Ən yüksək zirvədə olan Azərbaycan-Türkiyə dostluğu
16.12.2023 [11:10]
Mübariz FEYİZLİ
Hazırda Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və strateji müttəfiqliyi nümunəvi xarakter daşıyır. Qarşılıqlı etimad, dəstək və həmrəylik kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimiz, eyni zamanda, regional əməkdaşlığa, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verir. Azərbaycan və Türkiyə bir-birinin uğurunu və kədərini özününkü sayır. Hər iki ölkənin tarixi şəxsiyyətləri Türkiyə və Azərbaycan arasındakı münasibətlərlə bağlı artıq aforizmə çevrilən ifadələr işlədiblər. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev iki ölkə arasındakı münasibətləri “Bir millət, iki dövlət” fəlsəfəsi ilə ifadə edib. Böyük Atatürk isə deyirdi: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”.
Bu gün böyük şəxsiyyətlərin ruhu şaddır. Çünki onların arzuladıqları Azərbaycan-Türkiyə dostluğu hazırda ən yüksək zirvəyə çatıb. Prezident İlham Əliyevin də bildirdiyi kimi, dünyada elə bir güc yoxdur ki, bu dostluğa xələl gətirə bilsin.
Azərbaycan-Türkiyə dostluğu – bir yumruq
Azərbaycanın və Türkiyənin hazırkı liderləri də sarsılmaz dostluğumuza aid böyük məna yükü olan ifadələr işlədiblər. Prezident İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalındakı çıxışında müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin fikirlərini davam etdirərək iki qardaş ölkə arasındakı münasibətləri “Bir yumruq” kimi səciyyələndirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycanla bağlı daim səmimi fikirlər söyləyir. Respublikamızda da xüsusi hörmət bəslənilən Türkiyənin dövlət başçısı müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında ölkəmiz barədə söhbət açarkn bir qayda olaraq “Can Azərbaycan” ifadəsindən istifadə edir.
Biz artıq belə deməyə öyrəşmişik: Türkiyə olmayan yerdə Azərbaycan, Azərbaycan olmayan yerdə Türkiyə var. Dünya dəfələrlə buna şahidlik edib. Hələ də yaddaşlarda qalan Praqa sammitində baş verənləri xatırlayaq. Sammitin baş tutduğu tarixin aprelin 24-nə təsadüf etməsinə xüsusi nəzər salaq. Bu, Ermənistanda saxta “soyqırımının” yad edildiyi gündür. Ermənistanın sabiq dövlət başçısı Serjik Sarkisyan xəstə erməni təxəyyülünün məhsulu olan iddianı növbəti dəfə bəhs olunan Praqa sammitində gündəmə gətirmək istəyib.
Praqada Azərbaycan Prezidentinin nümayiş etdirdiyi qətiyyətli mövqe - sammitə Türkiyə təmsilçisinin qatılmamasından istifadə edərək rəsmi Ankaranın ünvanına hədyanlar, qondarma “soyqırımı” sayıqlamalarını dilə gətirən Ermənistanın sabiq prezidenti Serjik Sarkisyana tutarlı cavab verməsi heç vaxt yaddaşlardan silinməyəcək. “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”, - deyə dövlətimizin başçısı Ermənistan rəsmisi tərəfindən saxta ittihamlara tuş gələn Türkiyənin müdafiəsinə qalxıb.
Cari ilin əvvəlində qardaş Türkiyə dəhşətli zəlzələ ilə silkələndi. Xatırladaq ki, Azərbaycan ilk saatlardan, ilk dəqiqələrdən bu dəhşətli zəlzələ ilə bağlı öz səylərini göstərdi. Respublikamızdan qardaş ölkəyə ehtiyac duyulan mallardan, texnikadan, həkim və xiasedici heyətlərdən ibarət yardım karvanları yola salındı. Azərbaycan zəlzələdən ziyan çəkmiş insanlara dəstəyini indi də davam etdirir. Ölkəmiz Qəhrəmanmaraş şəhərində yeni şəhərciyin salınmasını öz öhdəsinə götürüb.
Türkiyə də öz növbəsində Azərbaycana münasibətdə tez-tez belə qardaşlıq jestəri nümayiş etdirir. Azərbaycan xalqı və dövləti qardaş ölkənin Vətən müharibəsinin ilk günlərindən respublikamıza güclü mənəvi-siyasi dəstək verməsini həmişə minnətdarlıq hissi ilə xatırlayacaq. Bu dəstək Azərbaycanın özünəinam hissini artırdı.
Başqa bir fakta - cari ildə İrəvanda ağır atletika üzrə Avropa çepionatında yaşananlara diqqət çəkək. Bu dəfə də Azərbaycan Ermənistanın bədxahlığına tuş gəlmişdi. Çempionatın açılış mərasimində vandalizm əməlinə yol verildi: Bayraqların paradında Azərbaycan Bayrağı zala gətirildikdən sonra azarkeşlərdən biri səhnəyə çıxaraq qızın əlindən milli simvolumuzu götürdü və onu yandırdı. İrəvanda Azərbaycan Bayrağının yandırılması ilə əlaqədar millimizin yarışda iştirakından imtina edildi.
Bu dəfə Türkiyə təmsilçiləri Azərbaycan idmançılarının müdafiəsinə qalxdılar. Çempionatda 45 kiloqram çəki dərəcəsində çıxış edən Cansu Bektaş fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. İrəvanda Azərbaycan Bayrağının yandırılmasından mütəssir olduğunu gizlətməyən türkiyəli atlet idmançılarımıza dəstək jesti edərək belə deyib: “Aldığım medalı azərbaycanlı qardaşlarıma həsr edirəm, onları çox sevirik. Biz hər zaman sizin yanınızdayıq!”
Bu kimi faktlar əslində Azərbaycan-Türkiyə münsibətlərinin spesifik səciyyə daşımasından - bu münasibətlərin hər cür rəsmi çərçivəni aşmasından və səmimi xarakter almasından xəbər verir.
Genişlənən iqtisadi əməkdaşlıq
İki ölkə arasında qardaşlıq münasibətlərinin və siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da genişlənir. Qarşlıqlı ticarət dövriyyəsinin artması bunu əyani şəkildə təsdiqləyir. 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi illik müqayisədə 33.4% artaraq 6 milyard 747 milyon dollar təşkil edib. Hesabat dövründə Azərbaycandan Türkiyəyə ixrac illik müqayisədə 50% artaraq 4 milyard 838 milyon dollara, Türkiyədən Azərbaycana ixrac isə 4% artaraq 1 milyard 908 milyon dollara bərabər olub. Qeyd edək ki, cari ilin yanvar-oktyabr ayları ərzində ölkəmizdən Türkiyəyə qeyri-neft ixracı 675 milyon 905 min dollar təşkil edib ki, bu da illik müqayisədə 16% çoxdur.
İnvestisiya qoyuluşundakı yüksək dinamika da məmnunluq doğurur. İndiyə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına təxminən 20 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 15 milyard ABŞ dolları investisiya qoyub. Hazırda Türkiyədə 2 000-ə yaxın Azərbaycan, Azərbaycanda isə 4 100-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir
İki qardaş ölkə enerji və nəqliyyat-logistika sahələrində əməkdaşlığın nadir nümunələrini yaradıblar. İndiyədək Azərbaycanın və Türkiyənin tərəfdaş dövlətlərlə birgə reallaşdırdıqları nəqliyyat və enerji layihələri böyük regional və qlobal əhəmiyyətə malikdir.
Şuşa Bəyannaməsi ilə möhkəmlənən müttəfiqlik
Azərbaycanla Türkiyə arasında 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi ilə iki qardaş ölkənin müttəfiqliyi rəsmən təsdiqlənib. Sənəddə həmçinin hərbi-müdafiə sahəsində əməkdaşlıqla bağlı məsələlərin geniş spektiri öz əksini tapıb.
Bəyannamədə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərilməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. Sənəddə iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi kimi müddəalar öz əksini tapıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

