Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İtkin düşmüş azərbaycanlılar...

İtkin düşmüş azərbaycanlılar...

15.02.2024 [10:20]

54 qaranlıq tale, 33 itkin meyit

Dövlət Komissiyası: İtkin düşmüş soydaşlarımızın dəfn yerlərinin axtarışına Ermənistan tərəfindən döyüşmüş səhra komandirlərinin cəlb edilməsini zəruri hesab edirik

N. BAYRAMLI

Ermənistan 30 illik işğalçılıq siyasəti dövründə saysız-hesabsız cinayətlər törədib. Bu cinayətlər sırasında Birinci Qarabağ müharibəsi dövründə 4 minə yaxın azərbaycanlının itkin düşməsi və onlara qarşı qeyri-insani rəftar xüsusi yer tutur. Ermənistan hələ də onların taleyi haqqında heç bir məlumat vermir. Bu isə beynəlxalq cinayətdir.

Ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunduqdan sonra erməni vəhşiliyi faktlarla ortaya çıxır. İşğaldan azad edilmiş ərazilərimizdə kütləvi məzarlıqların aşkar edilməsi də bunu təsdiqləyir. Belə ki, ilk olaraq Fərrux yüksəkliyində, Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqlar aşkar edildi. Daha sonra, Kəlbəcərin Başlıbel kəndində, Şuşa türməsinin ərazisində, Ağdam rayonunda da belə məzarlıqlar üzə çıxarıldı. Bu yaxınlarda isə Xocalı soyqırımının qurbanlarının bir hissəsinin kütləvi basdırıldığı ərazi aşkarlandı. Ən sonuncu isə bugünlərdə Kəlbəcər şəhərinin yenidən qurulması və bərpası ilə bağlı aparılan qazıntı işləri zamanı daha bir kütləvi məzarlıq üzə çıxıb. İlkin məlumata görə, bir neçə insana aid olan sümüklər “Bakı Abadlıq” MMC-nin hazırda Kəlbəcər şəhərinin mərkəzində inşa etdiyi binaların arxa hissəsində kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar aparılan qazıntı zamanı aşkarlanıb. Hazırda “Zəfər prospekti” adlandırılan həmin ərazi keçmiş Musiqi məktəbindən bir qədər yuxarıda, Uşaq Xəstəxanasının yaxınlığındakı yolayrıcında, Aşıq Alı küçəsi ilə Nizami prospekti arasında yerləşir. Sümüklərin əksəriyyəti çürüntüyə məruz qaldığından ərazidə qazıntı işləri dərhal dayandırılıb. Tapılan insan cəsədləri aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, müvafiq qurumlar DNT analizi vasitəsilə həmin cəsədlərin kimə məxsus olduğunu müəyyən edilir. Artıq onların bəziləri müəyyən edilərək doğmalarına təhvil verilib. Onların arasında Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da var. Riad Əhmədov 1992-ci il yanvar ayının 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndində itkin düşmüşdü. Ondan sonra onun yeri uzun illər müəyyən olunmayıb. Ötən ilin sentyabrında onun nəşi tapılıb və DNT müvafiq analizlərdən sonra nəşin Milli Qəhrəmana aid olduğu müəyyənləşib. R.Əhmədov İkinci Fəxri xiyabanda dəfn olunub.

Ermənistana öz öhdəliklərini yerinə yetirmək üçün beynəlxalq səviyyədə təzyiq göstərilməlidir. Çünki itkin düşmüş azərbaycanlıların taleyi haqqında məlumat vermək rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklər sırasındadır. Bununla belə, itkin düşmüş həmvətənlərimizin taleyi ilə bağlı dövlətimiz bütün imkanlardan istifadə edir.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistanın eyniadlı qurumunun hərbi əməliyyatlarda itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi sahəsində əməkdaşlığa hazır olması barədə mətbuata verdiyi açıqlamanı müsbət qarşılayır və hər zaman olduğu kimi bu istiqamətdə səylərin birləşdirilməsini məqbul sayır. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını və 2020-ci ilin noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq müddəalarını rəhbər tutaraq, Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yaxından iştirakı ilə Ermənistan tərəfinə hərbi əməliyyatların aparıldığı ərazilərdə axtarış işlərini həyata keçirmək üçün hərtərəfli şərait yaradıb və nəticədə 44 günlük müharibədən sonra 1713 nəfərin, 12-14 sentyabr 2022-ci ildə Ermənistan-Azərbaycan şərti sərhədində baş vermiş hərbi münaqişədən sonra 157 nəfərin, 19-20 sentyabr 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərindən sonra isə 173 nəfərin meyiti tapılaraq Ermənistana təhvil verilib.

“Birinci Qarabağ müharibəsində 3890 Azərbaycan vətəndaşı Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb və 01.01.2024-cü il tarixə olan məlumata əsasən onlardan yalnız 25 nəfərinin qalıqları eyniləşdirilib. Birinci Qarabağ müharibəsində itkin düşmüş 54 azərbaycanlının taleyi Azərbaycan cəmiyyətini ötən müddət ərzində daha ciddi narahat edib. Belə ki, 1998-2001-ci illərdə daxil olmuş məlumatlara əsasən, Birinci Qarabağ müharibəsi zamanı əsir-girov götürülmüş həmin 54 Azərbaycan vətəndaşına Ermənistan Respublikasındakı və Azərbaycan Respublikasının vaxtilə işğal altında olmuş ərazilərindəki saxlanma yerlərində BQXK tərəfindən baş çəkilib və onlar bu qurumun rəsmi qeydiyyatında olublar. Lakin sonradan onlardan 17 nəfərinin meyiti Azərbaycana təhvil verilib, 4 nəfərin sonrakı taleyinə aydınlıq gətirmək mümkün olmayıb, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmayıb” - deyə məlumatda qedy olunub.

Eyni zamanda, vurğulanıb ki, Dövlət Komissiyası itkin düşmüş soydaşlarımızın dəfn yerlərinin axtarışı prosesinə kütləvi məzarlıqların yerləri barədə kifayət qədər məlumatlara malik və 1994-cü ilədək Ermənistan tərəfindən döyüş əməliyyatlarına rəhbərlik etmiş səhra komandirlərinin və digər səlahiyyətli şəxslərin cəlb edilməsini zəruri hesab edir: “Dövlət Komissiyası olaraq, hər iki tərəfə aid itkin düşmüş şəxslərin axtarışlarının təmin edilməsi sahəsində Ermənistan Respublikasının müvafiq strukturları ilə dəqiqlik, şəffaflıq prinsiplərinə riayət edilməklə və qarşılıqlı etimad mühitində əməkdaşlığa hazır olduğumuzu bir daha bəyan edirik”.

Paylaş:
Baxılıb: 544 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31