Əməkdaşlıq üçün böyük məsuliyyət
09.12.2023 [10:29]
M.ABDULLAYEV
Azərbaycan Aİ-nin üzvü ola bilərmi?
Azərbaycan Aİ ilə münasibətləri necə qurmağın yolunu tapsa da, gündəliyində quruma üzv olmaq planı yoxdur
Azərbaycanın milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasət kursu kifayət qədər praqmatik yanaşmalara əsaslanır. Məhz belə yanaşmalar əsasında ölkəmiz özünün dostlarını və tərəfdaşlarını müəyyənləşdirir. O cümlədən respublikamızın tərkibində 27 üzv dövləti birləşdirən Avropa İttifaqı (Aİ) ilə münasibətləri də spesifik səciyyə daşıyır. Azərbaycan qısa müstəqillik tarixində Avropa İttifaqı məkanında yer alan ayrı-ayrı ölkələrlə və bütövlükdə qurumla bir sıra starteji istiqamətlər üzrə yaxşı əlaqələr qurmağa nail olsa da, Aİ-nin üzvü olmağı qarşıya məqsəd qoymur. Prezident İlham Əliyev ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bütövlükdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin müxtəlif tərəflərinə diqqət çəkib. Dövlətimizin başçısının bu xüsusda ifadə etdiyi mühüm fikirlər Azərbaycan –Avropa İttifaqı əlaqələrinin perspektivləri baxımından çox önəmlidir.
Enerji ehtiyatlarımızın əsas istiqaməti – Aİ məkanı
Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif istiqamətlərdə əlaqələr yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyev bildirib ki, biz münasibətləri necə qurmağın yolunu tapmışıq. Respublikamız Aİ ilə müxtəlif proqramlar üzrə sıx əməkdaşlıq edir. Ölkəmiz, eyni zamanda, Aİ-yə daxil olan ayrı-ayrı dövlətlə yüksəksəviyyəli münasibətlərə malikdir. Əməkdaşlığın hazırkı səviyyəsinə diqqət çəkən dövlətimizin başçısı “Bizim xarici ticarətimizin təqribən 50 faizi Avropa İttifaqının payına düşür. Azərbaycan və Avropa İttifaqının doqquz üzvü arasında strateji tərəfdaşlığa dair bəyanatlar imzalanıb və ya qəbul edilib ki, bu da Avropa İttifaqının üçdəbiri deməkdir. Bu, onu nümayiş etdirir ki, milli səviyyədə və təsisatlar səviyyəsində bizim əlaqələrimiz çox yaxşıdır. Strateji tərəfdaş olmaq çox şey deməkdir, bu, əməkdaşlıq üçün böyük məsuliyyətdir”, - deyə vurğulayıb.
Enerji sektoru Azərbaycan – Aİ əməkdaşlığının ən mühüm istiqamətini təşkil edir. Quruda və dənizdə zəngin resurslara malik olan Azərbaycanın Avropa İttifaqı məkanının enerji təhlükəsizliyinin təmin olunmasında rolu getdikcə artır. Əgər enerji əməkdaşlığının birinci mərhələsində respublikamız qoca qitəyə yalnız neft və neft məhsulları tədarük edirdisə, indiki mərhələdə Avropaya enerji məhsullarının ixracına qaz seqmenti də əlavə olunub. Məlum geosiyasi gərginliklər fonunda Aİ məkanına daxil olan ayrı-ayrı ölkələr üçün yeni çağırışlar yarandı. Bu çağırışlar eyni zamanda Rusiyadan azalan və yaxud tamamilə kəsilən təchizatın yeni mənbələr hesabına qarşılanması zərurəti ilə bağlı idi. Belə bir taleyüklü məqamda ədalətli enerji siyasəti aparan Azərbaycan qoca qitənin mavi yanacağa artan tələbatını əhəmiyyətli dərəcədə qarşılamağa hazır olan ölkə qismində çıxış edir. Hazırda ölkəmiz Avropa üçün yeni və etibarlı mənbə sayılır. Azərbaycanın Avropaya qaz ixracının tarixi qısa dövrü əhatə etsə də, ölkəmizin bu sahədə mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənib. Bu ilin birinci rübünün yekunlarına görə, respublikamız Avropaya boru kəməri ilə qaz tədarükçüləri arasında ilk 5-liyə daxil olub. Bu barədə Avropa Komissiyasının Avropa qaz bazarındakı vəziyyəti ilə bağlı rüblük hesabatında bildirilib.
Perspektivdə Azərbaycanla Aİ arasında enerji dialoqu daha da genişlənəcək. Prezident İlham Əliyev bildirib ki, Avropa bizim enerji ehtiyatlarımızın əsas istiqamətidir, istər neft, istərsə də qaz olsun. Xatırladaq ki, ötən il iulun 18-də ölkəmizlə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları sənədlə ölkəmizlə Aİ arasında enerji dialoqunun keyfiyyətcə yeni səviyyəyə yüksələcəyi fikrini qətiyyətlə ifadə edə bilərik. Memorandumda tərəflərin Xəzər sahillərindən qoca qitəyə qaz ixracının artırılması ilə bağlı niyyətləri də ifadə olunub. Müqayisə üçün bildirək ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 22,3 milyard kubmetrə çatdırıb. Bunun 11,4 milyard kubmetri Avropaya ixrac olunub. 2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində nəzərdə tutulub. Bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq. 2027-ci ilədək isə Avropa məkanına qaz ixracının həcminin iki dəfə artırılması hədəflənib ki, bu da tam realdır. O cümlədən perspektivdə Azərbaycanla Avropanın enerji dialoqu yalnız nefti və qazı deyil, həm də enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisini, hidrogen və yaşıl hidrogen enerjisini əhatə edəcək. Azərbaycanda bərpa olunan mənbələrdən alınan elektrik enerjisi Qara dənizin dibi ilə çəkiləcək kabel xətti ilə Avropaya ötürüləcək.
Respublikamız həmçinin postmüharibə dövründə Avropa İttifaqının sülhyaratma prosesində fəal iştirak etmək cəhdlərini yüksək dəyərləndirir və Brüssel formatına böyük ümidlə yanaşırdı. Qeyd edək ki, indiyədək bu formatda Azərbaycan və Ermənistan liderlərinin çoxsaylı görüşləri baş tutub.Təəssüf ki, Fransa prezidenti E.Makron Ermənistanın tərəfini saxlamaqla və manipulyativ davranışlarla sülh prosesinə əngəllər yaratmaqla Brüssel formatını zədələdi. Bununla belə, ölkəmiz Aİ-nin gələcəkdə konstruktiv yanaşma ortaya qoyacağına inanır. Prezident İlham Əliyevin bildirdiyi kimi, növbəti görüşlər nəticəyönümlü olmalıdır. “Artıq 5-dən çox görüş keçirmişik. Növbəti görüşümüz isə nəticəyönümlü olmalıdır. Biz əvvəlcədən bəyanat layihəsini razılaşdırmalıyıq. Bu, Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında razılaşdırılmalıdır. Bu görüş yaxşı hazırlanmalı və nəticəyönümlü olmalıdır. Çünki nəticəyönümlü olmasa, həm xalqlarımıza, həm də beynəlxalq aləmə yanlış mesaj vermiş olarıq. Bu, bizim mövqeyimizdir və hesab edirəm ki, bu, Brüsseldə anlayışla qəbul olunur”, - deyə dövlətimizin başçısı bildirib.
Bəzi Avropa təsisatlarının qərəzli mövqeyi suallar doğurur
Genişlənən siyasi və iqtisadi dialoq fonunda belə bir sual yaranır: Azərbaycan Aİ-nin üzvü ola bilərmi? Nəzəri cəhətdən bu mümkündür. Aİ-nin genişlənmə proqramına nəzər saldıqda məlum olur ki, burada təmsil olunan ayrı-ayrı dövlətlər qoca qitəyə Azərbaycanla müqayisədə daha az fayda verirlər. Bunları nəzərə aldıqda belə bir fikri qətiyyətlə ifadə etmək mümkündür: Avropa dəyərlərinə hörmətlə yanaşan və qoca qitənin müxtəlif məslələrinin həllində, xüsusilə də enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan qurumda təmsilçiliyə layiqdir və buna tam haqqı var. Bununla belə respublikamız Aİ-nin üzvü olmaq kimi planlar qurmur. Bunun səbəblərinə aydınlıq gətirən Prezident İlham Əliyev “Düşünürəm ki, Azərbaycanın xarici siyasət konsepsiyasında çox praqmatik səbəblərə görə Aİ-yə üzv olmaq hədəfi yoxdur, çünki bizi heç vaxt qəbul etməyəcəklər. Səbəb də çox aydındır və biz bunu başa düşürük.
Biz virtual deyil, real dünyada yaşayırıq. Əgər qəbul edilməyəcəksinizsə, niyə qapını döyməlisiniz? Əgər onlar sizi istəmirlərsə, siz yalnız ev sahibini qıcıqlandıracaqsınız və yalnız özünüzü alçaldacaqsınız”, - deyə vurğulayıb.
Azərbaycan belə mövqedən çıxış edərkən reallığa əsaslanır. Qardaş Türkiyənin nümunəsini yada salaq. Əksər parametrlər baxımından Aİ-nn hazırda üzvü olan dövlətlərdən üstün olan Türkiyə on illərdir ki, qapı arxasında saxlanılır. Baxmayaraq ki, qardaş ölkə Aİ-yə üzvlüklə bağlı bütün şərtləri təmin edib və öhdəliklərini yerinə yetirib. O başqa məsələdir ki, Türkiyə sırf milli maraqlardan çıxış edir və özünün suverenliyini qırmızı xətt kimi önə çəkir.
Bir sıra Avropa təsisatlarının davranışları da suallar yaradır. Təəssüf doğuran haldır ki, Avropa liderləri arasında cənab Borrel, xanım Metsola kimi populist insanlar var. Belə şəxslər daim Azərbaycanın əleyhinə verilən açıqlamaları ilə gündəmə gəlirlər. Və yaxud götürək Avropa Parlamentini. Təkcə son vaxtlarda bu qurum Azərbaycanın maraqlarına uyğu gəlməyən və reallıqdan tamam uzaq olan 10 qətnamə qəbul edib. Belə davranışlar həm Azərbaycanın, həm də Avropa İttifaqının maraqlarına ziddir. Avropa Komissiyası ölkəmizlə əməkdaşlığı genişləndirməyə səy göstərsə də, AP qərəzli qətnamələrlə münasibətlərimizə kölgə salır. Bir qədər bundan əvvəl Avropa Parlamenti böyük rüşvət qalmaqalı ilə gündəmə gəldi. Azərbaycanın daxili işlərinə qarışmağa cəhd östərən qurumun öz məsələləri ilə məşğul olması, rüşvət bataqlığından çıxmağa çalışması daha faydalı olmazdımı? Yeri gəlmişkən, respublikamız bu təsisatla əlaqələrini dayandırıb və bu, tam məntiqli bir addımdır.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

