Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Pakistan Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Pakistan Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

08.02.2024 [00:34]

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında yazıb.

“İlham Əliyevi Azərbaycanda keçirilən prezident seçkilərində əldə etdiyi qəti qələbə münasibətilə təbrik edirəm", - deyə Pakistan Prezidenti vurğulayıb.

Təbrikində iki ölkə arasındakı davamlı dostluğu və əməkdaşlığı daha da gücləndirməyi səbirsizliklə gözlədiyini yazan A.Alvi bildirib: “Sizin liderliyiniz tərəqqi və sabitliyə ilham verməkdə davam edir. Pakistan davamlı dostluğumuzu və əməkdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyir. Uğurlarınızın davamlı olmasını arzulayırıq!”.

Paylaş:
Baxılıb: 477 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31