Ermənistanın köhnə “havası”
08.01.2024 [10:33]
“Güzgü effekti”, yoxsa...
Yeni münasibətlərin formalaşması üçün fürsət zamanı kimi dəyərləndirilən 2024-cü ilin ən mühüm prioriteti Azərbaycan ilə Ermənistan arasında sülhə nail olunmasıdır. Daha doğrusu, artıq uzun müddətdir ki, müzakirə edilən sülh layihəsinin qəbul edilməsi yeni dövrdə mühüm perspektiv vəd edir. Azərbaycanın sülh ilə bağlı mövqeyi açıq və şəffafdır - irəli sürülən beş baza şərti bütün hallarda davamlı sülhə nail olunması üçün zəmin yarada bilər. Ermənistanın mövqeyi isə hər zaman olduğu kimi “sürüşkən” və “bircinsli“ olmaması ilə seçilir.
Məsələn, Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, qoşunların Ermənistan-Azərbaycan sərhədindən güzgü prinsipi ilə çıxarılması təklifi qüvvədə qalır. “Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar zamanı Ermənistan tərəfi həmişə qoşunların Ermənistan-Azərbaycan dövlətlərarası sərhədindən güzgü prinsipi ilə çıxarılmasının tərəfdarı olub və bu, hələ də qüvvədədir”, - deyə məlumatda bildirilir.
Qeyd edilməlidir ki, ermənilərin bu “təklifi” yeni deyil - 44 günlük Vətən müharibəsindən sonrakı dövrlərdə, xüsusilə 2022-ci ilin əvvəlindən etibarən delimitasiya və demarkasiya ilə bağlı məsələ gündəmə gələndən bəri Ermənistan “güzgü effekti” məsələsini bu və ya digər şəkildə ortaya atır. Hətta 2022-ci ildə Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov mətbuata açıqlamasında bildirmişdi ki, Ermənistan tərəfi Rusiya vasitəsilə Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı yeni təkliflər verib - “Ermənistan tərəfi Komissiyanın işə başlaması üçün müəyyən şərtlər irəli sürüb. Azərbaycan heç bir qeyd-şərt olmadan bu prosesə açıq olduğunu bildirib”. C.Bayramov əlavə etmişdi ki, sərhədlərin delimitasiyası məsələsində “kreativ” yanaşmalara ehtiyac yoxdur, beynəlxalq sərhədlər tanınmalıdır.
Bu gün də eyni “havadan” danışan Ermənistan yenidən “güzgü effekti” məsələsini gündəmə gətirməyə çalışır. Amma o dövrdə də siyasi ekspertlər bu məsələni şərh edərkən bildirirdilər ki, Ermənistanın hansısa tələblə çıxış etməyə mənəvi-hüquqi haqqı yoxdur. Məsələn, politoloq Tofiq Zülfüqarov bildirmişdi ki, ortada yenə də erməni hiyləsi, erməni taktikası hiss edilməkdədir. “Ermənistan çalışır ki, delimitasiya, demarkasiya prosesi başlamadan Azərbaycan qoşunlarını sərhəddən çəksin. Şərt bundan ibarətdir. Azərbaycan isə beynəlxalq hüquq, suverenliyə hörmət məsələsində israrlıdır. Ermənistanın sərhədlərini təsbit etdirmək arzuları qorxudan qaynaqlanır. Onlar çox narahatdırlar ki, Azərbaycan tarixi ədalət məsələsini aktuallaşdıra bilər”, - deyə T.Zülfüqarov vurğulamışdı.
Siyasi şərhçi İlqar Vəlizadə isə bildirmişdi ki, qoşunların sərhəddən uzaqlaşdırılmasından sonra delimitasiya prosesinə başlanılması yolverilməzdir - Azərbaycan işğaldan azad edilmiş regionlarda, o cümlədən sərhəd ərazilərimizdə kifayət qədər möhkəm və etibarlı infrastruktur yaradıb: “Orada bizim postlarımız qurulub, yollar çəkilib, müxtəlif kommunikasiyalar formalaşdırılıb. Bu, Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış sərhədləridir. Biz heç kimin topağını zəbt etməmişik və bu işləri beynəlxalq qanunlarla tanınan sərhədlərimiz çərçivəsində həyata keçiririk. Bu sərhədlərdən müəyyən məsafəyə geri çəkilmək nə qədər məqsədəuyğun sayıla bilər? Bu, heç bir praktikada rast gəlinən hal deyil. Ermənistan delimitasiya demarkasiya prosesini konstruktiv şəkildə aparmaq istəyirsə, ümumi qaydalara, ümumi şərtlərə riayət etməlidir”.
Proses onu göstərir ki, bu gün də analoji situasiya ilə qarşı-qarşıyayıq. Ötən ilin son ayında Ermənistan XİN başçısı Mirzoyanın ifadə etdiyi “güzgü effekti” haqdakı fikirlər artıq Ermənistanın “mövqeyi” kimi ortaya atılır. İndiki dövrdə - xüsustlə delimitasiya ilə bağlı müvafiq dövlət komissiyalarının efektiv iş apardıqları bir zamanda bu kimi məsələlərlə prosesi yenidən yubatmaq istəyi isə Ermənistanın qeyri-konstruktiv mövqedən əl çəkmədiyinin növbəti sübutudur...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

