Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AŞPA-nın əsl niyyəti...

AŞPA-nın əsl niyyəti...

30.01.2024 [10:32]

Azərbaycana qarşı “təzyiqlər” nəyə əsaslanır?

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana münasibətdə “sərgilədiyi təşəbbüs” və onun “hədəfləri” bütün parametrləri üzrə bəlli oldu. Artıq AŞPA-nın timsalında özünü “demokratiya tərəzisi” sayan, “demokratik nizam” ekvivalentliyi daşıdığını idda edən təşkilatların hansı “ideoloji konyuktura”dan qidalandığı ortaya çıxır - qərəz və əsassız iddialar, milli maraqlara istinad edən dövlətlərə qarşı “səlib yürüşü”, bəzi imperialist güclərin regional marağının təmini üçün əl atılan “təzyiq kampaniyaları” AŞPA-nın əsas “iş prinsipi”nə çevrilib.

Təsadüf, yoxsa... AŞPA-nın “Qarabağ ağrısı”...

Azərbaycanın nümayəndə heyətinin qanunauyğun və peşəkar fəaliyyətinin məhdudlaşdırılmasına yönəlik planlar heç də idda edildiyi “səbəblərə” əsaslanmır. AŞPA-nın ötən ilin sentyabrından başlayaraq Azərbaycana qarşı tutduğu mövqe bu fikri təsdiqləyir. Qurum 2023-cü ilin payızında Azərbaycanın öz suverenliyini tam bərpa etməsini alqışlamaqdansa, Qarabağı öz xoşu ilə tərk etmiş bir qrup erməni üzərindən siyasi manipulyasiyalar aparılmasına şərait yaratmağa başladı - qəbul edilən “qətnamələr”, ortaya qoyulan mövqe ilk növbədə ermənipərəst qruplaşmalar üçün istinad mənbəsi rolu oynayırdı. Qurumun Azərbaycana qarşı “hikkəsi” o qədər açıq idi ki, vurğulanan regionun adı belə təhrif edilmişdi - Qarabağ iqtisadi rayonu “Dağlıq Qarabağ” adı altında təqdim olunurdu.

Təbii ki, həmin dövrdə də, indi də AŞPA-da Qarabağ adı ilə siyasi oyunlar təşkil etməyə çalışan ermənipərəst güclərə lazımi cavab verildi. Bildirildi ki, Azərbaycan heç bir zaman hansısa bir etnik təmizləmə həyata keçirməyib. “Laçın dəhlizi” adlandırılan, ermənilərin hərəkəti üçün açıq saxlanılan yoldan isə təyinatı üzrə istifadə edilmirdi: oradan silah, sursat daşınırdı. Əgər bu belə olmasaydı, Azərbaycanın təklif etdiyi yol  - Ağdam - Xankəndi yolu başda fransızlar olmaqla erməni güdükçüləri tərəfindən haray-həşirlə qarşılanmazdı.

Fransanın AŞPA “oyunu”...

AŞPA-da ermənipərəst mövqenin açıq müstəviyə keçidi də birdən baş vermədi. Bu qurumda daima patronajlıq edən Fransa - Almaniya cütlüyü digər platformalarda uğurun mümkünsüzlüyünü görürdü. Rəsmi Paris hətta rəhbəri olduğu Frankafoniya müstəvisində, BMT TŞ müstəvisində məğlub olduğunu görərək son “ümid” kimi AŞPA-dakı mövqeyindən sui-istifadə qaərarı verdi. “Təşəbbüsün” alman deputat Şvebo tərəfindən səsləndirilməsi isə həm iz itirmək, həm də “məsuliyyəti” bölüşmək üçün vacib idi. Bəli - Azərbaycan KİV-lərində də qeyd edildiyi kimi, Böyük Britaniyanın AŞPA-da nümayəndə heyətinin üzvü olan İan Liddel-Granger öz çıxışında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsini təklif edən həmkarlarının qərarını pisləmişdi. Bu fakt isə özlüyündə AŞPA-nın qərarının heç də “Avropanın mövqeyi” olmadığı faktını bir daha qətiləşdirir. Bu “təşəbbüs” Fransa-Almaniya cütlüyünün, dolayısı ilə “ermənipərəst qrup”un arzularının təcəssümü idi...

Fransanın rəhbərlik etdiyi LGBT qrupu...

Azərbaycana qarşı “birləşən qrup” ermənipərəst maraq ilə yanaşı, başqa “dəyərlər ziqzaqında” da “qovuşur”. AŞPA-nın “LGBT qrupu” ermənipərəst dəyərlərin əsas “işıq tutanı” kimi çıxış edir. 157 nəfərlik qrupun 65-i Azərbaycana qarşı olan “səsvermə”nin birbaşa iştirakçısına çevriliblər. Həmin qrupun isə Azərbaycanı sevməməsi ən təbii haldır - çünki onların milli mental dəyərlərə zidd olan “istək və arzuları” heç bir zaman Azərbaycanın milli dəyərlərə əsaslanan yolu ilə kəsişə bilməz. Bəzi “sənədlərə” qoşulmayan Azərbaycana qarşı bu kimi çirkin yalanı, bhtanı atmaq isə həmin qrup üçün əsl “fürsətə”  çevrilib. Bu yolla onlar həm də, özlərinin əsas dəstəkçisi və başçıları olan Fransa qarşısında bir “plyus” qazanmış olurlar...

Təəssüf doğuran “mövqelər”...

Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiyaya edilməməsi, yəni tanınmaması ilə əlaqədar qətnamənin “səsvermə”si zamanı diqqət çəkən bir məqam isə bəzi dövlətlərin mövqeyi ilə bağlıdır. Məsələn, bu sırada Ukrayna, Gürcüstan və Moldovanın mövqeyi təəssüf doğurur.

Bəlli olduğu kimi bu 3 ölkə və Azərbaycan GUAM təşkilatında birləşib. Sərgilənən “mövqe” isə ölkələrimiz və xalqlarımız arasında formalaşmış münasibətlərin ruhuna zidd olmaqla yanaşı, Azərbaycana arxadan zərbə mahiyyəıti daşıyır. Aktiv  diplomatiya potensialına malik Azərbaycan GUAM-a sədrliyi dövründə bu potensialdan  istifadə edərək təşkilata yeni nəfəs verə bilər. Lakin həmin ölkələrin belə davranışı Azərbaycanı bir daha düşüməyə vadar edir.

Əslində, bu dövlətlər Azərbaycanın öz ərazisində separatizmə son verməsindən daha çox məmnunluq hissi duymalıdırlar və bunu təqdir etməlidirlər. SSRİ-nin dağılmasından sonra post-sovet məkanında “cövlan edən” separatizmin aradan qalxması üçün heç bir addım atmayan AŞPA kimi təşkilatlar illərlə sadəcə, manipulyasiya ilə məşğul olub - işğalçı öz adı ilə çağırılmayıb. Azərbaycan kimi bir çox dövlətlər isə illərdir AŞPA-nın qəti mövqeyini “gözləməkdədr”... Və bu gedişlə hələ çox gözləyəcəklər. Çünki öz qəti addımları ilə AŞPA və onun kimi təşkilatların “gün yubatmaq” məqsədini ifşa edən Azərbaycana qarşı tutulan mövqe “çox şeydən” xəbər verir...

Azərbaycanın milli hədəfləri

Beləliklə, Cənubi Qafqaz, Mərkəzi Asiya və Kiçik Asiya üçün yeni iqtisadi düzən olaraq izah edilən layihələrin reallaşmasında aktiv rol alan, hətta əsas koordinatora  çevrilən Azərbaycan Qərb maraqlarının çirkin niyyətləri qarşısında səddə çevrilib. Qarabağda separatizmin kökünü qazıyan, yeni sabit və effektiv, rentabelli iqtisadi arteriya formalaşdıran, ən əsası isə yeni münasibətlər sistemi formalaşdıran Azərbaycan bölgəyə yönəlik korporativ maraqları istisna edir, sıradan çıxarır. Bu isə AŞPA kimi prinsipsiz, bəyan etdiyi idealları ayaqlar altına alan, insan hüquq və azadlıqlarını alver predmetinə çevirən, ən əsası isə milli hədəfləri olan dövlətləri sıradan çıxarmaq üçün fürsət axtaran “təşkilatlar”ın “mövqeyi” ilə uzlaşmır...

P.SADAYOĞLU  

Paylaş:
Baxılıb: 523 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31