Sülhə səs verməyən Qərb...
17.11.2023 [11:14]
Brüssel prosesi “öz oxundan” niyə və necə aralandı?
2021-ci ilin dekabrından başlayaraq Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesində vasitəçilik edən Aİ son davranışları ilə özünün müəyyənləşdirdiyi prinsip və dəyərlərə arxa çevirməkdədir. Vurğulandığı kimi, ilk dövrlərdə fəal şəkildə ikitərəfli münasibətlərin qurulması yönündə “arbitr”lıq edən, hətta bəzi məsələlərdə sürətli razılaşmaların əldə olunmasına şərait yaradan Avropa sonradan fərqli mövqe tutmağa başladı - Brüssel formatı iflasa uğramaqdadır.
Brüssel formatı niyə iflasa doğru gedir?
Bir sıra bəşəri dəyərlər şərqdən Qərbə doğru yol aldıqca özünün təməl mahiyyətini itirir, ən yaxış halda bu dəyərlər deqradasiyaya uğrayır. Sülh və təhlükəsizlik uğrunda mübarizə də məhz bu kimi dəyərlərdəndir. Reallıqlara, tarixi ədalətə və haqlı mövqeyə münasibətdə Şərq həssaslığı Qərbə doğru yol aldıqca aşınmalara “məruz” qoyulur - bəli, “qalır” yox, məhz qoyulur. Bunda isə əsas “səbəb” korporativ maraqlardır. Təbii ki, “soyuq qanlı” Qərb bu kimi mübahisələrə soyuqqanlı münasibəti ilə seçilir - əksər hallarda onların “hakim” seçilməsində də məhz bu soyuqqanlılıq amili rol oynayır. Amma təəssüf ki, bu soyuqqanlılıq müddət uzandıqca məhz “soyuq qana” çevrilir.
Azərbycana münasibətdə də eyni trayektoriya müşayiət olundu. Hələ 30 ilə yaxın müddət öncə “Minsk Qurupu” çərçivəsində razılaşma ümidi ilə çıxılan yolda məhz Qərbin “sapmaları”, “büdrəmələri” nəticəni uzatdı. 2020-ci ildə Azərbaycanın qəti mövqeyi bəlkə də hələ bir 30 ilə qədər uzanacağı təxmin edilən “münaqişəni” yekunlaşdırdı. Ötən 30 ildə 30 min turistik səfəri ilə regionda sülhün yaranmasına mane olan bəzi qüvvələr “yenidən meydana girdi”. Azərbaycan Fransa və ABŞ-ın illərlə münaqişəni uzatmaq üçün etdikləri cəhdi onların üzünə söylədi. Yenə eyni koordinatla üstümüzə “gələn” Qərb bu dəfə nizamın yaranmasına yardım edəcəyinə söz verdi. Beləliklə, Brüssel formatı özünü “dünyaya gətirdi”.
Qərb siyasi texnologiyası şərqin “zaman ən yaxşı hakim və həkimdir” fikrini bir növ özünün “qalxanına” çevirib. Bütün məsələlərdə Şərqdən bəhrələnən Qərbin bu xarakteri tamam fərqli hədəfləri özündə birləşdirir:
- Avropa Qafqazda sülh və təhlükəsizliyin bərpasını uzatmaqla yeni gözləntiləri olduğunu “aşkara” çıxarır;
- Yeni siyasi və ya hərbi situasiyanı “arzuladığını” ortaya qoyur;
- Real müqayisə şansı olmayan qüvvələr arasında nisbi balans yaratmaq istəyir - Ermənistanı silahlandırmaqla heç bir nəticə əldə edə bilməyəcəyini anlaya -anlaya;
- Ən əsası şansını bir daha sınayır...
Sonuncu tezis Qərbin çoxəsrlik fəaliyyətinin ana xəttidir desək, yanılmarıq. Azərbaycana münasibətdə ikili standartından bir an belə vaz keçməyən Avropa sadəcə olaraq iddialarını, istəklərini zaman-zaman ikinci plana keçirib. Öz istək və tələblərini əsas “şərt” kimi tərəflərə yeritməyə çalışan Qərbin oxu bu dəfə daşa dəyir...
Avropanın Ermənistandakı “maraqları”...
Qərbin nə istədiyini, Brüssel formatının qeyri-ədalətli yola sapmasını Ermənistana verilən “dəstəyin” fonunda tapmaq mümkündür. Başqa sözlə, Fransanın timsalında Avropanın Ermənistana açıq dəstəyi hansı əsaslarla reallaşır sualının cavabı özünün içindədir;
- Ermənistanda fəaliyyət göstərən Aİ missiyası İrəvan üzərində qəti və qatı nəzarəti yerinə yetirir;
- Ermənistan yenidən region ölkələrinə qarşı “masa” kimi istifadə olunur;
- Ermənistan real müstəqil xarici siyasət imkanlarını tam itirmək üzrədir - düzdür, bu imkanlar əvvəllər də az və ya qismən qalırdısa, Fransanın müdaxiləsi ilə Ermənistan Parisin yeni köləsi rolunda çıxış etməyə razılıq verib;
- İrəvanın başına çəkilən hər bir “tumar” erməni xalqının başına endirilən zərbədir - Qərb özünün maddi maraqlarını erməni xalqının və Ermənistan dövlətçiliyinin məhvi əsasında təmin etməkdə qərarlıdır;
- Avropanın “axtarışları” Ermənistanda tapılmayıb - sadəcə, Ermənistanın mütiliyi Fransa və “dəstəkçilərinin” bu dövlətin sərhədləri daxilində “at oynatmaq” imkanı tanıyıb.
Beləliklə, Qərbin, Avropanın, Fransanın - bütövlükdə, ermənipərəst “axının” Ermənistanda “tapdığı”nın nə olduğu ortaya çıxır - Ermənistan “sözə qulaq asır”...
Tutduğu yol Qərbə inamı yoxa çıxarır
Beləliklə, dünənə qədər sülh uğrunda mübarizə, bu gün isə ermənipərəst mövqe sərgiləyən təsisatların qeyri-səmimi davranışlarının konturları bəlli olur. Onların nədən yarı yolda “U” dönüşü etməsi həm bizim üçün, həm də bütövlükdə, dünya üçün açıq kartdır. Amma Avropanın özünün illərdir təbliğatını apardığı “dəyərləri” bu qədər asan şəkildə tapdaması təəssüf doğurur - axı, illərlə bütün dünyaya “demokratiya dərsi” “hüquq və azadlıq dərsi”, “həqiqət dərsi” keçən Qərb Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi nöqteyi-nəzərindən “imtahanlardan kəsilib”. Tutduğu yol isə nəinki Azərbaycan ictimaiyyətinin, bütövlükdə, dünya birliyinin “Qərb demokratiyasına” inamının yox olmasına səbəb olacaq. Bu isə nəticə etibarı ilə Qərb dəyərlərinin sabun köpüyü olması reallığını təsdiqləyəcək. Sonda isə... Sona hələ var. Qərb özünün mənəvi sonunu hazırlamaqda israr edirsə, ermənipərəstliyini davam etdirəcək. Yox, “yolun yarısından qayıtmaq” da qazanc hesab edəcəksə... Haqqın, ədalətin dəstəkçisi olmalıdırlar...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

