Siyasətimiz aydın və davamlıdır...
02.12.2023 [10:20]
Ermənistan və havadarlarının beynəlxalq aləmi çaşdırmaq cəhdləri iflasa məhkumdur
Azərbaycan dövlətinin xarici siyasət kursu birmənalı şəkildə əməkdaşlığa, sülhə və təhlükəsizliyə əsaslanır. Milli maraqlar üzərində qurulan bu siyasi kurs bütövlükdə qlobal dəyərlərə - demokratik və multikultural inkişafı, hüququn aliliyini, beynəlxalq konvensiyaları və bu kimi ali bəşəri amilləri özünün əsas istinadgahına çevirir. Bunun nəticəsidir ki, bəzi hallarda Azərbaycana qarşı yürüdülən qeyri-konstruktiv, ikili standarta əsaslanan selektiv yanaşmalar qısa zaman kəsiyində fiaskoya uğrayır. Azərbaycanın beynəlxalq aləm üçün dəyəri apardığı siyasət ilə ekvivalentdir - istər Qoşulmama Hərəkatı, istərsə də digər beynəlxalq statuslu təşkilatlardakı fəal iştirakımız qlobal arenada nüfuzumuzun artmasına yol açır. Bu isə öz növbəsində bizə qarşı hazırlanan bəzi təxribatların, siyasi təzyiq kampaniyalarının, eləcə də qarayaxma cəhdlərinin qarşısını uğurla alır.
Selektiv yanaşma, separatizmin dəstəklənməsi...
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Nazirlər Şurasının 30-cu iclasındakı çıxışında da məhz bu kimi məsələlər önə çıxarılıb. Nazir çıxışında ikili standartlar problemi və selektiv yanaşmanın beynəlxalq münasibətlər sistemində mövcud təhdid və çağırışlara qarşı effektiv cavab tədbirləri görülməsinin qarşısında duran ən böyük maneələrdən biri olduğunu vurğulayıb. Bu istiqamətdə, beynəlxalq hüquq normalarına, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmətin müstəsna əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Yada salmaq yerinə düşər ki, özünü Avropanın “demokratiya carçısı” elan etmiş Fransa ötən illər ərzində separatizmi açıq şəkildə dəstəkləyərək Cənubi Qafqaz regionunda davamlı sülhün əldə olunmasına maneə törədib. Son günlərə qədər Ermənistanı silahlandıran, qeyri-adekvat mövqe nümayiş etdirməyə təhrik edən, bölgədəki sülhyaratma prosesinə müdaxilə cəhdləri göstərən Fransanın bu kimi davranışları isə dünya ictimaiyyəti tərəfindən qınanılmalı olduğu halda, susqunluqla qarşılanıb. Bu kimi ikili standart isə analoji proseslərin dünyada mənfi presedentlər yaratmasına gətirib çıxara bilər ki, bu da yolverilməzdir.
Azərbaycanın haqlı və beynəlxalq hüquqa söykənən davranışları...
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, xüsusilə cari ilin 19-20 sentyabr tarixlərində Qarabağ bölgəsində görülən antiterror tədbirləri nəticəsində ərazilərimizdə Ermənistan tərəfindən öhdəliklərinə və şifahi bəyanatlarına zidd şəkildə saxlanan qeyri-qanuni rejimin buraxıldığı və tərk-silah edildiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan tərəfindən bütün beynəlxalq platformalar çərçivəsində öz ərazilərində qeyri-qanuni hərbi mövcudluğun qəbuledilməzliyi məsələsinin davamlı şəkildə qaldırılmasına baxmayaraq, Ermənistan beynəlxalq ictimaiyyətin bu məsələyə etinasızlığından cəsarətlənərək öz aqressiv fəaliyyətini davam etdirib.
Bu kimi hallar isə məhz cəzasızlıq mühitinin yaratdığı mənzərədir. Ermənistanın sülhə və təhlükəsizliyə laqeyd münasibəti isə regionda yeni əməkdaşlıqların yaradılmasına mane olur. Bu isə bütövlükdə qlobal iqtisadi münasibətlərə mənfi təsirlərini göstərir. Bəzi hallarda rəsmi İrəvanın Qarabağ bölgəsindən könüllü şəkildə Ermənistana gedən ermənilər üzərindən planlar qurması, oyunlar hazırlaması qəbuledilməzdir. Müəyyən dairələrin, hətta dövlətlərin bu qeyri-adekvat davranışlara dəstək verməsi, hətta ləğv edilmiş xunta üzləri ilə “görüş” keçirməsi cəhdləri də ikili standartın və beynəlxalq hüquqa hörmətsizliyin bariz nümunəsidir.
“Humanitar böhran” kampaniyası iflasa uğradı - BQXK və BMT-nin mövqeyi
Tədbirdə ATƏT-in hələ keçmiş Ermənistan-Azərbaycan münaqişəsi dövründə həll prosesinin bir parçası olmaq şansının mövcudluğuna baxmayaraq, bu təşkilatın öz mandatının effektiv icrasına nail ola bilmədiyi, habelə postmünaqişə dövründə də təşkilat çərçivəsində bir sıra iştirakçı dövlətlərin Ermənistana havadarlığının və ATƏT mexanizmlərinin hələ də “uyğun olduğu”na dair istinadların reallığı əks etdirmədiyi bildirilib.
Azərbaycan tərəfindən görülən antiterror tədbirlərinin iddia edilənlərin əksinə nümunəvi şəkildə aparıldığı, ölkəmizin yerli erməni sakinlərin reinteqrasiyası, onların humanitar və sosial-iqtisadi ehtiyaclarının ödənməsi üçün ardıcıl səylər göstərdiyi diqqətə çatdırılıb. Bu istiqamətdə, BMT və onun ixtisaslaşmış qurumları, habelə Beynəlxalq Qırmızı Xaç Komitəsinin bölgədəki müşahidələrinin də bölgədəki “gərgin humanitar vəziyyət” ilə bağlı iddiaların əsassızlığını sübuta yetirdiyi qeyd olunub.
Bəli, ATƏT artıq sona çatmış münaqişənin tənzimlənməsi ilə bağlı uzun illər faydasız fəaliyyəti ilə yadda qaldı - hətta Minsk qrupu həmsədrlərinin bölgəyə turistik səfərləri hələ də yaddaşlardan silinməyib. Azərbaycan öz gücü və qətiyyəti ilə 2020-ci il Vətən müharibəsi, 2023-cü il lokal antiterror tədbirləri nəticəsində beynəlxalq hüququn tələblərini özündə əks etdirən ədaləti bərpa etdi. Qeyd edildiyi kimi, Ermənistanın işğalına, separatizmə illərlə dəstək vermiş bəzi qüvvələrin həmin dövrdə yeni “humanitar böhran” oyunlarına start verməsi də çirkin kampaniyaların fərqli proyeksiyası idi. Amma aparılan haqsız və ədalətsiz “humanitar böhran” kampaniyiları fiaskoya uğradı - bəzi beynəlxalq təşkilatların mövqeyi bunda əsaslı rol oynadı. Azərbaycanın bölgədə foromalaşdırdığı ədalət mənzərəsi bunu aşkar şəkildə ortaya qoydu - Qarabağın erməni vətəndaşlarının antiterror tədbirləri zamanı xəsarət almaması, reinteqrasiya proqramının elan edilməsi, erməni sakinlərə qarşı nümayiş etdirilən yüksək tolerantlıq və multikultural dəyərlərə söykənən davranışlar, hətta Azərbaycanı könüllü tərk etmək istəklərinin təhlükəsiz formada həyata keçirilməsi üçün yaradılan şərait bunu təsdiqləyir.
İndiki halda isə Ermənistanın sülhlə bağlı spekulyativ oyunlar nümayiş etdirməsi təəssüf doğurur. C.Bayramov bildirib ki, mövcud çətinliklərə və çağırışlara, Ermənistan tərəfindən prosesin yersiz ləngimələrə məruz qalmasına, həmçinin bir sıra dövlətlərin öz geosiyasi oyunlarını regiona proyeksiya etmək cəhdlərinə baxmayaraq, Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı kimi prosesin irəlilədilməsində qərarlı olduğu diqqətə çatdırılıb. Bu istiqamətdə, Azərbaycanın Ermənistana dövlət sərhədində, yaxud qərəzsiz və ya neytral üçüncü bir ölkədə görüşməyi təklif etdiyi də qeyd olunub.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24

