/ / Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
01.03.2012 [01:17]
Moskvada, “Ukrayna” mehmanxanasının konfrans salonunda Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş irimiqyaslı tədbir keçirilib. Tədbir Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondu, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) tərəfindən təşkil edilib.
Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anılıb.
Tədbiri açan Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu 20 il əvvəlki tarixə qısa ekskurs edərək bildirib ki, bütöv bir şəhərin amansızcasına yer üzündən silinməsinin qanlı tarixi xalqımızın qəlbində daim yaşayacaq. O, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevaya, habelə xalqımızı dəstəkləyən hər kəsə minnətdarlığını bildirib.
Sonra Avropa kinematoqrafçılarının birgə istehsalı olan, “Dinc Qafqaz” beynəlxalq layihəsi çərçivəsində çəkilmiş və Xocalı qətliamının tarixinə həsr edilmiş sənədli filmin siqnal variantının təqdimatı olub.
Filmin baş prodüseri, litvalı kinematoqrafçı Andrius Brokas və jurnalist, filmin qəhrəmanı Riçardas Lopaytis Xocalı soyqırımı haqqında sənədli ekran əsəri yaradılması ideyasından söz açaraq bildiriblər ki, film R.Lopaytisin gündəliklərində və şahid ifadələrində əksini tapmış real hadisələr əsasında çəkilib.
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov “Xocalıya ədalət” beynəlxalq kampaniyasının ideya müəllifi Leyla xanım Əliyevanın adından müraciətlə çıxış edib. O, fəal vətəndaş mövqeyinə görə Leyla Əliyevaya minnətdarlığını bildirərək qeyd edib ki, onun təşəbbüsü ilə yaradılmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası fəaliyyət göstərdiyi 3 il ərzində böyük iş görüb. E.İsgəndərov 50-dən çox ölkəni əhatə edən hərəkatın irimiqyaslı fəaliyyətindən ətraflı söz açaraq bildirib ki, bütün dünyada artıq bir milyondan çox insan bu faciənin soyqırımı aktı kimi tanınması çağırışı altında öz imzasını qoyub. O, xocalılılar haqqında filmin beynəlmiləl yaradıcı kollektivinə və xalqımızın ağrı-acısına biganə olmayan hər kəsə xüsusi təşəkkür edib. E.İsgəndərov vurğulayıb ki, bu istiqamətdə iş davam etdiriləcək və bəşəriyyətə qarşı cinayətə mənəvi-hüquqi qiymət verilməsi tələbi ilə Azərbaycanın ədalətli mövqeyinin dünya birliyinə çatdırılması coğrafiyası genişlənəcək.
Sonda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək, dövlətimizin Xocalıda insanların milli və etnik əlamətə görə məhv edilməsi faktının soyqırımı kimi tanınmasına yönəldilmiş siyasətindən söz açıb. Səfir xüsusi vurğulayıb ki, dünya gec də olsa tədricən anlamağa başlayır ki, məhz azərbaycanlılar öz qonşularının işğalçı siyasətinin qurbanlarıdırlar. O, Xocalı soyqırımının bəzi ölkələrin parlamentlərində müzakirə olunaraq pisləndiyini xatırladıb. P.Bülbüloğlu deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin açıq, dəqiq ölçülüb-biçilmiş xarici siyasəti və vətəndaş təsisatlarının nizamlı fəaliyyəti sayəsində ölkəmiz dünyada özünün etibarlı işgüzar tərəfdaş imicini ardıcıl surətdə gücləndirir. Səfir deyib: “Xarici ölkələrdə erməni təcavüzkarlarının bəşəriyyət əleyhinə cinayətləri haqqında doğru-dürüst informasiyanın yayılması Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və “Xocalıya ədalət” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevanın fəaliyyətinin prioritet xəttidir”.
Səfir diqqəti faciənin 20-ci ildönümü günü Prezident İlham Əliyevin başçılıq etdiyi ümumxalq yürüşünə cəlb edərək bildirib ki, yürüş ümumxalq hüznünün, çoxmillətli və çoxkonfessiyalı Azərbaycanın vətəndaş cəmiyyətinin öz iradəsini ifadə etməsinin kulminasiyası olub.
Səfirin qondarma “erməni soyqırımı”nın kriminallaşdırılması barədə qanunun ləğv edilməsinə dair Fransa Konstitusiya Şurasının 28 fevral tarixli qərarı haqqında məlumatı alqışlarla qarşılanıb.
Tədbir iştirakçıları rəsmi mərasimdən sonra Azərbaycan məktəblilərinin “Müharibə uşaqları” mövzusunda əl işlərindən ibarət sərgi ilə tanış olublar.
RAGT-nin təmsilçiləri günahsız soyqırımı qurbanlarının rəmzi olan qara şarları səmaya buraxıblar.
Tədbirdə Türkiyənin Rusiyadakı səfiri, İranın RF-dəki səfirliyinin nümayəndələri, Azərbaycan diasporunun və Rusiya ictimaiyyətinin təmsilçiləri və azərbaycanlı gənclər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18

