ATƏT Nazirlər Şurasının 30-cu toplantısında...
02.12.2023 [10:35]
Ermənistan və onun havadarlarının təxribatçı əməlləri ifşa olundu
Şimali Makedoniyanın paytaxtı Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 30-cu iclası keçirilib. Toplantı Şimali Makedoniya xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmaninin dəvəti ilə baş tutub. Nazirlər Şurası ATƏT-in mərkəzi qərar qəbul edən və idarəetmə orqanıdır.
İkigünlük iclas çərçivəsində ATƏT-ə üzv 57 ölkənin xarici işlər nazirləri Avro-Atlantik və Avrasiya məkanında təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Həmçinin Şimali Makedoniyanın 2023-cü ildə ATƏT-ə sədrliyi çərçivəsində, eləcə də təşkilatın bütün fəaliyyət sahələrində görülən işlər nəzərdən keçirilib.
İkili standartlar problemi və selektiv yanaşmanın fəsadları
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da ATƏT-in Nazirlər Şurasının 30-cu iclasında iştirak və çıxış edib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Ceyhun Bayramov çıxışında ikili standartlar problemi və selektiv yanaşmanın beynəlxalq münasibətlər sistemində mövcud təhdid və çağırışlara qarşı effektiv cavab tədbirləri görülməsinin qarşısında duran ən böyük maneələrdən biri olduğunu vurğulayıb. Bu istiqamətdə, beynəlxalq hüquq normalarına, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmətin müstəsna əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət barədə ətraflı məlumat verən nazir xüsusilə cari ilin 19-20 sentyabr tarixlərində Qarabağ bölgəsində görülən antiterror tədbirləri nəticəsində ərazilərimizdə Ermənistan tərəfindən öhdəliklərinə və şifahi bəyanatlarına zidd şəkildə saxlanan qeyri-qanuni rejimin buraxıldığı və tərk-silah edildiyini diqqətə çatdırıb. Azərbaycan tərəfindən bütün beynəlxalq platformalar çərçivəsində öz ərazilərində qeyri-qanuni hərbi mövcudluğun qəbuledilməzliyi məsələsinin davamlı şəkildə qaldırılmasına baxmayaraq, Ermənistan beynəlxalq ictimaiyyətin bu məsələyə etinasızlığından cəsarətlənərək öz aqressiv fəaliyyətini davam etdirib.
Ceyhun Bayramov: ATƏT öz mandatının effektiv icrasına nail ola bilmədi
ATƏT-in hələ keçmiş Ermənistan-Azərbaycan münaqişəsi dövründə həll prosesinin bir parçası olmaq şansının mövcudluğuna baxmayaraq, bu təşkilatın öz mandatının effektiv icrasına nail ola bilmədiyi, habelə postmünaqişə dövründə də təşkilat çərçivəsində bir sıra iştirakçı dövlətlərin Ermənistana havadarlığının və ATƏT mexanizmlərinin hələ də “uyğun olduğu”na dair istinadların reallığı əks etdirmədiyi bildirilib. Azərbaycan tərəfindən görülən antiterror tədbirlərinin iddia edilənlərin əksinə nümunəvi şəkildə aparıldığı, ölkəmizin yerli erməni sakinlərin reinteqrasiyası, onların humanitar və sosial-iqtisadi ehtiyaclarının ödənməsi üçün ardıcıl səylər göstərdiyi diqqətə çatdırılıb. Bu istiqamətdə, BMT və onun ixtisaslaşmış qurumlarının və digər təşkilatların bölgədəki müşahidələrinin də bölgədəki “gərgin humanitar vəziyyət” ilə bağlı iddiaların əsassızlığını sübuta yetirdiyi qeyd olunub.
Ceyhun Bayramov deyib ki, mövcud çətinliklərə və çağırışlara, Ermənistan tərəfindən prosesin yersiz ləngimələrə məruz qalmasına, həmçinin bir sıra dövlətlərin öz geosiyasi oyunlarını regiona proyeksiya etmək cəhdlərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinin təşəbbüskarı kimi prosesin irəlilədilməsində qərarlıdır. Bu istiqamətdə, Azərbaycanın Ermənistana dövlət sərhədində, yaxud qərəzsiz və ya neytral üçüncü bir ölkədə görüşməyi təklif etdiyi də diqqətə çatdırılıb.
Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclasında iştirakı çərçivəsində təşkilatın Baş katibi Helqa Şmid ilə görüşüb. Görüş zamanı Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir beynəlxalq hüququn əsas müddəalarına, o cümlədən ərazi bütövlüyü və suverenlik kimi təməl prinsiplərinə hörmətlə yanaşılmasında, bu prinsiplərin qorunub saxlanılmasında çoxtərəfli platformaların, o cümlədən ATƏT-in daha effektiv yanaşma sərgiləməsinin əhəmiyyətini vurğulayıb.
Erməni sakinlərin köçünün məsuliyyəti Ermənistanın üzərindədir
Görüşdə postmünaqişə dövründə regionumuzda yaranmış reallıqlar, işğaldan azad olunmuş ərazilərimizin bərpası və məcburi köçkünlərin mərhələli şəkildə həmin ərazilərə qayıdışı, bərpa-qayıdış fəaliyyətlərinə ən böyük əngəl kimi mina təhdidi, eləcə də sülh prosesinin irəliyə aparılması istiqamətində ölkəmizin səyləri diqqətə çatdırılıb. Ermənistanın götürdüyü öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən silahlı qüvvələrini çıxarmaması fonunda ölkəmiz tərəfindən cari ilin sentyabr ayında 24 saat ərzində həyata keçirilmiş antiterror tədbirləri barədə qarşı tərəf məlumatlandırılıb. Beynəlxalq təşkilatların nümayəndələrinin də təsdiqlədiyi kimi, bu prosesdə mülki şəxslərə qarşı heç bir zorakılıq faktının olmadığı vurğulanıb, erməni sakinlərin ərazilərimizi tərk etməsinə gəlincə, bunun məsuliyyətinin Ermənistanın və onun tabeçiliyində olmuş qondarma rejimin üzərinə düşdüyü vurğulanıb. Bu xüsusda, ərazi bütövlüyü və suverenliyin bərpası kimi beynəlxalq hüququn əsas prinsiplərinə münasibətdə ikili standartların, selektiv yanaşmanın tətbiqinin qəbuledilməzliyi qeyd olunub.
Nazir Ceyhun Bayramov həmçinin ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma ilə görüşüb. Görüşdə ATƏT Parlament Assambleyası çərçivəsində Azərbaycanla əməkdaşlıq perspektivləri və gündəlikdə duran əsas məsələlər, bölgədəki cari vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə ATƏT Parlament Assambleyasının mümkün töhfələri ətrafında müzakirələr aparılıb. Parlamentlərarası dialoqun, qarşılıqlı səfərlərin və ATƏT PA çərçivəsində görüşlərin əhəmiyyəti qeyd olunub.
Görüşdə Ceyhun Bayramov bu gün bölgədə yaranmış yeni reallıqlardan söz açıb, Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirlərinə gətirən səbəblər barədə məlumat verib. Həmçinin sülh sazişinin imzalanması ilə bağlı Azərbaycan və Ermənistan arasında normallaşmaya dair ölkəmizin mövqeyi diqqətə çatdırılıb, Ermənistanın bu cür səylərə zərbə vuran addımları və hərbi-siyasi təxribatları diqqətə çatdırılıb. Ermənistanın törətdiyi mina təhdidləri barədə geniş məlumat verilib. ATƏT PA-nın iki ölkənin nümayəndə heyətləri arasında etimadın qurulması baxımından səmərəli platforma ola biləcəyi bildirilib.
Səfər çərçivəsində Ceyhun Bayramovun Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis, İsveç Krallığının xarici işlər naziri Tobias Billström, Portuqaliyanın xarici işlər naziri Joao Qomis Kravinyo və Birləşmiş Krallığın Müdafiə Nazirliyində silahlı qüvvələr üzrə dövlət naziri Ceyms Hippi ilə görüşlərində də ikitərəfli münasibətlər, Cənubi Qafqazda vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24

