Qərbdə fikir ayrılığı artır...
13.12.2023 [10:50]
Fransanın apardığı siyasi xətt narazılıq yaradıb
2022-ci ilin fevralında başlayan Ukrayna-Rusiya müharibəsi daha çox kollektiv Qərbin birqütblü dünya uğrunda mübarizəsinin tərkib hissəsi kimi izah edilirdi. Proseslərin gedişi bir sıra məsələlərin üzərinə işıq salırdı - məsələn, NATO ölkələrənin Ukraynaya yardımı, xüsusilə ABŞ-ın bu məsələdə oynadığı rol müharibənin mahiyyətində əsaslı yer tuturdu. Müharibə ilə yanaşı, Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar isə müəyyən bir dövrdən sonra bumerant effekti yaratdı - Rusiya ilə iqtisadi əlaqələrdən imtina “qoca qitə”ni olduqca çətin duruma saldı. Bununla belə, ABŞ-ın yardımlarına və təhlükəsizlik tədbirlərinə “arxayınlaşan” Avropa ilk aylarda daha çox canfəşanlıq göstərirdi. Amma zaman uzandıqca, artıq müharibənin ikinci ili tamam olmağa yaxınlaşdıqca vəziyyət dəyişir - məsələn, artıq ABŞ Konqresi əvvəlki kimi Ukraynaya yardım məsələsində “kisənin ağzını səxavətlə açmır”, əksinə, “Ukrayna ABŞ-ın 51-ci ştatı deyil” kimi şüarların miqyası genişlənir. Birləşmiş Ştatların Avropaya yanaşmasında nəzərə çarpan dəyişikliklər isə köhnə qitənin işini çətinə salır. Bu gün Avropa artıq müdafiə və təhlükəsizlik müstəvisində özünün yeni strategiyasını müəyyənləşdirmədiyinin fərqindədir. Bu isə mühüm problemlərin siqnalı kimi də xarakterizə oluna bilər.
“Qoca qitə”nin arxayınlığı...
Məsələn, Böyük Britaniyanın müdafiə naziri Qrant Şappsın bu yöndəki açıqlamaları olduqca mühüm məqamlardır. Britaniyalı nazir bildirib ki, Avropa əbədi olaraq ABŞ-ın köməyinə arxalanmadan öz təhlükəsizliyinin qayğısına qalmalıdır”. “Mən ürəkdən inanıram ki, Avropa öz təhlükəsizliyinin qayğısına qalmalıdır. Biz həmişə Birləşmiş Ştatların Avropanın köməyinə gələcəyini gözləyə bilmərik”, - nazir bildirib.
ABŞ Konqresindən razılıq ala bilməyən Ukraynaya yardım paketi ilə bağlı vəziyyəti şərh edən Şapps deyib ki, Kiyevi dəstəkləməyə davam etmək Amerikanın maraqlarına uyğundur: “Bununla belə, Avropa mütləq səylərini artırmalıdır. Bu, bizim indi də hərbi xərclərimizi artırmağa çalışmağımızın səbəblərindən biridir”.
Parisə “xəbərdarlıq”...
Əslində, məsələnin əsl kökü heç də yalnız Kiyevə münasibət ilə sərhədlənmir. Britaniyalı nazirin açıqlamasının ən mühüm hədəfi Avropanın bəzi ölkələrinin öz siyasi kurslarını korrektə etmək mesajı kimi də izah edilə bilər. Məsələn, özünün təhlükəsizliyini ABŞ-ın təmin edəcəyinə “arxayınlaşan” Fransa kimi dövlətlər Ermənistan kimi əlaltılarını silahlandıraraq Cənubi Qafqazda yeni münaqişə yaratmağa təhrik edirdilər. Bu isə təbii olaraq həm siyasi balansı pozur, həm də digər Avropa ölkələrini, xüsusilə, ABŞ-ın ən yaxın müttəfiqi kimi xarakterizə olunan Böyük Britaniyanı dilə gəlməyə məcbur edir. Britaniyalı nazirin açıqlamasının alt qatında yatan məzmunun təxmini şifrəsini belə açmaq mümkündür ki, Fransa o silahları Ermənistana satmaqdansa, Ukraynaya göndərsin. Göründüyü kimi, Qərb Fransanın yenə də separatist hərəkətlər etdiyinin fərqindədir və verilən mesaj yəqin ki, ünvana çatıb.
Eyni zamanda, Qərb Fransanın son zamanlarda siyasi gedişlərində də “ziq-zaq” xətti tutmasını, birmənalı və ardıcıl siyasət yürütmədiyini önə çəkir. Kollektiv Qərbin hədəflərinə və planlarına gizli “alternativlər” axtaran Fransa açıq şəkildə “ümumi işə” “əngəl törədir”. Təsadüfi deyil ki, son günlərdə ABŞ və Britaniya mətbuatından Makronun bəzi siyasi gedişləri ilə bağlı tənqidedici məqalələr nəşr edilir və Parisin bəzi məsələlərdə “fərqli yol” axtarması hədəfə alınır. Əlbəttə ki, adı çəkilməsədə bu “siyahıda” Parisin Ermənistanı silahlandırması, Cənubi Qafqaza yönəlik qeyri-standart siyasi xətt yürütməsi də “qeyd edilir”.
Beləliklə, nazir Şapps bu gün üçün Mərkəzi Avropanın, xüsusilə Fransanın davranışlarının diqqəti cəlb etdiyinə eyham vurur. Yəqin ki, yaxın gələcəkdə bu kimi məqamlarla bağlı daha geniş və əhatəli arqumentə söykənən açıqlamaların da şahidi olacağıq. Çünki kollektiv Qərb komandasında çatlar dərinləşdikcə yolların fərqli tərəflərə istiqamətləndiyi daha aydın görünür...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

