İkili standartlar və ikili oyun...
27.12.2023 [10:55]
Qərb Ermənistanın əlindən çıxdığını görür
Ermənistanın baş naziri Nikol Paşinyanın Sankt-Peturburqa səfər etməsi Qərb tərəfindən xüsusi “narahatlıqla” qarşılanır. Bunu İrəvanla Moskva arasındakı fikir ayrılıqlarının sona çatması, hətta münasibətlərdə yeni mərhələnin başlaması kimi dəyərləndirən bəzi Qərb institutları cidd-cəhdlə Ermənistan ilə Rusiya arasındakı fikir ayrılıqlarının çalarlarını və dərinliyini daha açıq şəkildə ortaya qoymağa çalışırlar. Bəzi hallarda isə Qərb-Ermənistan münasibətinin “miqyasını” daha da böyütmək üçün fərqli ifadələrdən istifadə olunur. Məsələn, NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Gürcüstanın “Birinci Kanalı”na müsahibəsində bildirib ki, Ermənistan açıq şəkildə xarici siyasətini dəyişmək və Moskvadan uzaqlaşmaq qərarına gəlib. İrəvanın NATO ilə yaxınlaşmağa maraqlı olub-olmasına dair sualı cavablandıran Kolomina qeyd edib ki, Ermənistan çox açıq şəkildə Rusiyadan uzaqlaşmaq qərarına gəlib. “Biz bunu təşviq edirik. Ermənilər qərar qəbul etməkdə sərbəstdirlər. Düşünürəm ki, onlar seçim ediblər və artıq bizə yaxınlaşmağa, daha sıx əməkdaşlıq, çoxsaylı siyasi dialoq, NATO-nun daha fəal iştirakı üçün müraciət etməyə başlayıblar”, - deyə Kolomina qeyd edib. “Biz tərəfdaşlarımızın regionun sabitliyi üçün faydalı olan istənilən qərarını dəstəkləyirik. Bu, bizim üçün çox vacibdir”, - NATO rəsmisi əlavə edib.
Təbii ki, Ermənistanın hansı dövlət və ya qurum ilə hansı məsafədə tərəfdaşlıq münasibəti saxlaması onların öz daxili işləridir - amma, NATO kimi bir qurumun özünün prinsiplərinə zidd olaraq (maraqlarına əsaslanan) mövqe nümayiş etdirməsi anlaşılan deyil. Birincisi, Ermənistan NATO-ya bu və ya digər şəkildə əks qütb hesab edilən Rusiyanın təmsil olunduğu hərbi birliyin tamhüquqlu üzvüdür. İki ölkə arasında həm ikitərəfli, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində geniş əməkdaşlıq əlaqələri mövcuddur. Eyni zamanda, Rusiya FSB-si Ermənistanın İran və Türkiyə ilə sərhədlərinin qorunmasında aktiv iştirakçı qismində yer alır. Ən nəhayət, bu ölkənin sərhədləri daxilində Rusiyanın 102-ci Hərbi Bazası mövcuddur. Belə olan halda, NATO rəsmisi hansı “uzaqlaşmadan” danışır və ya hansı mənəvi haqla Ermənistanı “tərəfdaş” adlandırır. Bəlkə İrəvanın son dövrlərdə KTMT iclaslarında “nazir müavini” səviyyəsində təmsil olunması bu hissi yaradır?
Qərbin bəzi siyasi oyunlarda Ermənistandan istifadə etmək reallığı heç kimə sirr deyil. Bu mənada, Ermənistanı öz çətiri altına çəkmək istəyən Qərb üçün Ermənistanın müttəfiqlərinə qarşı sərgilədiyi soyuq münasibət sanki göydəndüşmədir - onların narahatlığı və tələm-tələsik Ermənistanı özünün “tərəfdaşı” adlandırmasının altında isə Paşinyanın Sankt Peterburqda prezident Putinlə görüşü zamanı nümayiş etdirdiyi “isti münasibət” oldu. Beləliklə, Rusiya bir jesti il Ermənistanı “özünün yanında” sayanlara cavab verdi - eyni zamanda, Avropa İqtisadi İttifaqının da Ermənistan üçün hansı anlamı daşıdığı “məlum oldu”.
Beləliklə, Ermənistanın oynadığı ikili oyunun sonu demək olar ki, çatır. İrəvanda qərbpərəst qiyafət geyinən, Sankt-Peterburqda isə Rusiyanın yanında olduğunu hər vəchlə gözə soxan Ermənistan baş nazirinin “iki stulda oturması” reallığı növbəti dəfə üzə çıxdı. Paşinyandan istifadə etmək üçün hər yola baş vuran Qərbin planı Ermənistan ilə Azərbaycan arasında münasibətlərin tənzimləməsi prosesinə töhfə vermək yox, regiondakı maraqlarını təmin etməkdir. Bu plana Cənubi Qafqazda möhkəmlənmək və Rusiyanın buradan sıxışdırılıb çıxardılmasına nail olmaq kimi məqsədlər daxildir. Bunun üçün Ermənistanın “başına” sığal çəkənlər artıq vəziyyətin dramatikliyini görür və anlayır - Paşinyan istəsə belə, özünün müttəfiqlərinə arxa çevirə bilməz.
SADİQ
Xəbər lenti
Hamısına baxMədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51

