1 çağırış, 1 cavab..
14.12.2023 [10:20]
Qərbi Azərbaycan İcması: “Artsax”, “Stepanakert”, ATƏT-in Minsk qrupunun kitabı bağlanıb və onlar artıq tarixin arxivindədir
NARDAR
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Azadlıq” radiosunda dekabrın 12-də yayımlanmış müsahibəsində etnik və dini əsasda ayrı-seçkiliyə yol verib. Bununla bağlı Qərbi Azərbaycan İcması bəyanat yayaraq qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərdə milli azlıqlar məsələsi barədə danışan cənab Mişel etnik ermənilərin Azərbaycana qayıtmasından geniş danışdığı halda, Ermənistandan qovulmuş azərbaycanlıların qayıtması haqqında heç bir kəlmə deməyib.
Avropa İttifaqı Qərbi azərbaycanlıların bu müraciətlərinə etinasız yanaşıb
Qərbi Azərbaycan İcması xatırladıb ki, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək vermək, onların orada qalmış evlərini, qəbiristanlıqlarını və mədəni abidələrini ziyarət etmələrinə yardım etmək xahişi ilə Avropa İttifaqına, o cümlədən, şəxsən Şarl Mişelə dəfələrlə müraciətlər edib. Avropa İttifaqı qovulmuş azərbaycanlıların bu müraciətlərinə etinasız yanaşıb. “Avropa İttifaqının bu cür ayrı-seçkili mövqeyi insan hüquqlarına zidd olmaqla bərabər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə mənfi təsir göstərir. Qərbi Azərbaycan İcması Avropa İttifaqını Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək ifadə etməyə, ikili standartlarına, etnik ayrı-seçkilik siyasətinə və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasına mane olan cəhdlərinə son verməyə çağırır”, - deyə bəyanatda vurğulanıb.
Qərbi Azərbaycan İcması həmçinin digər bəyanat yayaraq, Ermənistanın keçmiş prezidenti, Xocalı qatili Serjik Sarkisyan Polşanın Baş nazirinə yazdığı məktubunda Azərbaycanın suveren əraziləri ilə bağlı gülünc iddialar səsləndirməsinə, “Artsax” səhifəsinin bağlanmadığını iddia etməsinə cavab verib. İcmanın bəyanatında bildirilib ki, S.Sarkisyan vaxtilə çox təkəbbürlü danışıb, özünü olduqca həyasız aparırdı. Xocalıda əliyalın dinc sakinlərin soyqırımında iştirakı ilə qürrələnən, Azərbaycanın istənilən şəhərini Ağdam kimi xarabalığa çevirməklə hədələyən, “Biz Qarabağı aldıq, siz isə “Ararat”ı alın” kimi boğazdan yuxarı açıqlama verən Serjik Sarkisyan və onun Ermənistanı 2016-cı ildə aprel ayında Azərbaycan tərəfindən döyüş meydanında məğlub edildi. Bundan sonra Serjik Sarkisyanın əvvəlki təkəbbürü yoxa çıxdı, o, “Lələtəpəni geri alardım, amma 100 nəfər itki verərdik, erməni əsgərlərinin həyatını Lələtəpədən üstün tuturam” kimi boş, sentimental fikirlərlə Ermənistan cəmiyyətinin başını aldatmaq istədi. Amma bir müddət sonra Serjik Sarkisyan, özü kimi digər Xocalı qatili Seyran Ohanyan başda olmaqla “tuşonka generalları”nı qovdu və bununla da, məğlubiyyətini etiraf etdi.
Ermənistanın 12 min fərarisi arasında Serjik Sarkisyan “şərəfli” yer tutur
“Aprel döyüşləri ilə hakimiyyəti sarsılan S.Sarkisyan 2018-ci ildə biabırcasına məğlub olaraq qaçdı. Amma onun daha böyük “sprint qaçışı” hələ qabaqda idi. 2020-ci ildə Vətən müharibəsinin ilk günlərində nümayişk?ranə şəkildə Qarabağa gəlməklə özünə “qəhrəman” libası verməyə çalışan Serjik Sarkisyan bir müddət sonra bu dəfə rəşadətli Azərbaycan Ordusunun qabağından qaçdı. Serjik Sarkisyan tarixdə məhz fərari kimi qalacaq. Ermənistanın müharibə vaxtı 12 min fərarisi arasında Serjik Sarkisyan “şərəfli” yer tutur. Vətən müharibəsindən sonra Serjik Sarkisyan hərdənbir sarsaq və kövrək açıqlamalar verir, hamıdan imdad diləyir. Artıq Serjik Sarkisyanın Artak Beqlaryanlardan heç bir fərqi yoxdur. Bu gün Şuşa, Xocalı, Xankəndi, bütün Qarabağ azaddır. Serjik Sarkisyan, Robert Koçaryan, Vardan Oskanyan, “Artsax”, “Stepanakert”, ATƏT-in Minsk qrupunun kitabı bağlanıb və onlar artıq tarixin arxivindədir”, - deyə İcmanın bəyanatında vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

