Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / BƏM-in qərarı...

BƏM-in qərarı...

21.11.2023 [10:32]

Ermənistan növbəti dəfə Avropa arenasında məğlub oldu

Ermənistanın Azərbaycanı “cəzalandırmaq” planı növbəti dəfə fiaskoya uğradı. Hüquqi müstəvidə ard-arda ölkəmizə məğlub olan İrəvan Beynəlxalq Ədalət Məhkəməsinin verdiyi yeni qərardan da “məyus” olub. Belə ki, İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi ilə bağlı Ermənistanın Azərbaycana qarşı iş üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli müvəqqəti tədbirlər barədə qərarı bunu deməyə əsas verir...

BƏM Ermənistanı “kədərləndirdi”...

Vurğulanmalıdır ki, bu qərarda da Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bir daha təsdiqləndi - Ermənistanın Azərbaycanın Qarabağ üzərində uzun müddətdir qəbul edilmiş və beynəlxalq səviyyədə tanınmış suverenliyini şübhə altına alan tələbi rədd edildi. Məhkəmə Azərbaycanın bütün hərbi və hüquq-mühafizə orqanlarının şəxsi heyətinin Qarabağ bölgəsindən çıxarılması ilə bağlı Ermənistanın əsassız və gülünc tələbini də rədd etdi.

Bu, Ermənistanın növbəti biabırçılığı da adlana bilər. Ermənistan özü də anlayır ki, artıq 1990-cı illər deyil və yalan iddialarla hər hansı bir “məsafə qət etmək” mümkün deyil. Artıq İrəvanın saxtalaşdırılmış “fikiriləri”, “iddiaları” heç kim üçün maraq kəsb etmir. Dünya əsl həqiqəti bilir və dəyərləndirir. BƏM-in son qərarları bu faktı bir daha təsdiqləyir.

Məhkəmə tərəfindən qeyd olunan tədbirlər Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasətini qəbul edir. Bu, Azərbaycanın milli və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək barədə öhdəliyini əhatə edir. Qarabağda yaşayan ermənilərin “qovulduğunu” iddia edən Ermənistan bunu hər hansı bir “arqumentlə” isbat etmək imkanında deyil. Ortada onlarla fakt var - Azərbaycanı könüllü şəkildə tərk edən ermənilərə yaradılan yüksək səviyyəli şərait, ərzaq və su ilə təmin edilməsi, nəhayət, onların Azərbaycanda qalması ilə bağlı çağırışlarımız. Azərbaycan Qarabağda yaşayan erməni əhalisinə reinqterasiya proqramını təqdim edib. Bu mənada, Ermənistanın apardığı siyasət birinci mərhələdəcə ifşa edilir və fiaskoya uğrayır. Azərbaycan heç bir erməni əsilli insanı zorla Qarabağdan çıxarmayıb - onların Ermənistana və digər ölkələrə köçmək qərarı könüllü şəkildə qəbul edilib. Azərbaycan hər zaman bəyan edib ki, erməni əsilli sakinlər də Azərbaycanın digər vətəndaşları ilə eyni hüquqa malikdirlər.

İrəvan özünü “sığortalamaq” istəyir...

Eyni zamanda, Azərbaycan milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə uyğun olaraq şəxsi mülkiyyəti, mədəniyyət abidələrini, artefaktları, habelə qeydiyyat sənədlərini qoruyur. Beləliklə, Məhkəmənin bu sahələri qeyd etməsi, eyni zamanda, Azərbaycanın həyata keçirdiyi tədbirlərin təsdiqidir.

Ermənistan ötən 30 ildə ölkəsmizə qarşı apardığı terror siyasəti ilə yadda qalıb. Bu terroru həyata keçirən cinayətkarlar bu gün ədalət mühakiməsi qarşısında cavab verir. BƏM Ermənistanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qüvvədə olan maddələrinə uyğun olaraq hərbi təcavüz, separatizmi qızışdırmaq, terror aktları və s. ittihamlarla saxlanılan qanunsuz separatçı rejimlə əlaqəsi olan şəxslərlə bağlı Azərbaycanın istintaq tədbirlərinə dair Ermənistanın iddiasını eyni şəkildə təmin etməyib. Bu bir daha Azərbaycanın haqlı mövqeyini ortaya qoyan bir məsələdir.

İlk müraciət də deyil, ilk etiraz da deyil...

Ermənistanın bu kimi əsassız iddialarla BƏM-ə müraciət etməsi isə ilk fakt deyil - bir neçə ay öncə Məhkəmə Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Ermənistanın vəsatətini rədd etmişdi. Xatırladaq ki, Ermənistan 2023-cü il mayın 12-də Laçın sərhəd-buraxılış məntəqəsinin qanunsuz olması ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmişdi. Bundan öncə isə ötən ilin oktyabrında Beynəlxalq Ədalət Məhkəməsi “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın tətbiqi ilə bağlı müvəqqəti tədbirləri əsas gətirərək Ermənistanın 7 dekabr 2021-ci il tarixli məhkəmə qərarına dəyişiklik edilməsi barədə tələbini rədd etmişdi. Beləliklə, Ermənistanın qanunsuz, beynəlxalq hüquqa zidd tələblərinin rədd edilməsi paralel olaraq bu dövlətin qeyri-qanuni əməllərinin ifşasına da zəmin yaradır. Başqa sözlə, qanunsuzluq axtarışında olan, hətta beynəlxalq qurumları belə qanunsuz iddiaları ilə bezdirən Ermənistan bu yolla ötən 30 ildə imza atdığı vəhşilikləri, barbarlığı, cinayətləri pərdələməyə çalışır. İşğal altında saxladığı Azərbaycan torpağında törətdiyi qətliamlar, mədəni, dini, tarixi abidələrin dağıdılması, eyni zamanda, ölkəsi daxilində apardığı irqi ayrı-seçkilik təbliğatı rəsmi İrəvanın əsl simasını üzə çıxarır - məlum olur ki, bu dövlət birmənalı şəkildə beynəlxalq konvensiyaların əleyhinə addımları ilə seçilir. Xocalı soyqırımı və bu kimi bir sıra bəşəri cinayətlərə imza atan Ermənistan rejimi müharibədən sonrakı dövrdə törətdiyi cinayətlərin üstünün açılmaması üçün bu kimi vəsatətlər qaldırır - amma, bu heç bir işə yaramır. Azərbaycanın apardığı hücum diplomatiyası Ermənistanın əsl niyyətlərinin beynəlxalq aləmdə də ifşa olunmasına şərait yaradır.

P. SADAYOĞLU

Paylaş:
Baxılıb: 486 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31