Sülhpərvər Samantadan, separatizm sevdalısı Samantaya...
23.11.2023 [10:00]
ABŞ “demokratiyasını” ifşa edən acı həqiqət
Sülh, təhlükəsizlik və ədalət bütün dövrlərdə aktuallıq daşısa da, təəssüf ki, bütün dövrlərdə real şəkildə dəyərləndirilməyib. Adını siyasətçi, senator və başqa-başqa məziyyətərlə “bəzəyənlər” bu bəşəri nəsnələr haqqında ağızdolusu danışsalar da, sülhün, təhlükəsizliyin və ədalətin bərpasına daha çox onlar mane olublar. Bu gün olduğu kimi...
Bir haşiyəyə çıxaq - 1982-ci ildə 10 yaşlı amerikalı şagird - Samanta Smit SSRİ-nin rəhbəri Yuri Andropova yazdığı məktubda SSRİ ilə Amerika Birləşmiş Ştatları arasında nüvə müharibəsinin başlamasından narahatlığını ifadə edirdi. Smit İttifaq rəhbərinə ünvanladığı məktubda bildirirdi ki, “Siz bu sualıma cavab vermək məcburiyyətində deyilsiniz, amma mən bilmək istərdim ki, nə üçün siz dünyanı və ya ən azından bizim ölkəmizi fəth etmək istəyirsiniz? Tanrı dünyanı yaradıb ki, biz hamımız sülh şəraitində yaşayaq və müharibə etməyək”...
Gerisi hər kəs üçün məlumdur - Andropovun Samantaya cavabı. Onun “Artek”pioneer düşərgəsinə gəlişi və sonda faciəli şəkildə həyatını itirməsi. Bu günün rakursundan aktual olan Samantanın dünya ilə bağlı mülahizələridir.
Samanta Smitdən cəmisi 2 il öncə İrlandiyada dünyaya gələn, sonradan isə ABŞ-ın Cənubi Qafqaz planlarının tərkib hissəsi kimi çıxış edən Samanta Pauer isə özünün acı tale yaşamış adaşından fərqli olaraq sülhün və təhlükəsizliyin təmininə təhdid formalaşdırır, mane olur. Bu, sadəcə, bir “hipotez” deyil - faktlara söykənən, arqumentlərlə əsaslanan iddiadır. Bəli, USA?D-in Gürcüstanda, Azərbaycanda aparmağa çalışdığı destabilizasiyaya xidmət edən fəaliyyəti, Ermənistanda yaratdığı “durum” sülhü və təhlükəsizliyi hədəfə alır. “Qarabağ ermənilərinə yardım” adı altında Ermənistan hakimiyyətinə 2,5 milyon dollar ianə verilməsi, son səfərində isə bu rəqəmi 4 milyona qədər qaldırıması ilə bağlı söz verilməsi əlavə şərhə ehtiyac qoymur. Eyni zamanda, Pauerin Vardanyan kimi cinayətkarlara, separatçılara dəstəyi onun məramından, məqsədindən açıq şəkildə xəbər verir.
Samanta Pauerin Vardanyan üzərindən oynamağa çalışdığı oyunun konturları açıq və bəllidir - bu, ABŞ-ın “arzularının” dolayısı yolla dilə gətirilməsidir. Vaxtilə erməni lobbisinin xətti və “calaşdırması ilə” Vardanyan ilə yaxın əlaqələrə malik Pauer lokal antiterror tədbirlərindən sonra daha aydın müstəvidə yürütdüyü “fəaliyyətində” separatizmi dəstəklədiyini tam bəyan etdi. Bu gün dünyaya “demokratiya” dərsi keçməyə çalışan ABŞ Samanta Pauer kimilərinin silueti arxasında gizlənərək bölgədə barışın təşəkkül tapmasına mane olur. Samanta Pauer bilmir ki, 4 milyon dollar “vəd etdiyi” Qarabağ erməniləri qaçqın stasusu daşımır - bu hüquqi baxımdan da absurddur. Həmin insanların qaçqın sayılmasına mövcud və müvafiq beynəlxalq konvensiyalar nə icazə, nə də imkan verir - bu şəxslər Azərbaycan torpaqlarını, Qarabağı öz xoşları ilə tərk ediblər və bu da videofaktlarla sübut edilib. İndiki halda Samanta Pauerin destruktiv davranışları yalnız və yalnız yeni müharibə axtarışı, sülhü ləngitmə, terrorizmi və separtizmi dəstəkləmə kimi anlaşıla bilər.
Bəli, bir ölkənin iki Samantası - birisi sülh üçün çalışan Samanta, digəri müharibələri körükləyən, separatizmə dəstək verən, cinayətkarları “azad etmək” uğrunda çalışan Samanta... Sülhpərvər Samantadan “müharibə carçısı” Samantaya qədər uzanan yol ABŞ “demokratiyası”nın əsl siması, əsl üzüdür...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50

