/ / Əli Əhmədov: "Siyasi partiyalar haqqında" Qanuna edilən dəyişikliklər Azərbaycanda siyasi islahatların tərkib hissəsi kimi qiymətləndirilməlidir
Əli Əhmədov: "Siyasi partiyalar haqqında" Qanuna edilən dəyişikliklər Azərbaycanda siyasi islahatların tərkib hissəsi kimi qiymətləndirilməlidir
23.04.2012 [10:58]
Əli Əhmədov bildirib ki, dəyişikliklərin digər bir mühüm əhəmiyyəti partiyaların dövlət tərəfindən maliyyə dəstəyi alması ilə əlaqədardır. Onun fikrincə, həm siyasi islahatların davam etdirilməsi, həm də siyasi partiyaların cəmiyyətdəki rolunun artırılması baxımından dövlət tərəfindən partiyalara maliyyə dəstəyinin göstərilməsi əhəmiyyət kəsb edir. Amma bu zaman çox vacib məqam ortaya çıxır ki, bu dəstək hansı meyarlar əsasında reallaşmalıdır. Millət vəkili deyib ki, dünya təcrübəsində maliyyələşmədə ictimai etimad prinsipi əsas götürülür.
“Mən qəbul edə bilmərəm ki, partiyaların dövlət tərəfindən maliyyələşməsinə ünvanlı sosial yardım kimi yanaşılsın. Yəni, hamıya ehtiyacına uyğun şəkildə dövlət maliyyə yardımı ayıraraq paylamamalıdır. Əks halda, partiyalara dövlət yardımının mahiyyətini kökündən təhrif etmiş olarıq. Bu prosesdə parlamentdə partiya təmsilçiliyinə görə bölgü aparılmalıdır. Layihədə də məsələ müəyyən qədər öz əksini tapıb. YAP Azərbaycan parlamentində təmsil olunan bütün siyasi partiya nümayəndələrinin 84,5 faizini təşkil edir. Parlamentdə 71 millət vəkili Yeni Azərbaycan Partiyasına, 13 deputat digər partiyalara mənsubdurlar. Təklif edilən prinsiplə ümumilikdə maliyyə yardımının 44,6 faizi Yeni Azərbaycan Partiyasına, 54,4 faizi digər partiyaların payına düşür. Hesab edirəm ki, bu prinsip ədalətli deyil. Amma mən hörmətli Prezidentimiz tərəfindən parlamentə göndərilmiş bu layihənin məqsədini də başa düşürəm. Bu da ondan ibarətdir ki, burada kompromis variant ortaya qoyulur ki, Milli Məclisdə təmsil olunan və bəzi hallarda təmsil olunmayan partiyaların maliyyə cəhətdən dəstəklənməsində dövlət daha yaxından iştirak etsin. Təbii ki, bu dəstək YAP-a veriləcək dəstəyin hesabına reallaşacaq. Yəni, YAP-a düşəcək payın hesabına digər partiyalara dövlətimiz tərəfindən dəstək verilmiş olur. Biz YAP olaraq prinsip etibarilə buna etiraz etmirik, güzəştli bir variant kimi qəbul edirik. Opponentlərimiz də bunu belə qəbul etməlidirlər” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov onu da qeyd edib ki, 3 faizlik baryeri aşıb, amma parlamentdə təmsil olunmayan partiyalara 10 faiz maliyyə verilməsi düzgün deyil. “Parlamentdə nümayəndəsi təmsil olunan bir partiya 3-7 faiz alırsa, amma bunun müqabilində 3 faizdən çox səs toplayıb parlamentə düşməyən partiyaya 10 faiz maliyyə ayrılması ədalətsizdir” - deyə, millət vəkili qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18

