Rusiya təzyiq imkanlarını işə salır?
21.12.2023 [11:20]
Belə olarsa, Ermənistanı daha çətin günlər gözləyir
Ermənistanla Rusiya arasında davam edən ziddiyyətlər dərinləşməkdədir. Mövcud olan gərgin münasibətlərin artıq yeni mərhələsi başlanıb. Buna səbəb Ermənistan hakimiyyətinin Rusiyaya arxa çevirərək Qərbə üz tutmaq istəyindən qaynaqlanır. Bu mövqe rəsmi İrəvana deyəsən baha başa gəlməkdədir. Son zamanlar baş nazir Nikol Paşinyan və komandasının üzvləri Rusiyanın əleyhinə açıq şəkildə bəyanatlar verirlər.
Paşinyanın “qırmızı xətti”
Yeri gəlmişkən, bugünlərdə Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin “ictimai televiziya”sına müsahibəsində KTMT məsələsinə toxunaraq deyib: “Biz deyirik ki, KTMT-nin məsuliyyət zonasını düzəldin. Ermənistan KTMT-nin üzvüdür, həm də Ermənistan Respublikası KTMT-nin məsuliyyət zonasıdır, dəqiqləşdirin, o məsuliyyət zonası nədir? Çünki bizdə elə vəziyyət yaranıb ki, həmin məsuliyyət zonası pozulub, biz bu anlayışı irəli sürmüşük. Bizim müqavilələrimizin əsası ondan ibarət idi ki, Ermənistanın suveren ərazisi KTMT və Rusiya üçün “qırmızı xətdir”. “Qırmızı xətt” pozulub deyirik, deyirlər xeyr, pozulmayıb. Deyirik ki, yaxşı: bu kağız, bu da qələm, dediyiniz “qırmızı xətti” çəkin, göstərin haradan keçdiyini? Deyirlər ki, biz bunu çəkə bilmərik. Bu o deməkdir ki, Ermənistanda “qırmızı xəttiniz” yoxdur”.
Erməni rəsmiləri İkinci Qarabağ müharibəsi zamanı Rusiyanın Ermənistana dəstək vermədiyini iddia edir, eləcə də rus sülhməramlılarının Qarabağdakı fəaliyyətini kəskin tənqid edirlər. Paşinyan hakimiyyəti “təhlükəsizlik” amilini əsas gətirərək yeni müttəfiq axtarışında olduğunu açıq bildirir. Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 23-də Minsk şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etməməsi, ardınca parlamentin spikeri Alen Simonyanın və digər rəsmi şəxslərin bir sıra tədbirlərdə iştirakdan imtina etməsi rəsmi Moskva tərəfindən xoş qarşılana bilməz.
Məlumdur ki, Rusiya Qərbin Ermənistana gəlməsinə göz yummayacaq. Bunun üçün rəsmi Moskvanın İrəvana kifayət qədər təzyiq rıçaqları var. Əgər N.Paşinyan MDB ölkələrinin liderlərinin bu ayın sonunda Rusiyada keçiriləcək qeyri-rəsmi görüşünə qatılmasa, o zaman Moskva Ermənistana qarşı sərt addımlar atılmasına başlaya bilər.
Ermənistan mövcudluğuna görə kimə borcludur?
Ümumiyyətlə, tarixdən məlumdur ki, ermənilər Cənubi Qafqaza Rusiya tərəfindən kütləvi köçürülüb. Bu köç “Gülüstan” və “Türkmənçay” müqavilələri əsasında reallaşdırılıb. Ermənistan adlı dövlət də məhz Rusiyanın sayəsində yaranıb. Ermənistan hazırda da Rusiyanın bir quberniyası kimi xarakterizə olunur. Çünki hər bir cəhətdən bu ölkədən asılıdır. Xatırladaq ki, Ermənistanda Rusiyanın hərbi bazası mövcuddur. Hələ 2010-cu ildə İrəvanda Rusiya Federasiyasının Ermənistanın Gümrü şəhərindəki hərbi bazasının dislokasiya müddətinin uzadılması ilə bağlı protokol imzalanıb. Sənədə o vaxtkı prezidentlər Dmitri Medvedev və Serj Sarkisyanın görüşündən sonra keçmiş müdafiə nazirləri Anatoli Serdyukov və Seyran Ohanyan imza atıblar. Protokolda Ermənistanda Rusiya hərbi bazası haqqında 1995-ci ildə imzalanmış ikitərəfli müqaviləyə dəyişikliklər əksini tapıb. Belə ki, əvvəlki müqavilədə bazanın 25 il müddətinə Ermənistanda qalması nəzərdə tutulurdusa, bu müddət 1995-ci ildən hesablanmaq şərtilə 49 ilə çatdırılıb. Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazası Rusiya Federasiyasının Şimali Qafqaz hərbi dairəsinin Qafqazdakı Qoşun Qruplaşmasına tabedir. Bazada digər silah və hərbi texnika ilə yanaşı, C-300 zenit-raket kompleksi və Miq-29 qırıcıları da var. Bazanın şəxsi heyəti 5 minə yaxın hərbi qulluqçudan ibarətdir.
Əksər ekspertlərin də vurğuladıqları kimi, bu bir tərəfdən Ermənistanın dəstəklənməsi anlamına gəlirsə, digər tərəfdən Rusiya Ermənistana həqiqi mənada özünün Cənubi Qafqazdakı forpostu kimi baxır. Yəni Rusiya bununla dünyaya mesaj ünvanlayıb ki, Ermənistan onun Qafqazda forpostudur. Müqavilənin müddətinin uzadılması Rusiya tərəfindən Ermənistana uzunmüddətli nəzarət kimi qiymətləndirilə bilər. Məsələ ondadır ki, hələ bu müqavilənin uzadılmasına qədər Rusiya Ermənistanı sosial-iqtisadi və hərbi-siyasi baxımdan da tam nəzarətə götürmüşdü. İşğalçılıq siyasəti ucbatından acınacaqlı duruma düşən Ermənistan əlində olan bütün var-yoxunu öz ağasına, yəni Rusiyaya vermək məcburiyyətində qalıb. Məhz bu məcburiyyətin nəticəsidir ki, hazırda Rusiyanın bir sıra böyük şirkətləri, o cümlədən, “Qazprom”, “İnter RAO YES”, “RJD”, “Bank BTB”, “Rossiyskiy alüminium” şirkətləri və digərləri Ermənistan iqtisadiyyatına böyük investisiyalar yatırıblar və bütövlükdə, bu ölkənin iqtisadi sektorunun sahibinə çevriliblər. Hazırda Ermənistan iqtisadiyyatı tamamilə Rusiyadan asılıdır. Bütün bunların fonunda ötən ay Rusiyanın Hindistandan alınan silahları Ermənistana çatdırmaqdan imtina etməsi də İrəvana təzyiqin göstəricisidir. Moskva göstərir ki, Rusiyadan imtina etmək niyyəti Ermənistana baha başa gələcək.
Rusiya təbii qazın qiymətini artırarsa...
Moskvanın Ermənistana qarşı təzyiq imkanları bununla kifayətlənmir. Ermənistanın Rusayaya yeganə çıxış imkanı olan Yuxarı Lars yolunun vaxtaşırı olaraq bağlanması da erməni cəmiyyətini müəyyən çətinliklərlə uz-uzə qoyur. Amma bu da son deyil. Əgər N.Paşinyan MDB liderinin qeyri-rəsmi və Avrasiya İqtisadi İttifaqının sammitində iştirakdan imtina etsə, o zaman Rusiya Ermənistana satdığı təbii qazın qiymətini də artıra bilər. Artıq Paşinyana bu yöndə təzyiqlərin başlandığı haqda məlumatlar yayılır. Hazırda Ermənistan Rusiyadan təbii qazın hər min kubmetrini 165 dollara idxal edir. Rəsmi İrəvan hətta bu məbləği də ödəməkdə çətinlik çəkir. Moskva xəbərdarlıq edir ki, əgər Paşinyan Avrasiya İqtisadi İttifaqının zirvə görüşünə qatılmazsa, təbii qazın qiymət artırılacaq. Çünki Ermənistan Rusiyadan təbii qazı dünya bazarında olan qiymətdən təxminən üç dəfə ucuz idxal edir. Əgər bu qiymətlər artırılarsa, o zaman sosial-iqtisadi böhran yaşayan İrəvan onun qiymətini ödəmək imkanında olmayacaq. Nəticə isə Rusiya qazın verilişini dayandıracağı halda, sosial partlayış baş verəcək ki, əhali Paşinyan hakimiyyətinə qarşı kütləvi etiraza qalxacaq.
Bəzi erməni və xarici espertlər isə hesab edirlər ki, Rusiyanın Ermənistana təzyiq vasitələrindən biri Zəngəzur dəhlizinin açılması ilə əlaqədardır. Məlumdur ki, 10 noyabr üçtərəfli Bəyanatının 9-cu bəndində regionda kommunikasiyaların açılmasından bəhs olunur. Həmin bənddə qeyd olunur ki, nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Əslində, rəsmi İrəvan anlamalıdır ki, Zəngəzur dəhlizinin açılması onun özünə də çox faydalıdır. Çünki bu yol vasitəsilə böyük iqtisadi divident əldə edəcək. Amma bütün hallarda, Rusiyanın Ermənistana ciddi təzyiq imkanları var və yuxarıda sadalananlar da bunu təsdiqləyir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

