Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / MSK seçki bülletenlərinin DSK-lara təhvil verilməsini başa çatdırıb

MSK seçki bülletenlərinin DSK-lara təhvil verilməsini başa çatdırıb

01.02.2024 [11:46]

Fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçki bülletenlərinin dairə seçki komissiyalarına (DSK) paylanması prosesi başa çatıb. Secki-2024.az saytı xəbər verir ki, seçki bülletenləri Naxçıvan Muxtar Respublikasındakı seçki dairələri, işğaldan azad olunmuş ərazilərdəki seçki məntəqələrinin aid olduğu seçki dairələri, həmçinin respublikanın ucqar bölgələrini əhatə edən seçki dairələri də daxil olmaqla, ölkənin digər bütün seçki dairələrinə təhvil verilib.

Bununla da proses tam yekunlaşdırılıb.

Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçki bülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra, səsvermə gününə azı 3 gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməlidir.

Qeyd edək ki, yanvarın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və 6 524 203 seçki bülleteni çap olunub.

Paylaş:
Baxılıb: 561 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31