Vatikanın “kilsə zəngi” Yeliseydə eşidilmir...
15.11.2023 [11:40]
Və ya Fransa niyə Papanı saymır?
Bir aydan artıqdır ki, davam edən Qəzza müharibəsi on mindən çox insanın həyatına son qoyub. Ötən dövr ərzində bir sıra ölkələr tərəfləri sülhə çağırması ilə digər bir qism isə münaqişənin qızışmasını stimullaşdırmaqla yadda qaldı. Bir də din faktoru var - daima sülhə, inkişafa, təhlükəsizliyə və ən müqəddəs dəyərlərə əsaslanan din faktoru. Bəzi məqamlarda təbii hal kimi qabarma-çəkilmə ilə özünü biruzə verən, bəzi məqamlarda həlledici rol oynayan, bəzi məqamlarda isə pərdə arxasından müşahidəçiliyə üstünlük verən din amili...
Bir daha vurğulayırıq ki, din birləşdirici funksiya daşıyır, sülhü və bərabərliyi tərənnüm edir. Bu mənada, Roma Papası Fransiskin son çağırışı da birmənalı şəkildə alqışlanası haldır. Papa bəyan edir ki, “Qəzzada yaralananlara yardım göstərilməli, mülki şəxslər qorunmalıdır. Fələstinli və israilli əziyyət çəkən hər kəsin yanındayam. Bu qaranlıq anda onları qucaqlayıram və onlar üçün çox dua edirəm. Silah heç vaxt sülh gətirməz, münaqişələr yayılmamalıdır”...
Çağırışa kar qalan Paris...
Roma kilsəsinin dünyanın, xüsusilə katolik Avropanın siyasi həyatına təsirindən, hətta həlledici rolundan yəqin ki, hər kəs xəbərdardır. Bu bir tarixi ənənədir və Avopa öz addımlarında hər zaman “ənənəyə sadiqlik” nümayiş etdirir. Bir sözlə, Papa hərfi mənada “ovuc içi boyda” Vatikanın rəhbəri sayılsa da, geniş coğrafiyanın ali statusuna malikdir. Tarixin “müqəddəs imperiyaları”nın rəhbərlərinə tac taxmış papalar Qərbin siyasi inkişafında xüsusi rol alıblar. Hətta tarixi düşmənçiliyi barışa çevirənlər, on illərlə davam edən müharibələri sonlandıran və ya əksinə görməzdən gələn, susmağa üstünlük verən, xala-xətrin qalmasın deyə “bəyanatlar” verən din xadimlərini tarix az görməyib.
Papa Fransiskin narahatlığı başadüşülən və təbiidir - ülvi, bəşəri dəyərləri özündə birləşdirən din adından çıxış və çağırış edir. “Silah sülh gətirməz” deyə bütün dünyaya car çəkir. Vatikandan Qəzzaya uzanan 4 min kilometrdən artıq məsafəyə məsləhət verir Papa Fransisk - bir daha vurğulayırıq ki, həqiqətən də silahların susmasına, dinc və günahsız insanların qətlinə son verilməsinə yönəlik bu səmimi çağırış yüksək qiymətləndirilməlidir...
Silahlar sülh gətirmir - ölüm, bəla, müharibə, qan-qada gətirir. Dünyanın bütün nöqtələrində baş verən qarşıdurmalarda eyni motiv hökm sürür - silahlar dünyanın hər yerində ölüm saçır. Qəzzada da, Cənubi Qafqazda da...
Cənubi Qafqazı təsadüfən xatırlatmadıq. Papanın Vatikanından 4 min kilometr uzaqda yerləşən Qəzzaya edilən bu çağırış cəmisi min kilometrdən bir az artıq məsafədə “dayanan” “Yelisey” sarayına da edilə bilər. Ermənistanı silahlandıran Fransa da nahaq qanın tökülməsinə rəvac verir, münaqişəni qızışdırır, müharibə təşviq edir. Görəsən, Papanın etdiyi çağırış yalnız Qəzzayamı aiddir, yoxsa bundan təcavüzkarı stimullaşdıran Fransaya da pay düşür?
Fransa dinc insanları hədəfə alır...
Düzdür, Papa öz çağırışında Parisin adını çəkmir, onları silahlandırmadan çəkindirmir. Bəlkə də bu çağırış Qəzzaya yönəlik spesifik bir çağırışdır. Bəlkə də digər regionlar hələ o qədər də “təsirli ölümlərə” məruz qalmayıb. Amma yaxşı olmazdımı ki, Papa bu çağırışları ünvanlarına silahlar doldurulana qədər - mərmi silahın lüləsindən çıxana qədər desin. Bunun qarşısını alsın. Məsələn, Ermənistan 30 ilə yaxın Azərbaycana qarşı təcavüzkar siyasət yürütdü, torpaqlarını işğalda saxladı, bir milyona yaxın insanını qaçqın və məcburi didərgin etdi, vətəndaşın öz evində yaşamaq hüququnu əlindən aldı, minlərlə insanın qanını tökdü, Xocalıda əsrin soyqırımını həyata keçirdi... 2020-ci ildə ədalət öz yerini tapdı və işğal faktı bitdi - Azərbaycan qisasçılıq etmədi və Ermənistan ordusunun əsgərlərinə qarşı belə humanist davranış sərgilədi. Halbuki II Qarabağ döyüşləri zamanı Ermənistan dinc vətəndaşlarımızı Gəncədə, Bərdədə, Tərtərdə xain raket hücumuna məruz qoymuşdu. Bu gün Fransa yenidən Ermənistanı silahlandırır - yenidən dinc sakinlər hədəfə çevrilsin, yenidən günaşsız insanlar hədəf alınsın deyə... Papa niyə Fransanı bu çirkin niyyətindən daşındırmır? Axı, ortada müzakirə mövzusu olan insan həyatıdır...
P.S Bəlkə də Fransa Papanın çağırışını eşidir, amma qulaqardına vurur. Bəlkə də özünün elə Papadan qisasını alır. 1572-ci ilin o dəhşətli “Varfolomey gecəsi”nin qisası ilə Papanın çağırışına laqeydlik nümayiş etdirir. Axı, dövrünün Roma Papası XIII Qriqori bu məsələdən “şad olmuşdusa belə”, 425 il sonra Roma Papası II İoann Pavel rəsmi şəkildə Varfolomey qətliamını qınamışdı...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

