Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Praqa qəsri ilə tanış olub
07.04.2012 [01:46]
Mehriban xanım Əliyevaya məlumat verildi ki, Praqa qəsri çexiya paytaxtının ən görməli yerlərindən biridir. Qəsrin 1100-dən çox yaşı vardır. Hər il minlərlə turist muzeyləri, müqəddəs məkanları və qəsrləri görmək üçün buraya axın edir. Dünyanın ən gözəl mədəniyyət abidələrindən sayılan Praqa qəsri tarix boyu çexiya hökmdarlarının iqamətgahı olub. ümumilikdə Praqanın tarixi bu qəsr ilə sıx bağlıdır. Şəhər əsas ticarət yolları üzərində yerləşdiyi üçün müdafiə qurğusunun tikilməsi zəruri idi. Müdafiə qabiliyyətinə görə ətrafdakı heç bir istehkam Praqa qəsri ilə müqayisə edilə bilməz. Yüksək bir təpədə qərar tutan qəsr arxitekturasına görə çox zəngindir.
Bildirilib ki, Praqa qəsri çexiyanın ilk hökmdarlarından sayılan şahzadə Borivoyın Fərmanı ilə 870-ci illərdə inşa olunub. 1920-ci ildə qəsrdə aparılan bərpa işləri zamanı geniş arxeoloji sahə aşkar edilib. İlkin olaraq qəsrdə saray, üç kilsə və monastır fəaliyyət göstərib. Qəsrdə xeyli sayda otaqlar var. Tarixin müxtəlif dövrlərində yadellilərin hücumlarına məruz qalmasına baxmayaraq, qəsr bu günədək qorunub saxlanılıb. Qəsr hazırda Praqanın canlı əfsanəsinə və rəmzinə çevrilmişdir. XIII əsrdə qəsrdə bərpa işləri görülsə də, XV əsrdə baş verən güclü yanğın ona ciddi zərər vurub. Qəsr bir əsr sonra imperator II Rudolfun əmri ilə yenidən dirçəliş dövrünə qədəm qoyub. XVIII əsrin ortalarında isə imperatriça Mariya Terezanın göstərişi ilə Praqa qəsri barokko üslubunda yenidən bərpa edilib.
1918-ci ildən etibarən çexiya Prezidentinin rəsmi rezidensiyası kimi fəaliyyətini davam etdirən Praqa qəsrində Müqəddəs Vita məbədi də yerləşir. çexiyanın milli-tarixi və mənəvi məkanlarından sayılan bu ərazidə çexiya krallarının və arxiyepiskoplarının məzarları yerləşir. Orta əsrlər çexiyasında kralların tacqoyma mərasimləri məhz Müqəddəs Vita məbədində həyata keçirilib.
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qəsrdəki kilsədə ibadət mərasimini izləyib.
Qeyd olunub ki, bu qəsrin tarixi Praqanın və çexiyada xristianlığın tarixi ilə sıx bağlıdır. Məhz bu səbəbdən hər gün buraya çoxlu sayda insan ibadətə gəlir. Onların arasında yerli əhalidən başqa xarici ölkələrdən gələn turistlər və zəvvarlar da var.
Azərbaycanın birinci xanımı qəsrlə tanışlıq zamanı arfa musiqisini də dinləyib.
Mehriban xanım Əliyeva Praqa qəsri ilə tanışlıqdan xoş təəssüratlarla ayrılıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26

