Azərbaycanın daha bir təşəbbüsü...
22.11.2023 [10:48]
Ölkəmizin Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması təklifi dəstəklənib
Nardar BAYRAMLI
Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi fəal siyasət həyata keçirir. Ölkəmiz BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına (QH) 2019-cu ildən etibarən sədrlik edir. Azərbaycanın təsisata rəhbərliyi dövründə gördüyü işləri yüksək qiymətləndirən QH-nin üzv dövlətlərinin yekdil qərarı ilə Azərbaycanın sədrliyi daha bir il uzadılıb.
Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsi, peyvənd millətçiliyinə qarşı mübarizə və bu istiqamətdə qətnamələrin qəbul edilməsi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyinin göstəricisidir. Azərbaycanın uğurlu sədrliyi nəticəsində bu gün Qoşulmama Hərəkatı dünyada multilateralizm nümunəsi kimi qəbul edilir.
Eyni zamanda, sədrlik müddətində ölkəmiz Hərəkatın təsisatlanması istiqamətində mühüm addımlar atıb, Hərəkatın vahid loqo və bayrağının təsdiq edilməsi ilə bağlı proses başlatmaqla yanaşı, məhz ölkə başçısının təşəbbüsləri əsasında və Hərəkata üzv dövlətlərin dəstəyi ilə 2021-ci ilin 4-5 oktyabr tarixlərində QH-nin Gənclər Şəbəkəsinin, 2021-ci ilin 28 noyabr tarixində isə QH Parlament Şəbəkəsinin (QHPŞ) əsası qoyulub. Azərbaycan 2022-ci ilin 30 iyun-1 iyul tarixlərində QHPŞ-nin Bakı Konfransına, 2022-ci ilin 25-29 iyul tarixlərində isə QH-nin Gənclər Sammitinə ev sahibliyi edib. Həmin tədbirlərin yekunu olaraq QHPŞ və QH-nin Gənclər Təşkilatının fəaliyyət modallıqlarını tənzimləyən sənədlərin, eləcə də bu qurumların loqo və bayraqlarının qəbul edilməsi, həmçinin QH-nin internet səhifəsinin (www.namazerbaijan.com) istifadəyə verilməsi Hərəkatın təsisatlanması istiqamətində əldə edilmiş mühüm nailiyyətlərdəndir.
Ölkəmiz təşkilatın bir sıra tədbirlərinə də ev sahibliyi edib. Yeri gəlmişkən, noyabrın 20-də Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutub. Konfransda əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti səsləndirilib. Müraciəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova oxuyub.
Tədbir Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun cari ilin iyul ayında nazirlər səviyyəsində təşkil edilən iclasında səsləndirdiyi təşəbbüsləri əsasında təşkil edilib. Konfransda Qoşulmama Hərəkatı çərçivəsində qadın hüquqlarının inkişaf etdirilməsi və qadınların səlahiyyətləndirilməsi, habelə onların dayanıqlı inkişaf, iqtisadi artım, sülh, təhlükəsizlik məsələləri və digər sahələrdəki önəmli rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Konfransda Qoşulmama Hərəkatına üzv ölkələrin rəsmiləri, o cümlədən 15 nazir, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, 10-a yaxın beynəlxalq təşkilatın nümayəndələri, həmçinin xüsusi qonaq qismində yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə dünyanın 50-dən çox ölkəsindən nümayəndə heyətləri iştirak edib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan?? Qoşulmama Hərəkatına sədrliyi dönəmində öz vəzifəsinə böyük məsuliyyətlə yanaşdığını, çoxsaylı üzvü olan təsisatın çoxtərəfli formatda əməkdaşlığının genişləndirilməsi üçün lazım olan bütün addımları atıb və bu, artıq öz töhfəsini verməkdədir.
Sonra BMT Baş katibinin birinci müavini Əminə Məhəmmədin konfrans iştirakçılarına müraciəti səsləndirilib. BMT rəsmisi Qoşulmama Hərəkatına üzv ölkələri qadınların hüquqlarının qorunması istiqamətində fəal olmağa çağırıb. O deyib ki, qadınlar hərəkətverici qüvvə kimi cəmiyyətdə böyük rol oynayırlar.
Qoşulmama Hərəkatının Bakı konfransının üzv ölkələrin daha da yaxınlaşmasına töhfə verəcəyini vurğulayan Özbəkistanın Baş nazirinin müavini Zulayho Mahkamova qeyd edib: “Qadınların hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biridir. Düşünürəm ki, Azərbaycanın ev sahibliyi etdiyi bu konfrans Qoşulmama Hərəkatına üzv ölkələrin bir-birinə daha da yaxınlaşmasına, həmçinin qadınların səlahiyyətləndirilməsinə öz töhfəsini verəcək”.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva diqqətə çatdırıb ki, təmsil etdiyi qurumun Azərbaycandakı və digər ölkələrdəki nümayəndəliklərinin məqsədlərindən biri qadınların hüquqlarının qorunması və onların imkanlarının artırılmasıdır.
Konfransda daha sonra Mərakeşin həmrəylik, sosial inteqrasiya və ailə naziri Hayar Avatif, Uqandanın gender, əmək və sosial inkişaf naziri Amongi Betty Ongom, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Kashif Zaman, ICESCO-nun Sosial və Humanitar Elmlər Departamentinin direktoru Ramata Almamy Mbaye və digər məruzəçilər Qoşulmama Hərəkatına üzv ölkələrdə qadınların səlahiyyətlərinin artırılması istiqamətində görülən işlərdən və görüləcək tədbirlərdən danışıb, təkliflərini səsləndiriblər.
Sonda Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransının yekun Bəyannaməsi qəbul olunub. Sənəddə Azərbaycanın Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması təklifi dəstəklənib. Bəyannamədə, həmçinin gələcəkdə Qoşulmama Hərəkatının proqramı kimi insan hüquqlarının və qadınların səlahiyyətlərinin artırılmasının daha da inkişaf etdirilməsi öhdəliyi bir daha təsdiqlənib və qadınların inkişafı və onların hüquqlarının həyata keçirilməsi sahəsində problemlərin həlli üçün siyasi iradə bir daha təsdiqlənib.
Konfrans iştirakçıları həmçinin qadınlara qarşı zorakılığın bütün formaları tamamilə aradan qaldırılana qədər səyləri birləşdirməyə və mübarizəni davam etdirməyə sadiq olduqlarını bir daha təsdiq ediblər.
Qeyd edək ki, noyabrın 21-də konfrans öz işini panel müzakirələrlə davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

