ABŞ-ın “qara oyunu”
24.11.2023 [10:35]
“Yumşaq güc”ün QHT “pərdəsi” altında gizlədilməsi
ABŞ-ın ənənəvi “təsir imkanları” axtarışları hər zaman fərqli istiqamətlərə, fərqli vasitələrə əsaslanıb. Bəzən xəyanətkar siyasi partiyalarla “işbirliyi” yaradan, bəzən vətəndaş cəmiyyəti sıralarında “müttəfiq” axtaran, bəzən nəzarəti altındakı KİV üzərindən çirkin planlarını həyata keçirmək istəyən ABŞ yeni dövrdə daha fərqli bir istiqamət seçib - bu, feminist qruplar və onların nəzarətindəki internet resursları, eyni zamanda fərqli “institutların” nəzarətindəki “ofislər” vasitəsilə ölkə daxilində öz mənafeyini təmin etmək arzularını reallaşdırmağa yönəlik cəhdlərdir.
Dəqiq rekviziti olmayan “peşəkar media”...
Qeyd edildiyi kimi, artıq bir müddətdir ki, ABŞ-ın bu kimi “yumşaq güc” siyasətinin əsas mərkəzi kimi çıxış edən USAİD və başqa təşkilatlar Cənubi Qafqaza yönəlik yeni planları ilə diqqət çəkir. Bu mərkəzlərin nəzarətində olan, əmrlərini yerinə yetirən radikal feminist qruplar, internet resursları ABŞ-dan yönləndirilən “qrant şəbəkəsi” tərəfindən idarə olunurlar. Məsələn, KİV-də də öz əksini tapdığı kimi, şəbəkənin üzvü olan bəzi internet resursları ilə bağlı hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər çox qısa müddətdə və “fərqli dizayn”da təqdim olundu - “qrant şəbəkəsinin” üzvləri rəsmi açıqlamaları belə gözləmədən və heç bir dəqiqləşdirmə aparmadan bəyanatlar yaydılar. “Abzas Media”nın guya “müstəqil KİV qurumu” olduğunu, saxlanılan direktor Ü. Həsənlinin də məhz “həqiqəti yazdığına görə həbs edildiyini” bildirdilər. “Sərhədsiz Reportyorlar” Təşkilatı (Paris) və “Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi” (Nyu-York, ABŞ) operativ şəkildə bəyanatlar yayaraq hadisəni “müstəqil mediaya qarşı təzyiq” kimi qiymətləndirdi.
Göründüyü kimi, “müdafiə refleksi” bir anda “işə düşdü”. Daha doğrusu, əvvəlcədən hazır saxlanılan “müdafiə bəyanatları” üzə çıxarıldı. Təbii ki, onlar öz etdiklərinin, törətdikləri qanun pozuntularının miqyasını və tərəflərini bilirlər - bu baxımdan da, verilən bəyanatlar vaxt etibarı ilə dəqiqələr sonra “gün üzü gördü” - məsələn, “Sərhədsiz Reportyorlar”ın bəyanat yayması baş verənlərdən cəmisi 31 dəqiqə sonraya “təsadüf etdi”. Bu isə onu göstərir ki, antimilli şəbəkə bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərir və hətta bir “marağın əsiri olanlar” həm Azərbaycanda, həm Ermənistanda, həm də Gürcüstanda eyni mənbə tərəfindən tezislə təmin olunur...
Eyni zamanda, həmin şübhəli fəaliyyətlə məşğul olan “resurslar” birmənalı şəkildə “müstəqil”, “peşəkar” kimi qələmə verilsə də, həmin saytlarla bağlı nə dolğun məlumatlar, nə də dəqiq informasiyalar tapılır - bunun nəticəsidir ki, saxlanılan şəxslərin hətta həmin resurslarda hansı vəzifə sahibi olması belə düzgün tapılmır. Bu isə onu deməyə əsas verir ki, həmin saytlarda “rəhbər” kimi təqdim olunan şəxslər yalnız və yalnız “əmr icraçısıdır” - bu “KİV qurumlarının” heç rekvizitləri yoxdur. “Media haqqında” qanuna əsasən, hər bir KİV qurumu öz səhifəsində təsisçisi, işçi heyəti, məsul şəxsi və əlaqə vasitələri haqqında məlumat yerləşdirməlidir. “Abzas media”nın saytında isə bu rekvizitlərin heç biri qeyd edilməyib. Hətta “Abzas Media” xəbər saytında Ülvi Həsənlinin baş direktor olması barədə də hər hansı məlumat yoxdur. Saytdakı “Haqqımızda” kateqoriyasında cəmi 2 cümlə var. Orada yazılıb ki, sayt 2016-cı ildə qurulub...
Fərqli mexanizmlərlə milyonlarla dollar ötürülür...
Bu kimi şəbəkələrin saxlanılması, onların “stimullaşdırılması” üçün isə USAİD və digər mexanizmlərlə milyonlarla dollar pul “ötürülür”. Radikal feministlər, “Abzas Media”, “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, “Sərhədsiz Reportyorlar”ın yerli ofisi və buna bənzər digər lokal qruplar həmin pullarla “bəslənir”. OCCRP-nin, USAID-in, “Soros”un sifarişlərini icra etmək onlara “yüksək məbləğli qrantlar” qazandırır.
Qrant məsələsinə toxunan zaman, pul tranşının hərəkət trafiki də maraq doğurur. İstər KİV-lərdə, istərsə də kluarlarda 2014-cü ildən etibarən qeydiyyatsız qrantların Azərbaycana Gürcüstan üzərindən ötürülməsi ilə bağlı kifayət qədər məlumatlar mövcuddur. Ortaya çıxan məlumatlar isə daha maraqlıdır - məsələn, təyinatı şübhə doğuran qrantların Azərbaycanda qeydə alınması çətinləşdiyi üçün Azərbaycanda xarici sifarişləri icra edən QHT və KİV-lərə xüsusi imtiyaz verilib. Onlar öz qrantlarını Gürcüstanda qeydiyyata aldırırlar. “Qrant üçün” ayrılmış vəsaiti Gürcüstanda qəbul edirlər. Sonra həmin vəsaiti nağdlaşdıraraq Azərbaycana gətirirlər, siyasi sifarişlər üçün xərcləyirlər. Əslində, bu fakt öz təsdiqini tapıb. AXCP fəalı, mərhum Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlı insidenti bu motivdə baş vermişdi. Bu günün rakursunda isə “yol məsələsi” daha fərqli üsullarla tənzimlənir. Bəzən xarici qrantlar Azərbaycan hökumətinin özü tərəfindən verilən qrantlara qatışdırılaraq icra edilir. Prosesdə daha çox Açıq Hökumətin Təşviqi Platformasının (AAHTP) üzvü olan təşkilatlar görünürlər. Bu platforma Azərbaycanda xaricdən gələn qanunsuz qrantların zərərini azaltmaq üçün formalaşdırılıb. Ona öz missiyasını yerinə yetirmək üçün fürsətlər tanınıb. Azərbaycanda 2014-cü ildə qrant qanunvericiliyinin sərtləşdirilməsindən sonra bütün milli QHT-lərin xarici qrantlara çıxış imkanları məhdudlaşanda, AAHTP üzvü olan təşkilatlara yaşıl işıq yandırılıb. Həmin dövrdə Ədliyyə Nazirliyində qeydə alınmış məhdud sayda xarici qrantların təqribən 80 faizi məhz AAHTP üzvlərinə məxsus olub. Bu layihələrin də əksəriyyəti USAID-dən qaynaqlanıb.
USAİD-in yeni “oyunu”...
KİV-lərdə qeyd edildiyi kimi, praktika göstərir ki, təkcə USAID-dən deyil, Avropa Şurasından, Avropa İttifaqından layihə alan təşkilatlar da bənzər metodlardan istifadə edirlər. Onlar rəsmi elanda layihənin icrasını fərqli adlar altında təqdim etməklə, icrası narazılıq doğuran layihələr barədə narahatçılığı aradan qaldırırlar. Xarici layihələrə nəzarət edən dövlət qurumlarının diqqətini yayındırırlar. Bu yolla, arzu olunmayan mövzular üzrə layihələrini fərqli adlar altında icra edirlər. Hətta rəsmi şəxslərin bu tədbirlərdə iştirakını təmin edə bilirlər. Dəvət olunanlar çox zaman iştirak etdikləri tədbirlərin hansı layihənin tərkib hissəsi olmasını ayıra bilmirlər. USAID, Aİ, AŞ öz niyyətlərinə uyğun qrant layihələrini reallaşdırmaq üçün digər metodlardan da istifadə edirlər. Məsələn, əvvəllər layihələrinin icrasına cəlb etdikəri QHT-lər və ekspertlərlə rəsmi müqavilələr bağlayır, hesabatlılıq naminə ödənişləri mütləq şəkildə bank hesabı vasitəsilə edirdilərsə, son dövrlərdə bu şərtləri dəyişiblər. İndi nəzarətdən yayındırmaq üçün “yerli QHT və KİV-lərə” ödənişləri nəğd şəkildə çatdırırlar. Həmçinin, rəsmi qrant müqaviləsi deyil, “xidmət müqaviləsi” bağlayırlar.
Keçmiş dövrdə “Soros Fondu”, NED və bu kimi donor təşkilatların istifadə etdikləri maxinasiyalar, bu gün dolayı formada ABŞ səfirliyi, USAID ofisi, AŞ və Aİ-nin Bakı ofisləri tərəfindən təkrarlanır. Məsələ ondadır ki, “Soros Fondu” və NED qismində donorlardan fərqli olaraq, bu qurumlar tərəfindən ayrılan qrantların ölkəyə girişini məhdudlaşdırmaq mümkün deyil. Çünki özəl donor fondlardan fərqli olaraq, səfirlikləri, USAID, AŞ və Aİ-nin ölkələrdəki fəaliyyətləri dövlətlərarası anlaşmalarla tənzimlənir...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

