Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Növbəti önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir

Növbəti önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir

15.02.2024 [15:26]

Təxminən 5400 keçmiş köçkün Böyük Qayıdış proqramı çərçivəsində öz doğma yurduna qayıdıb

M.ABDULLAYEV

Vətən müharibəsinin və uğurlu antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması ilə müstəqil Azərbaycanın tarixində yeni bir mərhələ başlayıb. Yeni dövr isə yeni çağırışlar deməkdir. Respublikamızda fevralın 7-də yüksək seçici fəallığı şəraitində baş tutan Prezident seçkilərində seçicilərin 92,12 faiz səsini toplayaraq inamlı qələbə qazanan Prezident İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində söylədiyi nitqində yeni dövrdə qarşıda duran vəzifələrə diqqət çəkib. Yeni dövrün reallıqları nə qədər qürurvericidirsə, müəyyənləşdirilən vəzifələrin miqyası da bir o qədər böyükdür.

Qarabağ və Şərqi Zəngəzurun bərpası

Yeni dövrdə Azərbaycanın qarşısında duran mühüm prioritetlərdən biri Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlıdır. Bunu diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Növbəti önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Deyə bilərəm ki, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir”.

Dövlətimizin başçısının yeni dövr üçün qarşıya Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı mühüm vəzifə qoyması heç də təsadüfi deyil. Vətən müharibəsində işğaldan azad olunmuş ərazilər dünyada özlərindən “mədəni xalq” mifi uyduran ermənilərin gerçək simalarını bütün cəhətləri ilə açıb ortaya qoyur. Bu ərazilərdə yaşayan azərbaycanlılar öz ev-eşiklərindən zorla çıxarılıb, eyni zamanda ucdantutma hər şey dağıdılıb və yerlə yeksan edilib.

Otuz illik işğal dövründə məqsədli şəkildə viran qoyulan şəhər və kəndlərimizin siyahısı çox uzundur. Bu siyahıda 9 Azərbaycan şəhərinin adı var. Ermənistan eyni zamanda Azərbaycanın yüzlərlə kəndini qəsdən dağıdıb, bütün mədəni və dini abidələrimizi viran qoyaraq, talayaraq, onları əsl urbisid (şəhərlərə qarşı genosid) və kultursid (mədəniyyətə qarşı genosid) nümunələrinə çevirib. Sözsüz ki, İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, xarici mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhəri işğaldan azad olunanda Azərbaycan Ordusu orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb.

Müharibə başa çatandan sonra ermənilər iddia edirdilər ki, işğaldan azad olunmuş əraziləri bərpa etməyə Azərbaycanın gücü çatmayacaq, bundan ötrü onilliklər lazım gələcək. Ancaq belə olmadı. Müharibə başa çatandan dərhal sonra bütün dünya dövlətimizin və xalqımızın torpaq sevgisinin, gücünün və qüdrətinin bir daha şahidi oldu.

İşğaldan azad olunmuş ərazilərin bərpasına vaxt itirilmədən start verildi. Artıq bəhs olunan ərazilərimizə həyat geri qayıdır. Vətən müharibəsindən sonra Azərbaycan keçmiş məcburi köçkünləri öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün urbisidə məruz qalmış 10 min kvadratkilometrdən çox ərazini sıfırdan yenidən qurur, şəhərlər və kəndlər inşa edir. Müvafiq Dövlət Proqramına əsasən ilkin mərhələdə 100 yaşayış məntəqəsinin (8 şəhər, 8 qəsəbə və 84 kənd) bərpa edilməsi nəzərdə tutulub. Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçiriləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq. “...Bütün sosial infrastruktur inşa edilir, xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü, - 40 tunel və 90 körpü, - inşa edilir. Yəni, bu, sadəcə olaraq işin miqyasını göstərir, bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında açılacaq. Yəni, geniş quruculuq işləri görüləcək. Əlbəttə ki, köçkünlər üçün yeni evlər, bütün müasir şəhərsalma qaydalarına uyğun olan yaşayış yerləri qurulacaq və tarixi şəhərlərimizin tarixi siması bərpa ediləcək”, - deyə Prezident İlham Əliyev bildirib.

Birinci mərhələdə 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq

Yeni strateji mərhələdə Azərbaycan dövlətinin gündəliyində dayanan əsas məsələlərdən biri, daha dəqiq ifadə etsək, 5 milli prioritetdən biri  44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərə “Böyük Qayıdış”ın təmin olunmasıdır. Güclü Azərbaycan dövləti qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış”ını layiqli şəkildə təmin etmək əzmi nümayiş etdirir. Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənən  “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Böyük Qayıdış” üzrə strateji çərçivə müəyyənləşdirilib. Sənəddə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məskunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək.

Sevindirici haldır ki, müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərin məskunlaşdırılmasına start verilib. İlk köç karvanı müasir yanaşmalar əsasında – “Ağıllı kənd” konsepti ilə bərpa olunan Zəngilan rayonunun Ağalı kəndinə yola salındı. Bunun ardınca daha bir neçə kəndin məskunlaşdırılması təmin edildi. Artıq bərpa olunan şəhərlərin də məskunlaşdırlmasına start verilib. “Heydər Əliyev İli”də baş verən mühüm hadisələr sırasında Laçına ilk qayıdışı xüsusi qeyd edə bilərik. Ötən il mayın 28-də - Müstəqillik günündə xalqımız ikiqat sevinc hissi yaşadı. Ölkəmizdə bayramın bayrama qarışması onunla bağlı idi ki, laçınlıların bir qrupu uzun fasilədən sonra məhz qürur duyduğumuz müstəqillik günündə doğma torpaqlarına qayıtdılar. Bu, Laçına böyük köçün başlanğıcı idi.

Məskunlaşdırılmasına start verilən şəhərlərimizdən biri də Füzulidir. İşğal illərində tamamilə dağıdılan bu şəhər də yenidən qurulur. Füzuli şəhərinin məskunlaşdırılmasına ötən ilin avqust ayında başlanıldı. Doğma yurd yerlərinə qayıdan soydaşlarımız özlərini çox xoşbəxt hiss edirlər. Keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesinin uğurla getdiyini bildirən Prezident İlham Əliyev bildirib: “Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq”.

Paylaş:
Baxılıb: 561 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31