Fransanın çarəsizliyi...
19.12.2023 [10:45]
Azərbaycanın COP29-a ev sahibliyi etməsi bu ölkəni niyə narahat edir?
Nardar BAYRAMLI
Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi artıq bir ənənəyə çevrilib. Paytaxtımız Bakı şəhəri növbəti il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək. Məlumdur ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı- COP Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Hər il dünyanın bütün yerlərindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər. Sonuncu COP28 cari il dekabrın əvvəlində Dubayda keçirilib. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb.
Bakının uğuru Parisi “məyus” etdi
Ümumiyyətlə, COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü ildə COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşür. Xatırladaq ki, Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürmüşdülər. 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Ofisi arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistanın Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkdiyi bildirilib. Bolqarıstan da bundan sonra öz namizədliyini geri çəkib və nəticədə dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.
Bu fakt Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun, dünyada etibarlı tərəfdaş olmasının göstəricisidir. Lakin Fransa Azərbaycanın bu uğurunu həzm edə bilmir. Belə ki, bu ölkənin bir sıra ictimai-siyasi xadimləri Azərbaycanın sözügedən mötəbər beynəlxalq tədbirə evsahibliyi etmək statusu qazanmasına etiraz olaraq yayıblar. Onların ölkəmizə qarşı qərəzinin arxasında nə dayanır? Təbii ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi Fransanı çox ciddi narahat edir. Bu fakt ermənidən daha çox ermənilik edən rəsmi Parisə rahatlıq vermir. Ona görə də, ölkəmizə qarşı qərəzli kampaniyanı davam etdirir. Hətta Cənubi Qafqaz regionunda vəziyyətlə bağlı Fransa Ermənistanla müqayisədə daha destruktiv və qərəzli mövqe sərgiləyir. Bu ölkənin İrəvanı silahlandırması isə bölgəyə yaxşı heç nə vəd etmir. Əksinə, görünən odur ki, Fransa öz addımları ilə Cənubi Qafqazda yenidən müharibə alovlandırmaq istəyir. Məqsəd isə Ermənistanın vasitəsilə regiona daxil olub möhkəmlənməkdir. Çünki Avropa ilə Asiyanın qovuşağında yerləşən Cənubi Qafqaz böyük geostrateji önəmə malikdir. Amma bütün hallarda Fransanın bu məqsədləri fiaskoya məhkumdur. Fransa özünün təxribatçı planlarının qarşısının alınmasında Azərbaycanın rolunu dərk edir və bu səbəbdən də ölkəmizə qarşı qərəzli kampaniyanı davam etdirir.
İcma: Hiss olunur ki, onlar hələ də müstəmləkə, səlibçi zehniyyətindən xilas ola bilməyiblər
Qeyd edək ki, məsələ ilə bağlı Qərbi Azərbaycan İcması bəyanat yayıb. Bəyanatda bildirilir ki, utanc hissini itirmiş bir qrup fransız ictimai-siyasi xadim, mer 2024-cü ildə BMT-nin İqlim sammitinin (COP29) Azərbaycanda keçirilməsi qərarına etiraz əlaməti olaraq gülünc müraciətlə çıxış etmişlər. Bu, Fransa cəmiyyətinin irqçi, islamofob və Azərbaycanofob mahiyyətini bir daha nümayiş etdirir. Bəyanatda, həmçinin deyilir: “Azərbaycana qarşı böhtan atan, daim beynəlxalq hüquqa uyğun hərəkət edən ölkəmizi Fransa ilə səhv salan müraciət müəlliflərinə elə gəlir ki, mühüm beynəlxalq tədbirlər ancaq özünü “beynəlxalq ictimaiyyət” adlandıran bəlli bir qrup ölkələrdə keçirilməlidir. Hiss olunur ki, onlar hələ də müstəmləkə, səlibçi zehniyyətindən xilas ola bilməyiblər. İrqçi müraciəti imzalayanlar arasında Ann İdalqo, Valeri Pekres, Bruno Reteyo kimi “tanış” simalar var. Valeri Pekres düz iki il əvvəl Fransa prezidentliyinə namizəd olarkən özü ağılda olan Bruno Reteyo ilə birlikdə qanunsuz olaraq Qarabağa soxularaq indi Bakıda həbsxanada çay içərək Azərbaycan məhkəməsinin qərarını gözləyən Araik Arutunyan və David Babayanla görüşmüşdü. Artıq belə irqçilərin ayaqları bir daha Azərbaycan torpaqlarına dəyməyəcək. Ann İdalqo isə bu il “humanitar” yük karvanı ilə Laçın yolu tərəfə gəlib timsah göz yaşı axıdaraq ucuz şou düzəldirdi”.
İcma diqqətə çatdırıb ki, Azərbaycan və Ermənistanın 2023-cü il dekabrın 7-də birbaşa danışıqlarla əldə etdiyi razılıqlar, o cümlədən Ermənistanın Azərbaycanın COP29 namizədliyini dəstəkləməsi fonunda fransız merlərinin belə bir müraciətə imza atması siyasi klounluqdur. Ann İdalqo bu cür sarsaq işlərlə məşğul olmaq əvəzinə qoy gedib Parisin bərbad vəziyyətdə olan olimpiya oyunlarına hazırlığı ilə məşğul olsun. “Fransa və Ann İdalqo kimilərin Azərbaycana qarşı bütün addımları əbəsdir. Zaman göstərdi ki, bu təfəkkürdə olanların Ermənistana köməyi maksimum bir neçə Qarabağ ermənisinə Parisin fəxri vətəndaşı adı verib baş aldatmaq ola bilər”,- deyə bəyanatda vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

