ABŞ institutlarının xain planları...
23.11.2023 [10:10]
Bu dəfə QHT və KİV feministlərin “nəzarətinə” verilib...
SSRİ-nin dağılmasının ardından özünü dünyada yeganə “qütb” kimi xarakterizə edən ABŞ illərlə Avroasiyanın bütün regionlarına təsir imkanlarını araşdırıb. Bu mənada, post-sovet, eyni zamanda, keçmiş sosialist ölkələrinə qarşı “xüsusi diqqət” ayrılıb. Bəzi dövlətlər (Şərqi Avropanın timsalında) ABŞ-ın bu “diqqətindən” “bəhrələniblərsə” də, Vaşinqton bəzi dövlətlərlə bağlı mühüm çətinliklərlə rastlaşıb. Məsələn, Uzaq Şərqdən tutmuş ta ki, Mərkəzi Avropaya qədər böyük bir coğrafiyada təsir imkanlarını artırmaqda böyük problemlər yaşayıb.
Qeyd edildiyi kimi, ABŞ-ın xarici siyasət kursunun ən mühüm detallarından biri sayılan “nəzarət və təsiretmə” özünü post-sovetdə daha bariz şəkildə ortaya qoyub. Xüsusilə, Avropa qitəsinə daha yaxın ittifaq dövlətləri ABŞ-ın bu kimi “sürprizləri” ilə vaxtaşırı qarşılaşıb. XXI əsrin ilk illərindən başlayaraq Ukraynada, Gürcustanda baş verənlər, Azərbaycandakı uğursuz cəhdlər buna real misal sayıla bilər.
ABŞ-ın post-sovet regionuna “yumşaq güc” vasitəsilə təsir rıçaqları arasında isə hər zaman olduğu “demokratiya”, “insan hüquq və azadlıqları” adlı “pərdə” xüsusi olaraq yer alıb. Məhz bu gəlişigözəl sözlərlə, arxasında heç bir real səmimi hisslərin dayanmadığı məqsədli “demokratiya oyunları” ilə ABŞ bu və ya digər ölkələrə “yol tapmaq uğrunda” mübarizə aparıb. Bəzi hallarda buna nail də olub - yeni əsrin “standartlarından” sayılan vətəndaş cəmiyyəti institutları, informasiya resursları bu məsələdə ABŞ-ın əlinə oynayıb...
ABŞ-ın təzyiq rıçaqları
Məsələn, 2000-ci illərin əvvəlindən etibarın ABŞ-ın xarici siyasət kursunda ən mühüm yerlərdən birini USA?D, NED, İREX, Marşall Fondu və bu kimi təşkilatlar tuturdu. Mübaliğəsiz olaraq bildirmək lazımdır ki, bu təşkilatların ABŞ kəşfiyyatı üçün əhəmiyyəti bəlkə də Mərkəzi Kəşfiyyat İdarəsi (CİA), bəlkə də ondan artıq idi. Çünki illərlə MKİ kəşfiyyatçalırının görə bilmədikləri işi bu kimi təşkilatlar rahat şəkildə “qlobal vətəndaş cəmiyyəti şəbəkəsi”, “demokratiyanın inkişafı uğrunda şəbəkə”, “azad informasiya resursları şəbəkəsi” formalaşdırmaqla həyata keçirirdi. “Yeni düşüncə” adı altında milli maraqların, dövlət mənafeyinin, xalq-millət mənafeyinin “qlobal dəyərlərlə” əvəz olunması prosesi aparılırdı. Başqa sözlə, bu kimi təşkilatlar insanların, xüsusilə gənc nəslin beynini yumaqla, onları “müasir yaşam tərzinə uyğunlaşdırmaqla”, “ümbarizə ruha kökləməklə” öz fəaliyyətlərini həyata keçirirdilər. ABŞ-ın “vətəndaş cəmiyyəti” kəşfiyyat şəbəkəsinin ölkələrdə təşkil etdikləri “sorğular”, “konfranslar”, “gənclərlə görüşlər” nəticə etibarı ilə həmin cəmiyyətlərin milli identikliyinin aradan qalxmasına yönəlik planların qurulması üçün zəmin formalaşdırırdı - bu uğurda milyonlarla dollar pul xərcləyən ABş və onun regional “şirkətləri” sonda öz arzu və istəklərini həyata keçirirdilər. “Şüursuz demokratiya” tezisi üzərindən yanlış yönləndirilmələr, hazırlanmış “siyasi - ictimai liderlər” üzərindən dövlətə qarşı xəyanətlərin adiləşdirilməsi kimi proseslər baş verirdi. Ortada oynayan pulların miqdarı böyük idi - amma ölkənin genefonduna, gələcəyinə və milli bağlılığa vurulan zərbələrin sayı-hesabı yox idi...
USAİD-in Gürcüstan planları...
Bəzi ölkələrdə bu proses hələ də bu və ya digər şəkildə “inkişaf etdirilir” - məsələn, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin oktyabr ayında açıqladığı son məlumat bu mənada, örnək nümunələrdən biridir. Bəlli oldu ki, USAID Tbilisidə “yerli QHT-lərlə birgə” “xəstələrə humanitar yardım göstərilməsi” mövzusunda təlimlər keçirib. Amma təlim iştirakçılarına “dövlət çevrilişi hazırlamağın metodları” öyrədilib. Hətta Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirmişdi ki, bu, Amerikanın Gürcüstana yardımı tarixində qara gündür: “USAID Amerika xalqının pullarının niyə başqa ölkəyə iğtişaşları qızışdırmaq, iğtişaşlar planlaşdıran və zorakılıq törədən qrupları hazırlamaq üçün getdiyini izah etməlidir”.
Görünən budur ki, ABŞ özünün hərəkət trayektoriyasını tam dəyişdirməsə də, müəyyən “korrekttələr” olunub. Məsələn, XXI əsrin ilk illərində konkret siyasi partiyalara “isti münasibət” bəlli edilirdisə və həmin partiyaların vəzifəli şəxslərinə bağlı QHT-lər maliyyələşdirilirdisə, siyasi qüvvələrin stimullaşdırılması bu yolla icra olunurdusa, indiki halda bəzi yerdəyişmələr aparılıb. Bu mənzərə Azərbaycana da tanış idi - ABŞ-a bağlı institutlar vaxtilə AXCP və Müsavat Partiyasına bağlı QHT-ləri aktiv şəkildə maliyyələşdirir, milyonlarla vəsait ayırırdı.
İndiki halda isə bu “yardım”, “humanitar aksiya” kimi pərdələrlə pərdələnir. Daha çox “feminizm” anlayışını özünün spekulyasiya vasitəsinə çevirən ABŞ bu yolla həm beyinləri zəhərləyir, qarşıdurmalar yaradır, cəmiyyəti milli kimliyindən uzaq salmağa çalışır, həm də özünün çirkin planlarını həyata keçirməyə niyyətlənir. Qərb institutları radikal feministləri dəstəkləməklə milli şüurunu itirmiş cəmiyyət formalaşdırmaq niyyətinə düşürlər - bu yolla onlar öz istəkələrinə daha asan şəkildə nail ola bilərlər. Məsələn, adını “feminist” qoymuş həmin xəyanətkar dəstə həmin ölkənin milli dəyərlərini aşağılayır, milli kimliyini aşağılayır, insanların heysiyyatını aşağılayır və beləliklə cəmiyyət daxilində ictimai xaosun yaranmasına səbəb olur - bu isə ikinci mərhələdə “müdaxilə” “maarifləndirmə”, “təbliğat” kimi tanış mexanizmlərin yenidən “aktuallaşdırılmasına” səbəb olur ki, bu yolla cəmiyyətin milli kimliyi, milli mənəvi dəyəri aşınmaya məruz qoyulur.
Xəyanətkar dəstələrin “feminizm” pərdəsi...
KİV-lərdə öz əksini tapan araşdırmalarda USA?D-in yeni “plan tərtibatında” yer alan “QHT təmsilçiləri”, “KİV nümayəndələri”nin əsl kimlikləri, vəzifləri və məqsədləri ortaya qoyulur. Məsələn, bəlli olur ki, Qərb institutları məhz radikal feminizmi dəstəkləyib təşkilatlandırmaqla, ölkədə ictimai-siyasi proseslərə müdaxilə etmək üçün yeni mexanizm hazırlayır. Bunda isə fərqli fərqli isnanlardan istifadə olunur.
Adi bir fakt - Sevinc Vaqifqızı “milli feministlər”in liderlərindən biridir - o, paralel olaraq, Abzas.net xəbər portalının baş redaktorudur. Bu portal istisnasız olaraq anti-Azərbaycan məzmunlu dezinfomasiyaların tirajlanmasını həyata keçirir. Məsələn, 22 iyun 2023-cü ildə Ermənistan KİV-ləri (news.am) və beynəlxalq KİV-lər (JAM) ölkəmizlə bağlı yalan-yanlış informasiyalar yayan zaman məhz bu sayta “istinad etmişdilər” - burada da məqsəd bəllidir. ABŞ-ın nəzarətində olan bu “feminist qrupun” əlindəki informasiya resursları həm də digər regionlardakı analoji qruplar üçün “istinad mənbəyi” sayılır. ?əmin dövrdə xarici KİV-lərdə həvəslə tirajlanan, “Gədəbəy hadisələrini işıqlandıran jurnalistlərə qarşı zorakılıq edilib” başlıqlı məqalə “Abzas Media”nın əməkdaşı Nərgiz Absalamova və “Amerikanın səsi”nin jurnalisti Nigar Mübarizə istinadla verilmişdi. Abzas.net saytının baş direktoru Ülvi Həsənli isə “feminist qrup”un ABŞ səfirliyindəki aksiyada “peyda oldu”. Buna qədər isə o NİDA vətəndaş hərəkatının “qurucularından” sayılırdı. Heç bir siyasi-ictimai potensiala malik olmayan Ülvi Həsənlinin xəyanətkar xarakteri “təxribatçı şəbəkə”nin diqqətini çəkib - əlaqələr qurulub, o, yeni platformalara gətirilib. Onun vasitəsilə radikal feministlər qrupundan uzanan xətt “KİV sektoruna” ötürülür, buradan da QHT sektoruna çatdırılır.
Radikal feministlərin digər bir təmsilçisi - Xədicə İsmayıl “Toplum TV”-nin baş redaktorudur. Bu TV-nin rəsmi təsisçisi isə özünü media üzrə hüquq eksperti kimi təqdim edən Ələsgər Məmmədlidir. “Arqument.az” saytı da onun kurasiyasındadır. “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa paralel şəkildə “Toplum TV”nin redaktorudur. “Toplum TV”nin redaksiyası “Demokratik Təşəbbüslər İnstitutu”nun (DTİ) ofisində yerləşdirilib. Beləliklə, “Toplum TV”nin DTİ-i ilə koordinasiyası təmin edilib.
“Demokratik Təşəbbüslər İnstitutu”nun təsisçisi Akif Qurbanovdur. Bu təşkilat 406331063 identifikasiya kodu ilə “müstəqil qeyri-hökumət təşkilatı” qismində Gürcüstanda da qeydiyyatdan keçirilib. Demokratik Təşəbbüslər İnstitutu beynəlxalq layihə olan “Fakt yoxla”nın Azərbaycan təmsilçisidir. Bu “təmsilçi” isə özünün araşdırmasında nədənsə müxalifət təmsilçilərini araşdırmır, araşdıranda da, onların “doğru danışdıqlarını” bildirir. Beləliklə, o, siyasi müxalifətin ruporuna çevrilir.
Göründüyü kimi, Abzas.net şəbəkəsinə bənzər olan daha bir çevik şəbəkə “Toplum TV” redaksiyasının ətrafında, digəri isə “Demokratik Təşəbbüslər İnstitutu”nun çevrəsində qurulub. Abzas.net-in baş direktoru Ülvi Həsənli həm KİV, həm QHT təmsilçisi olduğu kimi, Akif Qurbanov da həm KİV, həm də QHT sektorunda təmsil olunur. Bu şəbəkələr ayrı-ayrılıqda qurulmuş kimi görünsələr də, sonda eyni nöqtədən idarə olunur. Ən maraqlı nüans da ayrı-ayrı göründüyü ehtimal edilən bu şəbəkələr arasında əlaqələndirici bağların necə qurulmasıdır.
Samantanın “elementləri”...
Akif Qurbanovun (DTİ) rəsmi təmsilçi olduğu beynəlxalq “Fact Checking”/ Fakt yoxla saytının baş redaktoru Leyla Mustafayevadır. O, bir zamanlar Gürcüstandan Azərbaycana qanunsuz qrant vəsaiti keçirdiyinə görə həbs edilmiş Əfqan Muxtarlının həyat yoldaşıdır. Leyla Mustafayevanın adı paralel şəkildə Abzas.net saytının adminləri sırasındadır. Bu kontekstdə yanaşsaq, Leyla Mustafayeva “Abzas.net” şəbəkəsi ilə “Toplum TV” şəbəkəsi, o cümlədən “Demokratik Təşəbbüslər İnstitutu” arasında əlaqələndirici şəxslərdən biri kimi görünür. Amma o, bu yöndə yalnız və qərarverici şəxs deyil. Koordinasiyaedici mərkəzin kökü daha dərindədir.
Bəli, ABŞ-ın təxribat maşını indi təkcə siyasi partiyalar, siyasi fiqurlar üzərində iş qurub qondarma KİV və QHT-ləri onlara yedək vermir. Əksinə, qondarma QHT və KİV-lərdən ibarət yığcam, çevik dəstələr formalaşdırır, bu qrupların ipini öz əlində saxlayır. Zərurət yarananda, onları bir araya gətirir, əksi lazım olanda, müstəqil şəbəkələr kimi aktivləşdirir. Bu qrupları həm informasiya savaşında, həm də siyasi proseslərdə təzyiq vasitəsi kimi istifadə edir. ABŞ bu təxribatçı kampaniyaların uğurlarından ruhlanıb, USAID-in direktoru Samanta Pauerin dili ilə 2022-ci ilin iyun ayında “Demokratiya doktrinası”nın “yenilənmiş elementləri”ni açıqlayıb. Bildirilib ki, yenilənmiş “Demokratiya doktrinası” imkan yaradır ki, ABŞ “demokratiya işartıları”nın göründüyü ölkələrə diqqətini artırsın, yerli təşəbbüsləri dəstəkləsin. “Demokratiyanın işartıları” deyəndə S.Pauer 4 mühüm əlamətin adını çəkib. Buraya “demokratik üsyanlar”, “perspektivli avtokratik varislər”, “bloklanmış hakimiyyətin ələ keçirilməsi” və “həlledici seçkilər” daxildir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50

