Bono niyə gəlmişdi?
12.01.2024 [10:30]
ABŞ rəsmisinin İrəvan səfərinin əsas müzakirə predmetləri...
Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində proses son dövrlərdə mühüm məcraya istiqamətlənib. Müzakirələrin qarşılıqlı olaraq Ermənistan ilə Azərbaycan arasında vasitəçisiz olaraq aparılması diqqəti cəlb edir. Xüsusilə, 2023-cü ilin sonundan edtibarən bu proses daha dinamik şəkil alıb - sülhlə bağlı təkliflərin qarşılıqlı mübadiləsi, müvafiq delimitasiya komissiyalarının görüşü, iki ölkənin rəsmi strukturlarının ilk dəfə birgə açıqlama yayması kimi hallar münasibətlərin vasitəçisiz inkişaf etdirilməsinin mümkünlüyünü önə çıxarır. Bununla belə, beynəlxalq aktorlar prosesin inkişafını diqqətdə saxlayırlar. Bunu ilk növbədə regiona səfər edən bəzi rəsmi nümayəndələrin səfərləri də təsdiqləyir. Xüsusilə, 2023-cü ildə prosesdə yer alan bir sıra dövlətlər bu addımları 2024-cü ildə də davam etdirmək istəklərini ortaya qoyurlar.
Ağ Ev proseslərdən kənar düşmək istəmir...
Bu mənada, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun Ermənistana səfəri diqqəti cəlb edir. Xatırladaq ki, bir neçə gün öncə Ermənistana səfər edən Bono bu ölkənin XİN rəhbəri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, vitse-spiker Ruben Rubinyanla görüşüb. Xatırladaq ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller yanvarın 4-də keçirilən ənənəvi brifinqdə Rusiyanın regiondan kənarda olan dövlətlərin Azərbaycan - Ermənistan probleminin həllinə qarışmaması barədə çağırışı ilə bağlı məqamlara toxunmuşdu. Görünür Ağ Ev proseslərdən “uzaq düşməmək” üçün özünün nümayəndəsini növbəti dəfə regiona yollayıb.
Qeyd olunmalıdır ki, Bono ötən ilin payızında regiona səfər etmişdi və bu səfərdən sonra sülh müqaviləsinin yeni variantı ilə bağlı müəyyən mübadilələr olub. Yəqin ki, Vaşinqton son prosesləri “diqqətdən qaçırmamaq” üçün yenidən Bononun İrəvanı “ziyarət” etməsini “məsləhət” görüb.
Detallar açıqlanmır...
Ermənistanda keçirilən görüşlərdə əsas diqqət çəkən məqam müzakirələrin detalları ilə bağlı geniş məlumatların verilməməsidir. Məsələn, Ermənistan KİV-i Mirzoyanla Bononun görüşü barədə yazarkən ümumi fikirlərdən istifadə edir - “həmsöhbətlər”in regional təhlükəsizlik məsələlərini, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini müzakirə etdiklərini vurğulayır. Eyni detal, Armen Qriqoryanın paylaşımlarında da nəzərə çarpır - o, “Facebook” hesabında bildirib ki, “biz Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesini, son danışıqlar və bu çərçivədə əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə etdik. Mən bir daha Ermənistan tərəfinin regionda uzunmüddətli və hərtərəfli sülhün bərqərar olmasına sadiqliyini təsdiqlədim”.
Bu isə həm də bir məsələni yenidən gündəmə gətirir ki, Ermənistan danışıqlarla bağlı “dəqiqləşmələri” heç də öz iradəsi ilə müəyyənləşdirmir.
Türkiyə ilə danışıqlar intensivləşəcək?
Bononun səfəri zamanı onun Rubinyanla da görüşməsi maraq doğurub. Yayılan informasiyada bildirilir ki, görüşdə regional təhlükəsizlik və sabitlik məsələləri müzakirə edilib - eyni zamanda, Ermənistan - Türkiyə münasibətlərinin normallaşması prosesi ilə bağlı da fikir mübadiləsi aparılıb.
Bəlli olduğu kimi Rubinyan Ermənistan - Türkiyə münasibətlərinin tənzimləsi prosesi üzrə Ermənistan hakimiyyətinin xüsusi nümayəndəsidir. ABŞ dövlət katibi Blinkenin son Türkiyə səfəri nöqteyi-nəzərindən də bu görüş bəzi düşüncələr fotrmalaşdırır - bu qənaətə gəlmək olar ki ABŞ üçün həm də Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması prosesi maraq doğurur. Eyni zamanda, bu görüş regionda münasibətlərin tənzimlənməsi prosesində yeni bir irəliləyişin yaranmasına ümid formalaşdırır. Çünki Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşması bəlli olduğu kimi, Azərbaycanla birbaşa bağlı olan məsələdir - rəsmi Ankara dəfələrlə bildirib ki, İrəvan ilə aparılan danışıqlar və prosesin ümumi gedişi Azərbaycanla məsləhətləşmələr fonunda inkişaf etdirilir.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

