Qərbin “ikili standart” üzü
10.02.2024 [10:50]
Avropalı deputatlar etiraf edirlər...
Qərbin siyasi konyuktrunda özünü real güc hesab edən və davranışlarını da məhz bu tezis üzərində formalaşdıran bəzi beynəlxalq statuslu təsisatların iş prinisipi heç kimə sirr deyil. Bu təşkilatlar müəyyənləşdirdikləri “yuridik dislokasiya” üzrə fərqli standartlara əsaslanan yananşmalar sərgiləməklə özlərinin maraq çərçivəsinin sərhədlərini də “bəyan edirlər”. Başqa sözlə, bu təşkilatların hədəfinə çevrilməmək, hesabatlarında fərqli standartlara əsaslanan yanaşmaya tuş gəlməmək üçün sözdə bəyan edilən məqsəd və ideallar üzrə əməkdaşlıq bəs etmir.
Məsələn, son illər yeni siyasi nizamın formalaşması və yeni əməkdaşlıq mühitinin yaradılması üçün bütün gücünü səfərbər etmiş, böyük bir coğrafiyada sabitlik və yeni iqtisadi platforma formalaşdırmış Azərbaycan bu kimi ikili standartlarla tez-tez üzləşir. Halbuki Azərbaycan özünün elan etdiyi proiritetlərində, müəyyənləşdirdiyi dövlət siyasətində, beynəlxalq məsələlərə yanaşmasında real olaraq ən demokratik, ən humanist, ən dürüst, sabit və davamlı xəttə əsaslanır. Bəs, həmin “təsisatlar”ıın davranışları niyə adekvat olmur?
Azərbaycanın reallıqları-Beynəlxalq əməkdaşlıq və demokratik inkişafa verilən töhfə...
Bir məqama diqqət yetirək. Azərbaycan Avropa İttifaqı və quruma daxil olan dövlətlərin əksəriyyəti ilə yaxın əməkdaşlıq əlaqələrinə malikdir. Ölkəmiz Qərbin son dövrlərdə ən çox əziyyət çəkdiyi enerji təminatı məsələsində açar dövlətlərdən biri sayılır. Siyasi predmetlər üzrə dialoqun səviyyəsi yüksəkdir. Ticari və iqtisadi əlaqələr isə günü-gündən genişlənir. Bunun üstünə gəlsək ki, Azərbaycan
Aİ-nin yaxın enerji tərəfdaşıdır, qurumun bir “parçası” sayılan Avropa Parlamentinin fərqli davranışları anlaşılan sayıla bilməz. Bu qurumun ölkəmizə qarşı tutduğu mövqe, sərgilədiyi davranış adekvat deyil.
Azərbaycanın regionda apardığı açıq və şəffaf siyasət bütövlükdə Cənubi Qafqazın inkişafı üçün yeni siyasi ştrixləri meydana çıxarıb. Rəsmi Bakı fəal şəkildə Şərq-Qərb tranzitinin ən yüksək səviyyədə və təminatlı şəkildə inkişaf etdirilməsi üçün çaba göstərir. Təsadüfi deyil ki, elə Qərbin bir sıra aparıcı analitik mərkəzləri Azərbaycanı bölgənin ən real sabitləşdirici faktoru kimi qiymətləndirirlər. 2020-ci il Vətən müharibəsi, 2023-cü il antiterror tədbirləri nəticəsində bölgədə separatizmin kökünün kəsilməsi siyasi anlam daşımaqla yanaşı, həm də beynəlxalq ticarətin yeni hüquqi əsaslandırmaya malik tranzitini ortya qoymaqdadır. Qərb dünyası özü etiraf edir ki, Zəngəzur dəhlizindən keçəcək yeni tranzit xətti Avroasiyanın yeni inkişaf mərhələsini formalaşdıran amil qismində çıxış etməkdədir.
Eyni zamanda, Azərbaycan demokratik ənənələrin inkişafına tam sadiqlik nümayiş etdirir. Mütərəqqi seçki qanunvericiliyi, siyasi plüralizmin təmin edilməsi, insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə qorunduğu bir dövlət kimi Azərbaycan özünün islahatçı modeli ilə hər zaman təqdir edilir. İnsanların azad seçim imkanları, formalaşdırılan bərabər rəqabət mühiti, KİV-in fəaliyyətinin stimullaşdırılması üçün atılan addımlar, yeni və müasir standartlara uyğun Media haqqında qanunun qəbul edilməsi bu kimi sadalamaqla bitməyən tədbirlər Azərbaycan dövlətinin demoratik dəyərələrə verdiyi qiymətin bariz təcəssümüdür.
Sözəbaxan olmasan...
Sadalanan faktlar Azərbaycana münasibətdə qeyri-real yanaşmadan istifadə edildiyini bir daha sübuta yetirir. Əslində, bu təəccüblü də sayıla bilməz. Avropa Parlamentinin tutduğu “yol” hər kəsə bəllidir. Hətta zaman-zaman bu qurumun aparıcı şəxsləri haqqında üzə çıxan korrupsiya faktları da hər şeyi açıq şəkildə göstərir. Avroparlamentin ölkələrə münasibətdə fərqli “standartlara” əsaslandığı elə “qoca qitə”nin sərhədləri daxilindəki ölkələr tərəfindən də etiraf olunur.
Məsələn, Yunanıstan deputatı Anna-Mişel Asimakopulu Avropa Parlamentinin Afinaya qarşı iddialarını tənqid edib. Bildirib ki, yunan xalqı Aİ-nin nağıllarına inanmır və Yunanıstan demokratik dövlətdir: “Bəli, Avropa Komissiyasının qanunun aliliyinə dair hesabatında qeyd olunan bütün Aİ-yə üzv dövlətlər kimi bizim də problemlərimiz var. Amma biz onlarla məşğul oluruq. Avropa Parlamenti qanunun aliliyi prinsiplərinə əməl edilməməsi ilə bağlı yanlış həyəcan təbili çaldıqda diqqətli olmalıdır”.
Hollandiya parlamentinin liberal deputatı Sofi İn’t Veld isə “Euronews”a açıqlamasında isə daha açıq danışıb: “Mən bir şeyi anladım - Avropa Şurasının iclaslarında hökumət başçılarının özlərini necə aparmasından çox şey asılıdır. Əgər sən sözəbaxan oğlan və ya itaətkar qız olsan, səndən əl çəkəcəklər, səni rahat buraxacaqlar. Sən o zaman evində istədiyini edə bilərsən, istənilən şəxsə hücum edə və ya qanunun aliliyini poza bilərsən. Avropa Şurası sənə heç nə deməyəcək. Amma sən sözə baxmasan, problem yaradan olsan, buna dözməyəcəklər və səni tənqid edəcəklər”.
Bəli, fakt odur ki, Avropa Şurası və Avropa Parlamenti kimi qurumların davranışları elə öz üzvləri tərəfindən ifşa edilir. Bu qurumların milli maraqlarını əsas götürən, müstəqil siyasi xəttə əsaslanan dövlətlərə hansı standartlar üzrə yanaşması ortadadır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxAnalitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38

