Söyüş müxalifətin mitinqinin şüarına çevrildi
20.03.2012 [22:58]
Demokratik bir dövlət olaraq Azərbaycanda fikir plüralizmi və sərbəst toplaşma azadlığından istifadə etmək üçün hər bir imkan yaradılıb. Dövlətimiz müvafiq qanunlar əsasında bütün təşkilatlara bu imkanı verir. Amma burada diqqət cəlb edən məqamlardan biri sərbəst toplaşmaq azadlığı çərçivəsində aksiya keçirmək istəyənlərin davranışlarıdır. Bütün ictimaiyyətə məlumdur ki, Azərbaycanda müxalifətin bir hissəsi siyasi fəaliyyəti yalnız mitinq və piket keçirməkdə görür. Təəssüf doğuran məqam ondan ibarətdir ki, demokratik mühitin yaratdığı imkanlardan qarşı düşərgə düzgün istifadə etmək iqtidarında deyil. Belə ki, onlar qanuni hərəkət, etik davranış və siyasi mədəniyyət baxımından geridə qalıblar, sivil cəmiyyətin tələbləri ilə ayaqlaşa bilmirlər.
ötən şənbə günü Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi bu faktı bir daha təsdiq etdi. Qeyd edək ki, bu aksiyada AXCP, Müsavat, ADP, VHP, AXP, KXCP, ümid partiyalarının, o cümlədən, bir neçə müxalifyönümlü gənclər təşkilatlarının ümumi sayı təxminən 350 nəfərə qədər olan üzvü və təəssübkeşi iştirak edib. Mitinqdə elan olunan şüarlar, səslənən fikirlər bir daha müxalifət düşərgəsində sağlam ruhlu gənclərin formalaşmadığını göstərir. Eyni zamanda, mitinq iştirakçılarının böyük bir meydanın kiçik bir küncündə toplaşması Azərbaycan gəncliyinin müxalifətə inanmadığını və onların arxasınca getmədiyini nümayiş etdirir. Aksiyada çıxış edən müxalifətçi gənclərin nitqlərində qüsurlar, öz etirazlarını əsaslandıra bilməmələri də diqqətçəkən məqamlardan biri idi. Ən acınacaqlısı odur ki, siyasi mədəniyyət və davranış, etika məsələləri də müxalifətçi gənclər üçün tamamilə yaddır. Hətta əxlaqi keyfiyyətlərdən də uzaq olan gənclərə də həmin meydanda rast gəlindi.
Bunu həmin aksiyada baş verənlər əyani şəkildə təsdiqlədi. Mitinqdə 1 saatlıq çıxışlardan sonra səhnəyə çıxan reper Camal Əli adlı gənc konsert verəcəyini bildirdi. “Baltika” pivəsi içə-içə danışan C.Əli gənclərə çay yox, pivə içməyi “məsləhət” gördü. Daha sonra öz “mahnısına” keçid alan “reper” hamının qarşısında təhqiramiz ifadələr, söyüşlər işlətməyə başladı. Ona etiraz edənlər isə elə mitinq iştirakçıları oldu. C.Əli söyüşlərini davam etdirdiyi üçün onlar arasında dava düşdü. Bu davanı isə yalnız polislərin müdaxiləsi nəticəsində sakitləşdirmək mümkün oldu. Beləliklə də, müxalifətçilərin elan etdikləri “möhtəşəm mitinq” belə biabırçılıqla sona çatdı.
Bu hadisə müxalifət düşərgəsinin gənclər üçün normal məkan olmadığının göstəricisidir. Hər bir gənc milli dəyərlərə, əxlaqi keyfiyyətlərə üstünlük verməlidir. Müxalif gənclərin mitinqi isə həmin düşərgənin bu sahədə dərin böhran keçirdiyini ifadə edir. Gəncləri yalnız belə çirkin hərəkətlərə sövq edən İsa Qəmbər, Əli Kərimli kimi “siyasətçilər” yeni nəsli sağlam, düzgün yola yönləndirmək iqtidarında deyillər.
Qeyd edək ki, müxalifətçi gənclərin mitinqinə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da münasibət bildirib. Əli Həsənov qeyd edib ki, demokratik dövlət olan Azərbaycanda insanların ifadə, sərbəst toplaşmaq və digər hüquq və azadlıqları tam təmin edilib. “Qanunla müəyyən olunmuş qaydada insanların toplaşaraq, öz fikirlərini, mövqeyini bildirmək üçün zəruri şərait yaradılıb. Müxalifət partiyalarını təmsil edən gənclərin keçirdiyi mitinq bunu əyani şəkildə sübut edib”.
Şöbə müdiri aksiyada Azərbaycan xalqının, onun aparıcı qüvvəsi olan Azərbaycan gəncliyinin mentalitetinə, mənəvi dəyərlərinə zidd davranışa şahid olmaqdan təəssüfləndiyini bildirib. “Daim milli xüsusiyyətlərdən, əxlaqi dəyərlərdən, insani keyfiyyətlərdən ağzıdolusu danışanlar öz “liderlərinin” mənəviyyatına uyğun olaraq mövqelərini söyüş, təhqir, əxlaqsız hərəkətlərlə ifadə ediblər. Əslində, bu, Azərbaycan xalqına, gənclərimizə qarşı təhqirdir. Digər tərəfdən, bu aksiya meydan veriləcəyi təqdirdə on minlərlə insanı bir araya toplayacaqlarını daim təkrarlayan radikal müxalifət təmsilçilərinin həqiqətdə nəyə qadir olduqlarını açıq göstərdi. Bir daha sübut olundu ki, Azərbaycanın siyasi arenasında radikalizmə, dağıdıcılığa yer yoxdur”, - deyə, o, qeyd edib.
Təbii ki, Azərbaycan dövləti uğurlu gənclər siyasəti həyata keçirir. Bu gün dövlətimiz gənclərin ictimai-siyasi, həmçinin, sosial-iqtisadi proseslərdə nümayiş etdirdiyi fəallığı yüksək dəyərləndirir, onların həyat şəraitinin yaxşılaşdırılması, eyni zamanda, özlərini təsdiq etmək və yüksək səviyyədə təhsil almaları üçün bütün şəraiti yaradır. Məhz bu səbəbdən də gənclərimizin mütləq əksəriyyəti Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasəti dəstəkləyir.
Müxalifətçi gənclərin mitinqi isə bu düşərgədəki məhdud sayda gənclərin səviyyəsini göstərdi. Onlar, ilk növbədə, siyasətçi olmağı yox, etikaya, milli dəyərlərə, əxlaqa, siyasi davranış və mədəniyyətə yiyələnməyi öyrənməlidlirlər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

