Fransada hökumət böhranı
10.01.2024 [11:11]
M.ABDULLAYEV
Fransada prezident Emmanuell Makronun rəhbərliyi ilə aparılan siyasət bu ölkəni uğursuzluqlar zolağına salıb. Son vaxtlarda ayrı-ayrı keçmiş müstəmləkə ölkələrində hərbi, iqtisadi və siyasi mövcudluğuna son qoyulan Fransa hazırda hökumət böhranı ilə üzləşib. Belə ki, ölkənin baş naziri Elizabet Born hökumətin istefası ilə bağlı prezidentə müraciət ünvanlayıb və onun bu müraciəti E.Makron tərəfindən qəbul edilib.
Qeyd edək ki, son günlər Fransanın baş naziri vəzifəsinə müxtəlif namizədlərin adları səsləndirilirdi. Onların arasında təhsil naziri Qabriel Attalın və müdafiə naziri Sebastiən Lökornun daha şanslı olduqları bildirilirdi. Ehtimallar özünü doğruldub. Fransanın təhsil naziri Qabriel Attal ölkənin yeni baş naziri təyin edilib. Bu barədə Yelisey sarayı məlumat yayıb. Bildirilir ki, Fransa prezidenti E. Makron onu vəzifəyə gətirib. Qabriel Attal ölkə tarixində hökumətin ən gənc rəhbəri olub. Vurğulamaq yerinə düşər ki, Q. Attal 34 yaşındadır. O, bir müddət əvvəl homoseksual olduğunu etiraf edib. Yeni baş nazir Avropa Parlamentinin (AP) deputatı Stefan Sejorn ilə “evlidir”.
Bütün Fransa boyunca səslənən əsas sual
Ancaq bu gün Fransada yaşanan növbəti hökumət böhranı ilə bağlı müxtəlif səviyyələrdə aparılan müzakirələrdə daha tez-tez eşidilən suallar heç də hökumətə istefaya gedən baş nazirdən sonra kimin rəhbərlik etməsi ilə bağlı deyil. Əsas sual Elizabet Born hökumətin istefasının pərdəarxası məqamları ilə bağlıdır.
Xatırladaq ki, Elizabet Bornun istefa ilə bağlı müraciəti Fransada son vaxtlarda yaşanan hökumət böhranına aid yeganə fakt deyil. Cəmi bir neçə gün bundan əvvəl prezident Emmanuell Makron Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Bernar Emyenin mümkün istefası barədə kəşfiyyatın Afrika və Cənubi Qafqaz sahələrindəki uğursuzluğundan sonra danışılmağa başlanıldı. Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSİ) rəhbərlik etmiş Nikolas Lerner isə Xarici Kəşfiyyat strukturuna yeni rəhbər təyin edilib.
Qayıdaq əsas suala - Fransada hökumət böhranı hansı səbəblərdən qaynaqlanır? Fransa mətbuatında yer alan məlumatlardan aydın olur ki, hökumət böhranı ilk növbədə E.Makron iqtidarının apardığı qeyri-ardıcıl və səriştəsiz siyasətə görə yaşanır. Son illərdə Fransa mütəmadi olaraq paytaxtda və əyalətlərdə hökumətin indiki iqtidarın apardığı siyasətə etiraz əlaməti olaraq keçirilən etirazlarla silkələnir. Bir müddət bundan əvvəl E.Makronun yeni pensiya islahatı təşəbbüsü bütün ölkəni tətillər dalğasına bürümüşdü. Həmkarlar ittifaqları təşkilatları Fransanın hər yerində tətilə qoşulanlara dəstək verirdi.
Son vaxtlarda isə Fransada E.Makron hökumətinin “sahibkarların xərc yükünün artırılması” siyasətinə qarşı daxili etirazların geniş dalğası başlayıb. Ayrı-ayrı əyalətlərdə fermerlər hökumət əleyhinə müxtəlif aksiyalar keçirirlər. Fransa KİV-nin yaydığı məlumata görə, fermerlər artan vergilərə və gübrə qiymətlərinə etiraz edirlər. Təbii ki, hökumət fermerlərin etirazlarına məhəl qoymaq istəmir. Buna görə də fermerlər etirazlarını qeyri-adi formada ifadə etmək məcburiyyətində qalırlar. Bir qədər bundan əvvəl onlar Tuluzda hökumət binasının qarşısındakı meydanda peyin yandırıblar. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bəhs olunan etiraz yeganə belə hal deyil. Qeyd edək ki, fransız fermerlər qiymət artımına etiraz olaraq Pau və Bayonne şəhərlərində də oxşar addımlar ataraq hökumət binalarının qarşısına təkər, peyin və zibil tökmüşdülər.
Bu günlərdə KİV Fransanın əsas bankının saytında dərc edilən hesabata istinadən daha bir məyusedici məlumat yayıb. Bildirilir ki, 2023-cü ildə Fransada 55 mindən çox şirkət bağlanıb ki, bu da 2017-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir. “2023-cü ildə müflisolmaların sayı dekabrın sonuna kimi 55492-yə yüksəlib”, - deyə bankın hesabatda qeyd olunub.
Fransanın vəsaitləri niyə Ermənistan kimi ölkələrə axır?
Fransada hökumət böhranının digər bir mühüm səbəbi kimi E.Makron iqtidarının ölkənin vəsaitlərini səmərəli idarə etməməsi göstərilir. E.Makron ambisiyalar nümayiş etdirərək ölkəsinin müstəmləkəçilk ənənələrini daha geniş miqyasda davam etdirmək isəyir. Bunun üçün də keçmiş müstəmləkə ölkələrində hərbi mövcudluğunu gücləndirməyə səy göstərir.
Digər tərəfdən, siyasi karyerasının perspektivlərini düşünən E.Makron bir növ Fransadakı güclü təsir imkanlarına malik erməni lobbisinin əlində alətə çevrilib. Ölkəsinin milli maraqlarını lobbi maraqlarına qurban verən E.Makron son vaxtlarda Fransanın uzaq Ermənistanla hərbi sahədə əməkdaşlığının genişləndirilməsi istiqamətində addımlar atır. Artıq bu ölkədən Ermənistana dəyəri yüz milyonlarla avro ilə ölçülən zirehli texnikanın ilk dəstləri tədarük olunub. Hər kəsə bəllidir ki, Ermənistan aldığı silahların dəyərini ödəmək iqtidarında deyil. Belə olan halda həmin silahlara xərclənən vəsaitləri Fransanın özünün ödəməsi reallığı ortaya çıxır. Məhz bu kimi məqamlar da Fransa cəmiyyətində iqtidara qarşı kəskin etirazlar yaradır. Sual yerinə düşür: Nə üçün E.Makron iqtidarı ölkə əhalisinə münasibətdə vəsaitlərə sərt şəkildə qənaət edir, ancaq Ermənistan kimi uzaq ölkələrdə silahlanmaya çəkilən xərclərdə inanılmaz səxavətlilik göstərir?
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19

