Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Arzuolunmaz” diplomatlarla əlaqə...

“Arzuolunmaz” diplomatlarla əlaqə...

13.01.2024 [10:30]

Fransa qəzeti ölkəsinin casus siyasətini ifşa edir

Fransa prezident Emanuell Makronun iqtidarda olduğu dönəmdə bu ölkənin tarixi keçmişi , ənənələri və bəyan etdiyi dəyərlərə zidd siyasət həyata keçirir ki, bunun da əks nəticələrindən ilk növbədə ölkənin özü ziyan çəkir. Son illərdə Fransanın nüfuzu Afrikadakı keçmiş müstəmləkə ölkələrində və Avropa İttifaqı (Aİ) məkanında əhəmiyyətli dərəcədə aşağı düşüb. Getdikcə E.Makronun ambisiyaları artır və daha çöx ölkə Fransanın qərəzli və seçmə siyasətinə tuş gəlir ki, bu sırada Azərbaycan da var.

Paris üçün utancverici fəaliyyət

E.Makron iqtidarı Azərbaycanla münasibətlərin korlanmasını və tamam qırılmasını bir neçə mərhələdə həyata keçirib. Xüsusilə də respublikamızın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra Fransa ölkəmizə qarşı aqressiv yanaşmalarını daha da kəskinləşdirib. Belə ki, prezident Emanuell Makron və Fransanın digər ranqlı rəsmi şəxsləri tərəfindən tez-tez anti-Azərbaycan bəyanatlarının, Parisin BMT Təhlükəsizlik Şurasına təqdim etməyə çalışdığı qətnamələrin şahidi oluruq. Eyni zamanda, bu ölkə tərəfindən Ermənistan yeni müharibəyə təhrik edilərək silahlandırılır. Bir qədər bundan əvvəl isə E.Makron iqtidarının Azərbaycana yönəlik qərəzli siyasətinin yeni bir istiqaməti bəlli oldu. Söhbət Fransa xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi cəsusluq fəaliyyətinin ifşa olunmasından gedir. Xatırladaq ki, 2023-cü il  dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.

Bundan sonra Fransa analoji addım ataraq Azərbaycanın Parisdəki səfirliyinin iki əməkdaşını “persona-non-grata” elan etdi. Azərbaycanın qərarı real faktlara əsaslansa da, Fransa tərəfi oxşar addımı hansısa bir fakta istinad etmədən atıb. Fransa tərəfinin rəsmi açıqlamasında bildirilir ki, Paris öz qərarını Bakının fransalı diplomatlara qarşı oxşar hərəkətinə cavab olaraq verib.

Belə qərəzli cavab “tədbiri” Fransa kimi ölkəyə başucalığı gətirmir və onun reallıq qarşısında çarəsizliyini ortaya qoyur. Əsli?də, Fransa obyektiv araşdırma aparmalı və səhvlərini boynuna alaraq ölkəmizdən üzr istəməli idi. E.Makron iqtidarı özündə bu cəsarəti tapmadı. Prezident E.Makron qəzəbini ölkəsinin xüsusi xidmət orqanının rəhbərini vəzifəsindən qovmaqla soyutmaq istədi. Ancaq bunun üzürü qəbahətindən daha betərdir. Azərbaycana qarşı c?susluq fəaliyyətinin təfərrüatlarına aydınlıq gətirilmir, xüsusi xidmət orqanının rəhbəri isə işdən azad edilir. Yaranan suallara Fransa hökuməti hansı arqumentlərlə cavab verə bilər? 

Casus qalmaqalının yeni təfərrüatları

Fransa hakimiyyəti ölkəsinin Azərbaycanda casusluq fəaliyyətinə münasibətdə susqunluq nümayiş etdirsə də, təfərrüatları mətbuatdan gizlətmək mümkün olmayıb. Bugünlərdə Azərbaycanda iki fransız diplomatın “persona non grata” elan edilməsi və ölkəmizdən çıxarılması ilə başlayan səs-küylü casus qalmaqalına dair yeni detallar məlum olub. Özü də bunu Fransa mətbuatı yayıb. Fransanın “L’Opinion” nəşri xəbər verir ki, əvvəlcə heç kəs Martin Rayanın saxlanılması və 4 ay müddətinə həbsini Azərbaycanın xüsusi xidmət orqanlarının Bakıda fransız casus şəbəkəsinin ifşasına dair açıqlaması ilə əlaqələndirməyib. Üstəlik, Fransanın Xarici İşlər Nazirliyi də bununla bağlı gözləmə mövqeyi tutmuşdu. Lakin daha sonra məlum olub ki, artıq ötən il dekabrın 4-dən həbsdə olan M.Rayanın Azərbaycandan çıxarılan “diplomatlar”la əlaqəsi olub.

Nəşrdə o da qeyd olunub ki, Fransa və Böyük Britaniya vətəndaşlığı olan M.Rayan 4 il Bakıda yaşayıb və hətta azərbaycanlı qızla nişanlanıb. O, “Merkorama” adlı kiçik şirkət quraraq ixrac-idxalla, xüsusən şərab ticarəti ilə məşğul olub. M.Rayan heç bir siyasi fəaliyyətlə məşğul olmayıb. Sitat: “Lakin Fransa xüsusi xidmət orqanlarının nümayəndələri M.Rayanın iradəsinə zidd olaraq onu üçüncü ölkələr haqqında məlumatların toplanması və ötürülməsinə cəlb ediblər. M.Rayan səfirliyin iki əməkdaşı - “Frederik” və “Loran”la isti, hətta mehriban münasibətlər saxlayırdı. Amma onlar 2023-cü ildə Bakını tərk ediblər. “Loran”ı əvəz edən “Andre” onunla görüş istəyib. Görüş zamanı “Andre” M.Rayana siyasi məsələlərlə bağlı həddən artıq çox sual verib”.

Məqalədə vurğulanıb ki, Martinin səfirliklə əlaqələri ictimaiyyətə açıq olan sadə məlumatların toplanılmasından, xüsusən də İran və Türkiyə ilə bağlı məlumatların toplanılması və ötürülməsinə çevrilib: “Başqa sözlə, söhbət yalnız passiv deyil, həm də aktiv əməkdaşlıqdan gedir”.

“Bu qarşılıqlı inamsızlıq mühitində Martin əmin olub ki, səfirliyin nümayəndələri onu təhlükəli oyunlarında sadəcə “piyada” kimi istifadə etməyə çalışırlar”, -  deyə məqalə müəllifi əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanın xüsusi xidmət orqanları iki diplomatı, o cümlədən “Andre”ni şahid qismində dindirmək istəyib: “Lakin bundan imtina edildiyinə görə, onların hər ikisi ölkədən çıxarılıb”.

Casusluq fəaliyyətinin yeni detallarının izinə düşən məqalə müəllifinin gəldiyi qənaət də olduqca ibrətamizdr. “Görünən odur ki, fransız “diplomatlar” Fransa Xarici İşlər Nazirliyindən daha çox Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinə (DGSE) hesabat veriblər. Onların kimliyi açıqlanmayıb. Amma bir məsələ dəqiqdir: ola bilsin, Martin Rayan hətta özünün də xəbəri olmadan həmin idarənin “fəxri müxbir”i seçilib”, - deyə “L’Opinion” nəşrində qeyd edilib.

MÜBARİZ

Paylaş:
Baxılıb: 595 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31