Ermənistan KTMT-dən küsüb...
21.11.2023 [10:45]
Noyabrın 23-də Belarusun paytaxtı Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sammiti keçiriləcək. Təşkilatın üzvü olan Ermənistan bu toplantıya qatılmayacağını bəyan edib. Baş nazir Nikol Paşinyan bu qərarını Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı dilə gətirib. Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda Paşinyan “tərəfdaşlarının bu qərara anlayışla yanaşacağına ümid etdiyini” bildirib.
KTMT ilə bağlı Ermənistan cəmiyyətini iki yerə bölən qərarını açıqlayan Paşinyan parlamentin iclasında təmsilçisi olduğu qurumdan incikliyini bu formada ifadə edib: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı özünün məcburi öhdəliklərinə baxmayaraq, Ermənistanın təhlükəsizliyi ilə bağlı çağırışlara lazımi cavab verməyib. Həm də bu, bir neçə dəfə təkrarlanıb. Həmkarlarımdan hörmətlə soruşuram: nəyə görə biz hər dəfə ora getməyə, öz suallarımıza heç bir cavab almadan geri dönməyə məcbur olmuşuq?”
Beləliklə, Paşinyan dolayısı ilə Rusiyanı və digər qurum üzvlərini Azərbaycanla müharibə zamanı onlara gözlədikləri köməyi göstərməməkdə ittiham edib.
Ermənistanın baş naziri öz çıxışında bir az da irəli gedərək, bundan sonra KTMT tədbirlərində iştirakını ölkəsinin ərazi bütövlüyü və suverenliyi üçün “təhlükəli jest” adlandırıb.
Əlbəttə, Paşinyanı belə arxayın danışdıran Ermənistanın Fransadan aldığı dəstəkdir. Fransa başda olmaqla ümumilikdə Avropa İttifaqının İrəvana etdiyi “yumşaq” jestlər, təbii ki, təmənnasız deyil. Qərb Ermənistanın başını sığallamaqla ermənilərdən adətləri üzrə davranmalarını, onlara “çörək verənin”, yəni, Rusiyanın kürəyinə bıçaq saplamalarını istəyir. Görünən odur ki, Ermənistan hakimiyyəti də bu təkliflərə həvəslə razılaşır. Amma necə deyərlər, havayı pendir tələdə olur. Rusiyadan incik düşən Ermənistan qonşu ölkələrlə münasibətləri normallaşdırmaq əvəzinə özünə yeni ağalar axtarır və müstəqil siyasət yeritməkdən imtina edib, Fransa kimi dövlətlərdən vassal asılılığını qəbul edir. Ermənistandakı bəzi müxalif siyasi partiyalar isə Paşinyanın Qərbin vədlərinə uyaraq ölkəni KTMT-dən çıxarmaq istəyini “ağılsızlıq”, “ölkəni fəlakətə sürükləmək” adlandırır.
“Hayastan” fraksiyasının deputatı Armen Rüstəmyan Ermənistanın Rusiya ilə Qərb arasındakı qarşıdurmada əzilməməyi, əksinə, bu savaşdan xeyirlə çıxmağı üçün yollar aramağı təklif edib. Deputat çıxışının sonunda: “Düşmən ölkə olsa da, etiraf etməliyik ki, biz xarici siyasətimizi düzgün qurmağı, ölkəni qəzalardan salamat çıxarmağı qonşu Azərbaycandan öyrənməliyik”, - deyə bildirib.
Paşinyanın məlum bəyanatına münasibət bildirən bir sıra erməni siyasətçilər, ümumilikdə, KTMT-dən hansısa konkret əməl gözləməsələr də, Rusiyanı açıq şəkildə qıcıqlandırmağın da onlara fayda verməyəcəyini dilə gətiriblər.
Ermənistanda Rusiya dərsliklərinə qadağa
Məlum olduğu kimi, son dönəmlər Ermənistanın Qərblə şübhəli yaxınlığı İrəvanın hərbi-siyasi müttəfiqi Rusiya ilə münasibətlərinin soyuqlaşmasına səbəb olub. Ermənistanda antirusiya əhval-ruhiyyəsi getdikcə güclənməkdədir. Bu meyil həm siyasi dairələrin fəaliyyətində, həm də ictimai sahələrdə geniş vüsət almaqdadır. Məsələn, bu günlərdə ali və orta məktəblər üçün Rusiyadan gətirilən dərsliklərin tədris edilməsinə, məktəblərdə paylanmasına “kitabların ümumi məzmunu ekspertizadan keçirilməlidir” adı altında qadağa qoyulub. Halbuki həmin kitablar bir vaxtlar məhz Ermənistan dövlətinin xahişi ilə Rusiyadan gətirilmişdi. Erməni cəmiyyətinin hazırkı psixoloji durumundan istifadə edən ABŞ və Avropa İttifaqı Ermənistan vasitəsilə Cənubi Qafqazda güclənmək planını işə salıb. Beləliklə də Fransa kimi “dostlar” İrəvanı Qərblə Rusiya arasında təhlükəli seçim qarşısında qoyublar. ABŞ rəsmiləri isə daha irəli gedərək Rusiya sülhməramlılarının Azərbaycan-Ermənistan sərhədini tərk etməsinin vacibliyini, “lazım gələrsə, ABŞ hərbi kontingentinin onları əvəz edə biləcəyini” açıq şəkildə ifadə edirlər.
Polşa KTMT-yə “yox” dedi
Ermənistan rəhbərliyinin açıq şəkildə saymazlıq nümayiş etdirdiyi KTMT-nin növbəti sammitində ciddi dəyişikliklərin olacağı gözlənilmir. Mövcud durumda Rusiyanın liderlik etdiyi hərbi-siyasi ittifaqın sıralarının genişlənəcəyi perspektivinə də ümid bəsləmək real görünmür. Rusiya isə əksinə, KTMT-nin genişlənməsini, hətta Şərqi Avropa ölkələrinin də burada təmsil olunmasını istəyir. Lakin təşkilatın birləşmiş qərargah rəisi general-polkovnik Anatoli Sidorov jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, KTMT tərəfindən təlimlərə müşahidəçi qismində dəvət edilmiş Polşa bu çağırışa cavab verməyib. Sidorov deyib ki, təlimlərin yekun mərhələsini izləməyə müşahidəçilər, dövlət ərazisində akkreditə olunmuş hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri dəvət edilib. Belarus buradakı təlimlərin üçüncü ölkələrə, o cümlədən Polşaya qarşı yönəlmədiyini nümayiş etdirmək üçün Varşavaya da müşahidəçi qismində dəvətnamə göndərib. Polşa isə bu dəvətə saymazlıq nümayiş etdirərək heç bir reaksiya verməyib.
Yeri gəlmişkən, təşkilatın “Döyüş Qardaşlığı - 2023” təlimləri sentyabr ayında Belarusun Brest, Qojsk, Domanovsk, Obuz-Lesnovsk, Çepelevo və Lesişe poliqonlarında keçirilib.
Ermənistana gəldikdə Paşinyanın KTMT sammitində iştirak etməmək qərarına təşkilatın rəhbərliyindən rəsmi münasibət bildirilməyib. Necə deyərlər, ayı meşədən küsüb, meşənin xəbəri yoxdur.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

