Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Təxribatın “siyasi çətiri”...

Təxribatın “siyasi çətiri”...

14.02.2024 [10:00]

Aİ missiyasının kölgəsinə qısılan Ermənistan cavabını aldı

Azərbaycanın Cənubi Qafqazda yaratmağa çalışdığı sülh mühiti və bu istiqamətdə atdığı addımlar Ermənistan tərəfindən adekvat qarşılanmır. Rəsmi İrəvan fərqli yollarla və vasitələrlə sülh prosesini imtiasiyaya məruz qoyur, fərqli dairələrin kölgəsinə sığınaraq özünün çirkin niyyətini həyata keçirməyə çalışır. Təbii ki, bu məqamda ilk “xatırlanası” Aİ-nin Ermənistandakı “monitorinq missiyası”dır ki, özünü üzdə “beynəlxalq araşdırmaçı qrup” kimi təqdim edən “missiyanın” əslində hansı fəaliyyətlərlə məşğul olması sirr deyil.

Aİ kəşfiyyatının “durbin siyasəti” ...

Xatırladaq ki, 2022-ci ilin oktyabrında Aİ-nin Ermənistana göndərdiyi “mülki missiya” daha fərqli “missiyaları” həyata keçirməyi ilə yadda qaldı. İlk vaxtlarda 40 nəfərlik heyətdən ibarət olan qrup sonradan artırılaraq 139 nəfərə çatdırıldı - missyanın tərkibi ilə yanaşı ofislərinin də sayı artırıldı. Bəli, artıq şərhə ehtiyac qalmır. Ötən dövr ərzində kəşfiyyat qrupunu tam şəkildə Ermənistana yerləşdirmək imkanı “qazanan” Aİ missiyasının məqsədi bəllidir. Ermənistana gələn və kimliyindən asılı olmayaraq bütün “qonaqların”, ara-sıra isə xarici ölkələrin İrəvandakı nümayəndələrinin əlinə durbin verərək Azərbaycana tərəf boylandıran missiyanın son aylarda hansısa bir təxribatın axtarışında olması açıq idi:

- Bir neçə gün öncə Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşı saxlanılmışdı. Bununla bağlı bildirilmişdi ki, Çexiya vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub.

- Eyni zamanda, son vaxtlar bir sıra Avropa ölkələrinin, xüsusən də Fransanın nümayəndələri Ermənistan-Azərbaycan sərhədində kifayət qədər tez-tez görünürdülər. Belə ki, fevralın 2-də Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam De Meyer Avropa İttifaqının Ermənistandakı mülki missiyasının yerləşdiyi yerə baş çəkib, orada sərhəddəki vəziyyətlə tanış olub. Bütün bunlar Avropa strukturlarının bu ərazidə kəşfiyyat apardığını bir daha təsdiqləyir.

Beləliklə, “binokl diplomatiyası”, xarici “missionerlərin” “kəşfiyyat zonasına” dəvət edilməsi, ABŞ instruktorlarının Ermənistanda çalışması haqlı olaraq ekspertlər tərəfindən Ermənistanın müharibəyə hazırlaşması kimi xarakterizə olunurdu. Buna paralel olaraq isə Ermənistan mediasında bu ölkənin sərhəddə əməliyyat həyata keçirərək uğur qazanmağa çalışacağı ilə bağlı yazılar dərc olunurdu. Bütün bu hallar kompleks şəkildə Ermənistanın təxribatdan əl çəkmədiyinin bariz göstəricisi sayıla bilərdi. Nəticə etibarı ilə, Zəngilan rayonu ərazisində Azərbaycanın hərbi qulluqçusunun yaralanması ilə nəticələnən təxribat bunun sübutudur...

Təsadüfi deyildi ki, fevralın 12-də Avropa İttifaqının  Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılmışdı və görüş zamanı Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının əldə edilmiş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu bir daha diqqətə çatdırılmışdı. Görüş zamanı Ermənistan ərazisində yerləşdirilən missiyanın bəyan edilmiş mandatına uyğun olaraq neytral, mülki və silahsız missiya kimi fəaliyyət göstərməsi, habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək hər hansı fəaliyyətdən çəkinməsini təmin etmək üçün bütün lazımi tədbirlər görməyə dair Aİ tərəfinə ciddi şəkildə çağırış edilmişdi...

Silahlanmanın əsl məqsədi bəlli oldu...   

Ermənistanın Aİ missiyası ilə yanaşı Fransa və Hindistan kimi ölkələr tərəfindən mütəmadi olaraq silahlandırılması da gözardı edilməyəcək faktlardandır. Ötən il rəsmi Delhi ilə Ermənistan arasındakı silah alveri ilə bağlı predmetlər ortaya çıxmışdı. Ermənistan

KİV-in yaydığı məlumata görə, hətta Hindistandan Ermənistana silah tədarükünə dair müqavilə imzalanmışdı. Sənəddə Hindistanın Ermənistana təxminən 250 milyon dollarlıq silah tədarük edəcəyi göstərilmişdi. Söhbət əsasən “Pinaka” raket sistemlərinin və onların sursatlarının, eləcə də tank əleyhinə digər silahların satışından gedir. Bu silahlar Hindistanın yerli istehsalıdır. Onlardan daxili silahlanmada istifadə olunur və Fransa lisenziyası ilə istehsal edilir.

Fransa Ermənistanı həm Hindistanın əli ilə, həm də birbaşa özü silahlandırır. Ötən il bəlli olmuşdu ki, Paris İrəvana yüz milyonlarla avro dəyərində silah-sursat satır. Bu barədə Fransanın məşhur “Le Mond” nəşri yazmışdı və bildirilmişdi ki, silah satışında müxtəlif texnikaların, o cümlədən zenit-raket komplekslərinin verilməsi nəzərdə tutulur. Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan “Acmat” şirkətinin istehsalı olan Fransanın çoxməqsədli “Bastion” zirehli texnikası İrəvana göndərilmişdi. “Bastion” üçün komponentlər də göndərilən silah-sursatın arasında yer alırdı. Bütün bunları göndərən isə Fransanın “ARQUUS” şirkəti idi.

Azərbaycana qarşı təxribat cavabsız qalmır...

Bu minvalla da silahlanma və təxribat planları özünü çox gözlətmədi. Snayperin sərhəd mövqelərinə gətirilib yerləşdirilməsinin planlaşdırılmış hal olması və baş verənlərin bu planın tərkib hissəsi kimi çıxış etməsi artıq əminlik yaradan amildir. Ermənistanın Aİ missiyasının “siyasi kölgəsində” gizlənməsi, Fransa və Hindistandan aldığı silahlarla yenidən Azərbaycana qarşı hücum planları düşünməsi İrəvanın niyyətini ortaya qoyur. Amma Ermənistan unutmamalıdır ki, Azərbaycana qarşı törədilən hər hansı bir təxribat cavabsız qalmır - dünən keçirilən “Qisas” əməliyyatı bunu bir daha sübuta yetirdi...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 551 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31