BMT-nin xüsusi məruzəçisi ştatlı azərbaycanofob rolunda...
05.12.2023 [10:55]
İcma: “Ermənilərin Laçından deportasiyası”ndan danışan xüsusi məruzəçinin zavallı duruma düşməsi acınacaqlıdır
Nardar BAYRAMLI
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Ermənistanı və onun havadarlarını ciddi narahat edir. Bu səbəbdən də, beynəlxalq müstəvidə ölkəmizə qarşı qarayaxma kampaniyası aparılır. Erməni lobbisinin girovuna çevrilmiş bəzi beynəlxalq təşkilatların təmsilçiləri də bu kampaniyanın bir hissəsinə çevriliblər. Təəssüf ki, onların arasında BMT nümayəndələri də var. Belə ki, BMT-nin mədəni hüquqlar üzrə xüsusi məruzəçisi Aleksandra Xantakinin Qarabağdakı mədəni və dini əhəmiyyətli yerlərin vəziyyəti ilə bağlı hesabat-məktubu yayılıb. Bu “sənədi” BMT-nin Cenevrədəki ofisində daimi nümayəndəliyi olan Ermənistanın İsveçrədəki səfirliyi dərc edib.
BMT-nin mədəni hüquqlar üzrə xüsusi məruzəçisi əsassız olaraq “ermənilərə məxsus mühüm tarixi, mədəni və dini yerlərin və obyektlərin davamlı şəkildə dağıdılması və mənimsənilməsi, Dağlıq Qarabağın tarixinin mütəşəkkil surətdə yenidən şərh edilməsindən, ermənilərin izlərini silməkdən, eləcə də o cümlədən regionda ermənilərə qarşı ayrı-seçkilik və insan hüquqlarının beynəlxalq standartları və beynəlxalq humanitar hüququn pozulması ilə həyata keçirilən təzyiqlərlə bağlı narahatlığını” ifadə edib. “İnsanlara, abidələrə və simvollara qarşı birgə hücumların, tarixin saxtalaşdırılmasının, yer adlarının silinməsinin və ermənilərlə bağlı neqativ söhbətlərin mədəni təmizləməyə çevrilə biləcəyi iddiaları məni xüsusilə narahat edir”, - deyə BMT-nin məruzəçisi iddia edib. Xüsusi məruzəçi tarixi faktları təhrif edərək “Beynəlxalq Ədalət Məhkəməsi, Avropa Parlamenti və Avropa Şurası Azərbaycanda inkişaf edən, erməni mədəni irsini “Qafqaz albanlarının” irsi kimi təqdim etməyə çalışan ideologiyadan, eləcə də erməni irsini inkar edən revizionizm meylindən narahatlığını” da bildirib.
Lakin BMT-nin xüsusi məruzəçisinin yalan üzərində qurulmuş iddiaları cavabsız qalmayıb. Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması bəyanat verib. Bəyanatda deyilir: “BMT-nin mədəni hüquqlar üzrə xüsusi məruzəçisi Aleksandra Xantaki guya “Qarabağda erməni mədəni irsinin dağıdılması” barədə cəfəng iddialarla çıxış edib. İlk öncə vurğulamaq istərdik ki, xüsusi məruzəçinin məktubunun başdan-başa anti-Azərbaycan xarakter daşıyan məzmunu, tonu və erməni diplomatlarının dərhal onu sevinclə paylaşması məktubun Ermənistan Xarici İşlər Nazirliyində yazıldığını deməyə əsas verir. Xüsusi məruzəçinin Azərbaycanın suverenliyini təhdid edən iddialarını kəskin şəkildə pisləyir və qətiyyətlə rədd edirik”.
Bildirilib ki, xüsusi məruzəçinin “Dağlıq Qarabağ”, “Mardakert”, “Karmir Şuka”, “Xramort” kimi qondarma toponimlərdən istifadə etməsi də yolverilməzdir: “BMT-nin xüsusi məruzəçisi qoy gedib elə BMT-nin özünün məhz ölkələrin təqdim etdiyi toponimlərdən istifadə edilməsinin vacibliyinə dair sənədləri ilə tanış olsun. “Ermənilərin Laçından deportasiyası”ndan danışan BMT-nin xüsusi məruzəçisinin beynəlxalq hüquqa qarşı hörmətsizliyi və ştatlı azərbaycanofoba çevrilməsi, zavallı duruma düşməsi acınacaqlıdır. Bu məktub BMT-nin özünü gözdən salır. Təəssüflə bildiririk ki, Azərbaycan xalqının həm Ermənistanda, həm də vaxtilə işğal edilmiş ərazilərdə tarixi və mədəni irsinin dağıdılmasına BMT, UNESCO tərəfindən reaksiya verilməyib, susqunluq nümayiş etdirilib. Sən demə, xüsusi məruzəçi həm də Qafqaz Albaniyası ilə bağlı mütəxəssis imiş və udi icmasının Qarabağda dini ocaqları ziyarət etməsi onun yaman xətrinə dəyib. Xüsusi məruzəçi İrəvanda Göy Məscidin “Azərbaycan irsi” olmadığını bildirir. Ümumiyyətlə, A.Xantakinin bu cəfəng iddialarla məqsədinin nə olduğu bilinmir. Əgər A.Xantakinin məqsədi “erməni irsi”dirsə, onda onun Göy Məscidlə nə işi var! Xüsusi məruzəçi həm də qəsdən Qərbi Azərbaycan İcmasının fəaliyyətini təhrif edib”.
İcmanın bəyanatında qeyd edilib ki, xüsusi məruzəçi öz kobud səhvini düzəltməli və Azərbaycan xalqının mədəni irsinin Ermənistan tərəfindən məhv edilməsinə münasibət bildirməli və bununla bağlı Ermənistan hökuməti ilə təmasa keçməlidir. Əks təqdirdə, onun etnik və dini simpatiya əsasında fəaliyyət göstərməsi və azərbaycanofob olması tam sübut olunacaq. “Ümumiyyətlə, belə təəssürat yaranır ki, A.Xantakinin belə qərəzli olmasının səbəblərindən biri də onun Yunanıstandan olmasıdır. Xüsusi məruzəçini mandatına uyğun olaraq müstəqil və qərəzsiz şəkildə fəaliyyət göstərməyi, Azərbaycana qarşı düşük iddialara son qoymasını tələb edirik”, - deyə bəyanatda vurğulanıb.
Ümumiyyətlə, Qərbi Azərbaycan İcmasının bəyanatında da deyildiyi kimi, BMT-nin xüsusi məruzəçisinin hesabat-məktubu sanki Ermənistanda hazırlanıb. Çünki bu “sənəd” rəsmi İrəvanın ölkəmizə qarşı səsləndirdiyi bəyanatlardan heç nə ilə fərqlənmir. Digər tərəfdən, xüsusi məruzəçinin mövqeyi BMT-nin prinsipləri ilə ziddiyyət təşkil edir. Həm də nəzərə alaq ki, BMT-nin müvafiq missiyası iki dəfə Qarabağa səfər edib. Sözügedən missiyanın hesabatlarında Qarabağda mülki infrastrukturun və məktəblərin, xəstəxana və yaşayış binalarının, eləcə də mədəni və tarixi abidələrin toxunulmaz qaldığı bəyan olunub. Əslində, A.Xantaki hesabat hazırlayarkən BMT-nin Qarabağa səfər etmiş missiyasının rəyini əsas götürməli idi. Lakin o, bunu etməməklə erməni lobbisinin əlində alət olduğunu nümayiş etdirdi.
Məlumdur ki, 30 illik erməni işğalı dövründə BMT missiyası ərazilərimizə daxil ola bilmirdi. Ermənistan və keçmiş separatçı rejim 30 il ərzində bu ərazini əsarətdə saxlayıb, heç bir beynəlxalq müşahidə missiyasının Qarabağa daxil olub monitorinq aparmasına, situasiyanın dəyərləndirilməsinə imkan verməyib. Azərbaycan ərazilərinin işğalı zamanı dağıntı, qanunsuz məskunlaşmalar daxil olmaqla, qanunsuz fəaliyyətin nəticələri ilə yerində tanış olmaq məqsədilə beynəlxalq missiyaların işğal olunmuş ərazilərimizə səfərini erməni tərəfi hər zaman əngəlləyib. Eyni zamanda, hətta məhdud missiyalardan sonra belə Ermənistan onların gəldiyi nəticələrə ya məhəl qoymayıb, ya da onları təhrif edib. Amma ordumuz tərəfindən aparılan antiterror tədbirlərindən sonra Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə səfərə dəvət edib. Belə bir səfər BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında, BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinə uyğun olaraq həyata keçirilib. Bütün bunların fonunda A.Xantakinin mövqeyi beynəlxalq hüquqa və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir. Məhz BMT rəhbərliyi erməni lobbisinin əlində alətə çevrilmiş nümayəndəsinə qarşı müvafiq tədbirlər görməlidir. Əks halda, bu, təşkilatın öz nüfuzuna ciddi zərbədir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

