"Hamımız Xocalıdanıq" sənədli filmi nümayiş olunub
28.02.2012 [01:35]
Sonra film nümayiş olunub. XX əsrin ən vəhşi qətliamlarını həyata keçirən ermənilərin əsl simasını göstərən bu sənədli filmdə Xocalı sakinlərinin yaşadıqları faciədən, onların arzu və istəklərindən bəhs edilir. Ekran əsərində Xocalıda soyqırımı aktının törədildiyini ermənilərin özlərinin də etiraf etdiyi diqqətə çatdırılıb. Bu hadisələrin bilavasitə təşkilatçılarından olan üzdəniraq erməni yazıçısı Zori Balayanın və hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyanın Xocalı şəhərində ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdikləri soyqırımı faktlarını əsərlərində fəxrlə yazdıqları Türkiyə və dünyaya faktlarla təqdim edilib.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç çıxışında bildirib ki, Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı keçirilən tədbirlər haqq səsimizi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Səfir qeyd edib ki, “Bir millət, iki dövlət” şüarı Türkiyə və Azərbaycanda keçirilən nümayişlərlə bir daha öz təsdiqini tapıb. Bizim bizdən başqa dostumuzun olmadığını bir daha gördük. Artıq susmağın bir mənası yoxdur, biz də səsimizi ucaldacağıq ki, dünya Xocalı qətliamını görsün.
Diplomat digər türkdilli dövlətlərin də Xocalı soyqırımı ilə bağlı Azərbaycana dəstək vermələrinin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova diqqətə çatdırıb ki, Azərbaycan öz mövqeyini daha da möhkəmləndirməli və Türkiyə ilə birlikdə dünyanın həqiqətləri görməsi üçün səylə çalışmalıdır.
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov qeyd edib ki, Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı geniş tədbirlərin keçirilməsi Azərbaycanda ermənilər tərəfindən vəhşicəsinə törədilmiş Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində atılan ən əhəmiyyətli addımlardandır. Dünya ictimaiyyətinin uzun müddət bu soyqırımına biganə qaldığını vurğulayan Əli Əhmədov deyib ki, Azərbaycan hökumətinin, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların, eyni zamanda, Türkiyənin birgə fəaliyyəti nəticəsində bu biganəliyin buzu artıq sınmaqdadır.
YAP-ın Sədr müavini bildirib ki, Bakıda, İstanbulun Taksim meydanında təşkil olunan yürüşlər, dünyanın ayrı-ayrı ölkələrində keçirilən tədbirlər artıq beynəlxalq ictimaiyyətin diqqətinin Xocalı soyqırımına yönəldiyini göstərir. Artıq iki ölkənin parlamenti Xocalı hadisələrini soyqırımı kimi qəbul edib. İnanırıq ki, bu il həyata keçirilən tədbirlər nəticəsində Xocalı soyqırımını tanımağa hazır olan ölkələrin sayı artacaq. O deyib ki, Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən tədbirlər Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının möhtəşəm nümayişinə çevrilib.
Digər çıxış edənlər də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı qətliamını bəşəriyyətə qarşı ağır cinayət kimi qiymətləndirib, dünya birliyinin bu hadisələrə siyasi qiymət verməsinin vacibliyini vurğulayıblar.
Tədbirdə Milli Məclisin deputatları, işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları, ictimai-siyasi xadimlər və KİV-lərin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

