Ümummilli lider Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin qurucusudur
03.05.2012 [01:05]
Dünən Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev məktəbi” mövzusunda tədbir keçirilib. AzərTAc xəbər verir ki, universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərindən danışıb. Ulu öndərin daxili və xarici siyasətindən söz açan rektor bildirib ki, bu gün Azərbaycanın qazandığı bütün uğurlarının əsası məhz Heydər Əliyev tərəfindən qoyulub. Müqəddəs şəxsiyyət olan dahi rəhbərin bütün fəaliyyəti yalnız xalqın xidmətinə yönəlib. Onun dərin düşüncəsi, ideyaları, qurub-yaratdıqları, siyasət, iqtisadiyyat, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi islahatlar, möhtəşəm layihələr, xalqımızın rifahına, işıqlı gələcəyinə xidmət edib. Hər bir azərbaycanlı Onun zəngin irsini öyrənməli, gələcək nəsillərə çatdırmalıdır.
A.Məhərrəmov deyib ki, xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var. Xalq o vaxt daha da xoşbəxtdir ki, həmin siyasi kurs ölkədə uğurla davam etdirilir. Akademik ümummilli liderin elmin, təhsilin inkişafına hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını, Ulu öndərin siyasi kursunun Onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov dövlətimizin formalaşması, inkişafı və dünyada tanınması istiqamətində ümummilli liderin əvəzsiz rolundan söz açıb. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev tərəfindən milli ideologiyamızın mükəmməl konsepsiyası işlənib hazırlanıb. Əli Əhmədov bildirib ki, Heydər Əliyevin daxili və xarici siyasəti nəticəsində dövlətçilik konsepsiyası uğurla həyata keçirilib. Azərbaycanda sabitliyin qorunub saxlanılması, ölkənin bütün sahələrində tətbiq olunan uğurlu islahatlar Onun dövlətçilik konsepsiyasının ideyaları sayəsində gerçəkləşib.
Belə bir konsepsiya Heydər Əliyev tərəfindən hazırlanıb və getdikcə təkmilləşdirilib. ölkə iqtisadiyyatın liberal qaydada formalaşması, azad sahibkarlıq ideyalarının yaranması və həyata keçirilməsi dövlətçilik konsepsiyasının əsasını təşkil edib. Nəticədə milli mənəvi dəyərlərə əsaslanan yeni dövlət modeli formalaşıb və əsası qoyulub. Müasir Azərbaycan cəmiyyətinin, onun humanizm, milli-mənəvi dəyərlərinin formalaşması Ulu öndərin əsas xidmətlərindən olub. Onun yaratdığı müasir Azərbaycan dövləti bu gün xalqa, onun milli maraqlarına şərəflə və ləyaqətlə xidmət edir. Heydər Əliyevin müasir Azərbaycan dövlətini yaratmaq konsepsiyası özünəməxsusluğu ilə seçilir. Ulu öndərin konsepsiyası əsasında həyata keçirilən ciddi liberal və demokratik islahatların nəticəsində siyasi cəhətdən güclü dövlət yaradılıb. Heydər Əliyev müasir Azərbaycan cəmiyyətinin və onun mənəvi-əxlaqi dəyərlərinin formalaşması missiyasını da öz üzərinə götürmüş milli liderdir.
Diqqətə çatdırılıb ki, Azərbaycanın Avropanın nüfuzlu “Eurovision” mahnı yarışmasında qalib gəlməsi, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 2020-ci il Yay Olimpiya Oyunlarının ev sahibliyinə namizədliyini irəli sürməsi ölkəmizin özünə inamının bariz nümunəsidir. Bu, həmçinin Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsidir.
Tədbirdə AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov və digərləri Ulu öndərin zəngin həyat və fəaliyyətindən söz açıblar.
Xəbər lenti
Hamısına baxDünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18

