Milli Məclisdə "Heydər Əliyev Xatirə Zalı" kitabının təqdimatı olub
11.05.2012 [00:51]
Tədbiri Milli Məclisin sədri Oqtay Əsədov açaraq əvvəlcə bayram münasibətilə deputatları və tədbirin digər iştirakçılarını təbrik edib.
Milli Məclisin sədri deyib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev müstəqil və müasir Azərbaycanın yaradıcısıdır. Məhz Onun sayəsində xalqımız siyasi və dövlət müstəqilliyinin möhkəm təməlini yaradıb. Bu təməl üzərində qurulan müstəqil dövləti qoruyub saxlaya bilib. Ulu öndərin Vətən və xalq qarşısındakı əvəzsiz tarixi xidmətlərindən danışan O.Əsədov deyib ki, bu il parlamentdəki Heydər Əliyev Xatirə Zalının yaradılmasının 5 ili tamam olur. Bu münasibətlə işıq üzü görən yeni nəşr Ulu öndərin xatirəsinə ehtiramın bir ifadəsidir. ötən 5 ildə xatirə zalı parlamentə gələn xarici qonaqların əsl ziyarət yerinə çevrilib. Milli Məclisdə qonaq olan 150-dən çox nümayəndə heyəti buradakı eksponatları maraqla izləyib, Muzeydəki xatirə kitabına ürək sözlərini yazıblar.
Sonra Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlardan Siyavuş Novruzov, Rəfael Hüseynov, Fəttah Heydərov, Mübariz Qurbanlı, Rövşən Rzayev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev çıxış ediblər. Azərbaycanın yaxın tarixinə nəzər salan natiqlər bildiriblər ki, Heydər Əliyev xalqının xilaskarı və ən böyük şəxsiyyətlərdəndir. Azərbaycanın dövlət müqəddəratının həll olunduğu bir vaxtda xalqın təkidi ilə hakimiyyətə gələn Ulu öndərin müdrik və uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz çətin və mürəkkəb bir şəraitdə qorunub saxlanılıb, daha da möhkəmlənib. Ulu öndərin böyük siyasətə qayıdışı 1993-cü il iyunun 15-də Onun Ali Sovetə Sədrliyi ilə başlayıb. ümummilli lider Prezident seçilənədək 4 ay parlamentə Sədrlik edib. Bu müddətdə ölkədə qanunvericilik orqanının nüfuzu artıb, Milli Məclis ölkədə baş verən mürəkkəb və ziddiyyətli ictimai, siyasi hadisələrin açıq, demokratik şəraitdə müzakirə olunduğu real hakimiyyət orqanına çevrilib. Qısa müddətdə parlamentin ruhu kökündən dəyişib. Ulu öndər Milli Məclisə siyasi mədəniyyət gətirib.
Qeyd olunub ki, Ulu öndərin rəhbərliyi ilə uğurlu siyasi-inkişaf strategiyasının təməli qoyulub ki, bu da sonralar ölkənin həyatında həlledici amillərdən biri olub. Azərbaycan qısa bir zamanda nəinki regionda, dünyada yüksək nüfuza, sözə sahib olan dövlətə çevrilib. Ulu öndər Azərbaycana milli təhlükəsizlik konsepsiyası, milli dövlətçilik ideyası, bu ideyanı daşıyıb xalqı arxasınca aparmağa qadir siyasi təşkilat, yeni lider bəxş edib. Bu gün Ulu öndərin müəyyənləşdirdiyi strateji inkişaf xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın dünyadakı nüfuzu getdikcə daha da artır. İqtisadi inkişaf, sosial rifah həyatın bütün sahələrində özünü göstərir. Azərbaycanda reallaşdırılan islahatlar ölkəni dünyanın diqqət mərkəzində saxlayır. Neft-qaz sahəsində uğurla reallaşdırılan böyük regional layihələr təkcə bu günümüzün deyil, gələcək rifahımıza təminat verir.
Deputatlar Ulu öndərin gələn il anadan olmasının 90 illiyi ilə bağlı müxtəlif tədbirlərin keçirilməsini, Heydər Əliyevin parlamentə sədrliyi dövrünü əks etdirən filmin çəkilməsini də təklif ediblər.
Tədbirdə parlamentin “Azərbaycan Respublikasının Milli Məclisi - dördüncü çağırış” kitabı da təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

