  verir və bütövlükdə qlobal proseslərə qlobalizmin aparıcı meyarı - beynəlxalq hüquq çərəçivəsində qiymət verməyi təklif edir. Avropa İttifaqı ideologiyası da özlüyündə fərdi təfəkkürün kollektiv təfəkkürə məğlubiyyəti demək idi - bu nöqteyi nəzərdən kollektiv Qərbin dünyada “siyasi orbitr” (hakim) funksiyasını mənimsəməyə çalışması o qədər də təəccübləndirici sayılmamamalıdır. SSRİ-nin dağılması ilə “hakim qütbə” çevrilən Qərb neoklassizmi Mərkəzi Avropa, Qafqaz, Ön Asiya, Mərkəzi Asiya, Yaxın Orta Şərq, hətta Uzaq və cənubi Şərqi Asiyaya belə qeyri-rəsmi “hakimlik” iddiası irəli sürürdü. Fərqli anlayışlar, fərqli motivlər üzərində qurulan beynəlxalq statuslu təsisatlar özünün fəaliyyət kodekslərinə gizli dəyişikliklər edirdi - məsələn, hətta hərbi industriyaya yaxından-uzaqdan aidiyyəti olmayan təşkilatlar belə kollektiv Qərb adından “müdafiə və təhlükəsizlik” tədbirlərinin “qayğısına qalır”, humanitar statuslu qurumlar özünün modal funksiyasını daxil olmayan hərəkətlənmələr edir - bəzən silah, bəzən qaçaqmalı, bəzən isə hətta cinayətkar “daşımacılığı” həyata keçirir, “Qərb qatarı” “Şərq perronu”na yan alarkən özünün rəngini, mahiyyətini “unudur” və ya gizləməyə çalışırdı. Qərbdən gələn hər bir kəs “sülhsevər İsa” obrazına bürünür, demokratiya, insan hüququ, qlobal dəyərlər kimi gəlişigözəl “sehrli sözlər”lə cəmiyyətlərə təsir rıçaqı yaradırdı - 30 ilə yaxın Azərbaycan da bu kimi sülhsevər obrazların milli perronlarımıza yan almasını səbrlə izləmişdi...

Maraqların “döyüşü”... Prineydən üzü şərqə rənglər qaralır

Gəlin görək, Avropa “qlobal dəyər” adı altında təbliğatını apardığı nəsnəyə öz daxilində hansı qiyməti verir? Məsələn,  son 30 ildə kollektiv Qərbin separatizm kimi ağrılı və qəbulolunmaz mərəzə verdiyi qiymət birmənalı olubmu? Təbii ki, xeyr - bunu ayrı-ayrı misallarla zənginləşdirməyə ehtiyac yoxdur. Priney yarımadasından üzü Şərqə doğru yol alanda bu acı “həqiqətlə” ən azı hər min kilometrdən bir “rastlaşmalı” olursan. Öz “mətbəxlərində” baş verdiyi təqdirdə bu mərəzin qiymətləndirilməsi yekdil və obyektivdir - separatizmə imkan vermək olmaz, onun hər hansı bir təzahürləri belə qəbulolunmazdır. Amma “köhnə qitə”nin sərhədləri bitər-bitməz, hətta ənənəvi Qərbdən uzaqlaşan zaman bu məsələdə fikirlər də, qiymətləndirmələr də, münasibətlər də haçalanır - müasir dillə  desək, ikili standartların “sərhədi” başlayır. Bu, Türkiyəyə münasibətdə də eynidir, Azərbaycana münasibətdə də eynidir, digər yaxın ölkələrə münasibətdə də eynidir. “Korporativ maraq” özünü “beynəlxalq hüquq kodeksi”nin önünə pərçimləyir. Masa arxasında “hüququn müdafiəçisi” kimi təqdim olunan “zatlar” “təyyarə traplarından” enə-enə öz dəyərlərinə arxa çevirirlər. Məsələn, Fransanın timsalında, hətta Almaniyanın nümunəsində bunun şahidi olmamaq mümkünsüzdür...

Fransa nümunəsi...  Separatizm vəbasının Paris “dərmanı”...

Xüsusilə, Fransa separatizm “pandemiyası”nın yeni “ştammı” olmaq üçün dayanmadan güc sərf edir. 2020-ci ildən bu yana “oMi(a)kron” ştammı kimi dünyaya, Cənubi Qafqaza təhdid saçan rəsmi Parisin niyyəti, hərəkətləri, qətnamələri, fikirləri iddia etdiyi “Qərb dəyərləri”nin dəyərsizliyini təbliğ edir.

Tarixə ekskurs edək:

- BMT TŞ 30 aprel 1993-cü ildə qəbul etdiyi 822 saylı Qətnaməsində bölgədəki hərbi əməliyyatlara son verməyə, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi;

-  29 iyul 1993-cü ildə qəbul etdiyi 853 saylı Qətnaməsində  erməni qoşunlarının Ağdamı və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi. Qətnamə, həmçinin 822 saylı qətnaməyə də əməl edilməsini tələb edirdi;

- 14 oktyabr 1993-cü ildə qəbul etdiyi 874 saylı Qətnaməsində erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (26 avqust 1993), Qubadlı (31 avqust) və digər ərazlərdən geri çəkilməsini tələb edirdi. Qətnamədə, həmçinin əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapmışdı;

- 12 noyabr 1993-cü ildə qəbul etdiyi 884 saylı Qətnaməsində  Ermənistan Respublikasından ermənilərin qondarma respublika üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilirdi. Qətnamə də hərbi əməliyyatların dərhal dayandırılması tələb edilir, son dövrdə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilirdi.

Bu xatırlatmalar təsadüfi deyil - bu Qətnamələrin altında Fransanın da imzası dayanır. Öz növbəsində hətta Vətən müharibəsindən sonrakı dövrdə də separatizmi dəstəkləyən Fransa tutduğu yolla ya Avropa dəyərlərini ayaqlar altını alır, ya da belə dəyərin ümumiyyətlə, mövcudluğunu istisna edir. Fransa imzasına hörmətsizlik bahasına separatizmi körükləyirdi.  Bu, sadəcə, ikili standart deyildi - Makronun ritorikası, saxta bəyanatları, əsassız iddiaları, Fransa dövlətinin arqumentsiz “qətnamələri”, Ermənistanı silahlandırma istəyi, vaxtilə Laçın sərhəd məntəqəsinin önünə “TIR” “parkovka” etməsi Parisin qlobal dəyərlər toplusu adı almış “hüquq” predmetini heçə saydığını özündə əks etdirirdi.

Son titrlar... Qərb qlobalizminin siyasi intiharı...

Günümüzdə yenə də bəzi nüanslar, bəzi ştrixlər separatizmin “omi(a)kron ştamının tam məhv olmadığını göstərir. Bəzi dövlətlərin rəsmiləri ziyarət etdikləri “ünvanlarda” coğrafi terminləri yalan-yanlış səsləndirməklə bu ştamın keçici xəstəlik olduğunu göstərir. 30 ilə yaxın əlaqələr, regionla bağlı aktiv fəaliyyət və ya digər amillər Annalena Barboka Xankəndinin, Şuşanın əsl həqiqətdə necə adlandığını izah etməyibmi? Axı, Qərb hər şeyi “bildiyini” iddia” edir. Bu cür bilgisizlik, bu cür yersiz “səhvlər” Qərbin iddiaları ilə paralellik təşkil edə bilməz. Bu, açıq deqradasiyadır - Qərbin “təsir rıçaqları” formalaşdırmaq uğrunda apardığı mübarizədə açıq məğlubiyyətinin elanıdır. Qərb görür və anlayır - “Türk əsri” çağırış artıq real mərhələyə keçidi təmin etmək üzrədir. Qərb isə sadə müşahidədən uzağa gedə bilmir - gah Ermənistan sərhədindən binoklla “müşahidə edir”, gah Türk birliyinin hədəflərini müşahidə edir. Artıq onun müşahidə missiyası yekunlaşır - hətta uzun illərdir ki, Qərbin ayrı-ayrı regionlarda seçki müşahidəçiliyi missiyası da ciddi qəbul edilmir - onlar ya tərəf olur, bütövlükdə isə prosesi öz maraqlarının çərçivəsində qiymətləndirirlər. Başqa sözlə - ekranda Qərbin “dəyərlər təbliği” filminin son titrları görünməkdədir. Bu acı ssenarinin müəllifi də təəssüf ki, elə Qərbin özüdür...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 843 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31