Sülhə daha bir addım...
30.11.2023 [10:31]
Sərhəddəki görüşdən nəticə gözləmək olar
2020-ci ilin noyabrından ötən dövrdə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin tam təmin olunmasına yeganə maneə Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Bu bir həqiqətdir ki, Azərbaycan sülhün tam, dəqiq və davamlı olması üçün bütün şərtləri səsləndirib - Ermənistan isə bəzi məsələlərdə hələ də manipulyasiyalara əl atdığı üçün sülhün imzalanması ləngiyir. Məsələn, sülh prosesinin ən mühüm detallarından biri sayılan sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hələ də öz həllini tapmayıb. Düzdür, son bir ildə Ermənistan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanıdığını dilə gətirib - artıq iki dövlət arasında bir sıra məsələlərlə bağlı ikitərəfli razılaşmaların olduğu bildirilir. Ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması məsələsində Alma-Atı bəyannaməsinə istinad olunur. Bununla belə, hələ də açıq qalan bəzi məsələlər özünün aktiv həllini gözləməkdədir. Bunun üçün isə...
İkitərəfli görüş üstünlüyü...
Sülh prosesi ilə bağlı arxada qoyulan müddəti bəzi məqamlarına görə, “itirilmiş zaman” kimi də xarakterizə edənlər var. Burada ilkin səbəb kimi Ermənistanın qarşılıqlı dialoqdan, danışıqlardan, müzakirələrdən yayınması, məqsədli şəkildə vaxt uzatması göstərilə bilər. Məsələn, Ermənistanın fərqli çətirlər, hətta “vasitəçilər”, bəzi məqamlarda “zəmanətçilər” axtarışı sülhün detallarının müəyyənləşməsi ilə bağlı vaxt itkisinə gətirib çıxardı. 2023-cü ilin sülh ili olmasını arzulayan Azərbaycan isə hər zaman qarşılıqlı görüşlərə hazır olduğunu dəfələrlə dilə gətirib. Məsələn, bir müddət öncə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etməklə bağlı çağırış ünvanlamışdı. Bildirilirdi ki, Ermənistanın Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə cavab verməsinin təqribən 2 ay yarım müddət çəkməsi prosesi ciddi şəkildə yubadıb. Sülh danışıqlarındakı bu durğunluq regionda sabitliyə və firavanlığa töhfə vermir. Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. Azərbaycan XİN iki ölkənin gələcək münasibətləri barədə qərarı birlikdə verməli olduğuna inamını ifadə etmişdi. Çağırışda qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkənin məsuliyyət daşıdığı əks olunurdu.
Amma deyəsən, artıq Ermənistan da reallıqlardan qaçmağın mümkünsüzlüyünü anlayıb. Bu gün, noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclasının keçirilməsi məhz bunun göstəricisi sayıla bilər.
Danışıqlar müsbət dəyərləndirilməlidir...
Təbii ki, indiki halda bu görüşdən fantastik nəticələrin gözlənilməsi real həqiqəti əks etdirə bilməz. Çünki hələ də özünün müstəqil iradəsi əlində olmayan Ermənistan “təmsil etdiyi” maraqların da mövqeyini dəqiqləşdirməlidir. Bununla belə sərhəddə keçirilməsi nəzərdə tutulan 5-ci komissya iclası, görüş müəyyən məqamlar üçün təkanverici rola malik ola bilər. Yəni, detalların müəyyənləşdirilməsi imkanlarının müzakirəsi baxımından bu görüşün böyük faydası haqqında danışmağa dəyər. Eyni zamanda, görüşün vasitəçi olmadan keçirilməsi ən böyük uğurlardan sayılmalıdır. Müzakirə olunacaq detallar isə hər bir halda irəliyə atılmış addımdır.
Bəli, indiki halda, iki ölkənin yaratdığı delimitasiya komissiyasının görüşü müsbət qarşılanmalıdır. Bu, prosesdə dinamikanın olduğunu göstərir. Bu həm də Ermənistanın müəyyən reallıqları dərk etdiyinə ümid formalaşdırır. Qarşıdakı dövrdə Ermənistan konstruktiv mövqe ortaya qoyarsa, ciddi uğurlara belə imza atılması mümkündür...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

