500 illik qanlı tarix
07.12.2023 [11:20]
Fransanın ən ağır şərtlər altında həyata keçirdiyi müstəmləkəçilik və sümürmə siyasətinə etiraz edən ölkələrin sayı artır
Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətindən əl çəkmir. Ancaq müstəmləkə ölkələrində Fransanın kolonializm siyasətinə qarşı etirazların geniş dalğası başlayıb. Getdikcə daha çox ölkədə “Rədd ol, Fransa!” şüarları səslənir və bu ölkənin dövlət rəmzləri aşağılanır. Yeni Kaledoniya da bu sırada yer alır. Ölkənin paytaxtı Numeada müstəqillik və suverenlik tələb edən siyasi partiyalar tərəfindən Fransaya qarşı etiraz yürüşü keçirilib. Etiraz yürüşündə Kaledoniya və Kanak xalqı son günlər Fransa dövlətinin bir çox nazirinin ölkələrinə gəlişini onlara qarşı təzyiq olduğunu və bu təzyiqə etiraz etdiklərini bildiriblər.
Müstəmləkəçilik siyasətinin gerçək üzü - günahsız insanların qətli, iqtisadi gerilik, səfalət
Fransanın qatı müstəmləkəçilik siyasətini 500 illik qanlı tarix kimi səciyyələndirmək mümkündür. Bu ölkə istilalar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə qatmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Təbii ki, zaman ötdükcə Fransa müstəmləkəçilik siyasətində müəyyən forma dəyişiklikləri etmək məcburiyyətində qalıb. Ancaq zaman və forma dəyişsə də, ənənəvi müstəmləkəçilik neokolonializmlə əvəzlənsə də, üzqarası siyasətinin mahiyyəti dəyişməyib. Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Benin, Kot-d’İvuar, Mərkəzi Afrika Respublikası, Qabon, Toqo, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Haiti və digər ölkələrdə bir neçə milyon günahsız insan, o cümlədən qadınlar və uşaqlar Fransa tərəfindən qətlə yetirilib. Fransa eyni zamanda 1994-cü ildə Ruandada tutsi qəbiləsinə qarşı törədilən soyqırımına görə birbaşa məsuliyyət daşıyır. 1994-cü ildə fransızlar bu ölkədə “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat həyata keçiriblər. Əməliyyatlar zamanı tutsi qəbiləsinin 800 mindən çox üzvü qətlə yetirilib. Xatırlatmaq yerinə düşər ki, 2014-cü ildə Ruanda Prezidenti Pol Kaqamenin soyqırımı aktında Fransanın rolunu dəqiq müəyyən etdiyi barədə bəyanatı rəsmi Parislə siyasi böhrana səbəb olmuşdu.
Fransa yeni kolonializm siyasətində bir qayda olaraq iqtisadi təzyiq vasitələrindən istifadə edir. Fransa 1945-ci ildən bəri Afrikada Fransız Müstəmləkələri Frankı (CFA) adlı pul vahidinin tətbiqinə başlayıb. Bu pul vahidinin tətbiqi Afrika ölkələrini iqtisadi inkişafdan geri salır, onları səfalətə sürükləyir. Təsadüfi deyildir ki, Afrikanın Sahil regionu ölkələrində, habelə Fildişi Sahili və Malidə baş verən münaqişələrin əsas səbəbi CFA-ya alternativ valyuta seçmək cəhdləri olub. Məhz bu pul vahidinin sayəsində Fransa Afrika ölkələrini istismar edir, onların sərvətlərini mənimsəyir. Qitədə aclıq və səfalətin, kütləvi emiqrasiyanın səbəbi də CFA-dır. Lakin ondan vaz keçmək Afrika ölkələri üçün heç də asan deyil. Son illərdə Qərbi Afrika İqtisadi Birliyinə (ECOWAS) üzv olan 15 ölkə bu pul vahidindən imtina edəcəyini açıqlayıb, lakin Fransa buna qarşı yeni münaqişə ocaqları yaratmaq siyasətini davam etdirir. İndiyədək qitə ölkələrində baş vermiş hərbi çevrilişlərin 70 faizi fransızların təsiri altında olan dövlətlərin payına düşür.
Fransanın Hind və Sakit Okean regionunda hərbi mövcudluğunu gücləndirmək cəhdi
Yeni Kaledoniyada baş qaldıran etirazlar barədə verilən məlumatlarda bildirilir ki, xüsusilə silahlı qüvvələr naziri S.Lekornunun ölkəyə gəlişi yerli insanları daha çox narahat edib. Onlar Fransanın Yeni Kaledoniyanı hərbiləşdirməsinə qarşı çıxırlar. Ruanda ilə bağlı yuxarıda xatırlatdığımız fakt hərbiləşdirmə siyasətinin hansı fəsadlara yol açdığı barədə konkret təsəvvür yaradır. Fransa müxtəlif coğrafiyalarda öz arxasınca kədərli izlər buraxan, yüz minlərlə insanın həyatına son qoyan belə faciələri tez-tez törədir. Fransa qoşunlarının Çadda keçirdikləri “Epervier”, Fildişi Sahilində “Licorne” hərbi əməliyyatları da çoxlu sayda insan tələfatı ilə nəticələnib. 2011-ci ildə isə mülki insanları qorumaq bəhanəsi ilə Liviyada keçirilən “Harmattan” və iki il sonra Malidəki “Serval” hərbi əməliyyatları da böyük dağıntılar və qətllərə səbəb olub.
Heç kəs zəmanət verə bilməz ki, Fransa oxşar faciələri Yeni Koledoniyada da törətməyəcək. Kaledoniyalılar Makron hökumətinin onları 1988-ci ildə Kaledoniya ilə bağlı müəyyən edilmiş trayektoriyadan yayındırmaq cəhdlərinə və onun tam suverenliyinə nail olmasına qarşı həyata keçirdiyi müxtəlif manevrlərə etiraz edirlər. Bildirirlər ki, etiraz nümayişinin məqsədi Fransa dövlətinin ölkəyə yaratdığı risklər barədə Kaledoniya əhalisini xəbərdar etmək və məlumatlandırmaqdır.
Nümayişin təşkilatçıları qeyd edirlər ki, Fransanın daxili işlər naziri J.Darmaninin çıxışları Fransa hökumətinin mövqeyini, dekolonizasiya və ölkənin tam suverenliyi məsələsində müstəqillik tərəfdarlarının və milli fəalların fikrini nəzərə almamaq istəyini nümayiş etdirir. “Le Cellule de Coordination des Actions de Terrain” qrupu Kaledoniya rəhbərlərinin razılığı olmadan hər hansı konstitusiya islahatları keçirilməsinə və qanunun dəyişdirilməsinin məcburi şəkildə keçirilməsinə sərt etiraz bildirib. Vurğulanıb ki, silahlı qüvvələr naziri S.Lekornunun Kaledoniyaya gəlişi Fransanın Hind və Sakit Okean regionunda hərbi mövcudluğunu gücləndirmək məqsədini açıq şəkildə nümayiş etdirir. Prezident E.Makronun Hind-Sakit Okean regionunda hazırladığı strategiya Yeni Kaledoniyanı təhlükəli vəziyyətə salacaq. E.Makron siyasəti ilə Yeni Kaledoniyanın müstəqillik qələbəsinə mane olmaq və ölkənin siyasi həyatına təsir etmək istəyini aydın nümayiş etdirir. Nümayişçilər fransız nazirlərin son günlər Kaledoniyaya gəlişini onların BMT Baş Assambleyasının 2020-ci il dekabrın 10-da qəbul edilmiş qətnaməsinin tətbiq edilməməsi ilə bağlı hökumətin mövqeyini ortaya qoyduğunu deyirlər.
Numea sazişinin ölkəyə sülh və sabitlik gətirdiyini bildirən nümayişçilər həmin sazişdə nəzərdə tutulmuş müddətin sonunda ölkələrinin tam azad olacağını gözləyirlər. Kaledoniyada fəaliyyət göstərən siyasi partiyalar Azərbaycanın bu ölkənin müstəqilliyini dəstəkləməsini yüksək qiymətləndiriblər. Buna görə də nümayiş kortecində Azərbaycan Bayrağı dalğalanıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

