Dünyada Azərbaycana və onun Liderinə böyük inam var!
17.02.2024 [19:58]
Mübariz ABDULLAYEV
Azərbaycanın milli maraqlar üzərində qurulan multiregional xarici siyasət kursu dinamik səciyyə daşıyır. Prezident İlham Əliyev ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdan ötrü müxtəlif beynəlxalq platformalardan özünəməxsus yüksək diplomatik məharətlə istifadə edir. O cümləddən dövlətimizin başçısı müntəzəm qaydada Münxen Təhlükəsizlik Konfransının tədbirlərinə qatılır. Bu günlərdə də 60-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyanın Münxen şəhərində səfərdə olan Prezident İlham Əliyev burada ayrı-ayrı dölkələrin dövlət başçıları, nüfuzlu beynəlxalq qurumların, eləcə də transmilli şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlər keçirir. Bu görüşlərdə global və regional gündəliyə, yeni çağırışlara aid müxtəlif aktual məsələlər müzakirə edilir. Diqqəti çəkən mühüm məqamlardan biri də ondan ibarətdir ki, Prezident İlham Əliyevin qatıldığı görüşlər bir qayda olaraq qarşı tərəflərin xahişi əsasında baş tutur. Aydın şəkildə görünür ki, liderlər və beynəlxalq təsisatların, transmilli şirkətlərin təmsilçiləri Prezident İlham Əliyevlə dialoqa, müzakirələr aparmağa böyük önəm verirlər. Bütün bunlar isə heç də təsadüfi deyil.
Azərbaycan Prezidentinin qlobal liderlik keyfiyyətləri
Hər zaman, hər yerdə Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyan, ölkəmizi inamla inkişaf etdirən Prezident İlham Əliyev milli səviyyədə əvəzolunmaz Lider kimi qəbul edilir. Aparılan çoxsaylı sosioloji sorğuların nəticələri təsdiqləyir ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti Ona inanaraq yüksək etimad göstərir. Bunu ölkəmizdə cari il fevralın 7-də keçirilən Prezident seçkilərinin nəticələri bir daha təsdiqlədi. Yüksək seçici fəallığı şəraitində baş tutan seçkilərdə İlham Əliyev səslərin 92,12 faizini qazanaraq növbəti dəfə Prezident seçildi.
Azərbaycan cəmiyyətində belə yüksək nüfuz qazanan Prezident İlham Əliyev, eyni zamanda, beynəlxalq miqyasda da qlobal liderlik keyfiyyətləri nümayiş etdirən siyasətçi kimi tanınır - qəbul olunur. İlham Əliyevin liderlik missiyası milli məzmunlu, qlobal əhəmiyyətli fəaliyyətlə assosiasiya olunur. İlham Əliyev qlobal miqyasda meydana çıxan çağırışları, yeni trendləri anında dəyərləndirir, ardıcıl şəkildə regional və qlobal əməkdaşlığın inkişaf etdirilməsinə, beynəlxalq həmrəyliyin gücləndirilməsinə, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına hədəflənən təşəbbüslərlə çıxış edir. Dövlətimizin başçısı dəfələrlə beynəlxalq birlik üçün mühüm əhəmiyyət daşıyan məsələləri BMT-nin və digər nüfuzlu təşkilatların gündəminə çıxarmağı bacarıb. Bu barədə istənilən qədər nümunə gətirmək olar. Yeni növ koronavirus pandemiyasının yaratdığı təhdidlər hələ yaddaşlardan silinməyib. Azərbaycan Prezidenti qlobal liderlik nümunəsini növbəti dəfə koronavirus pandemiyası şəraitində nümayiş etdirdi. 2019-cu ilin sonlarında Çində başlayan və qısa müddətdə 200-dən çox ölkəyə yayılan xəstəlik bütün dünyada böyük sarsıntılara səbəb olmuşdu. Belə çətin dönəmdə Azərbaycan Prezidenti qətiyyətlə bəyan etdi ki, qlobal təhdidlər yaradan pandemiyaya qarşı mübarizənin səmərəliliyini artırmaq üçün beynəlxalq həmrəyliyin gücləndirilməsinə nail olmaq lazımdır. Dünya ölkələri, beynəlxalq təşkilatlar pandemiyaya qarşı mübarizədə koordinasiyalı fəaliyyət sərgiləməlidirlər. Beləliklə, Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə getməyi bacardı . Ölkəmiz uğurla sədrlik etdiyi Türk Şurasının və Qoşulmama Hərəkatının pandemiyaya qarşı mübarizə mövzusuna həsr olunan Zirvə görüşlərinin keçirilməsinə nail oldu. Bundan başqa, dövlət başçımızın təşəbbüsü ilə 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyası keçirildi. Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü dünyanın bütün qitələrindən olan 130-dan çox ölkə tərəfindən dəstəklənmişdi. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında Azərbaycan beynəlxalq miqyasda “peyvənd millətçiliyi”nə qarşı çıxdı. Dövlət başçımız müxtəlif beynəlxalq təşkilatların tribunalarından birmənalı şəkildə qeyd etdi ki, peyvəndlərin ölkələr arasında qeyri-bərabər bölüşdürülməsi yolverilməzdir. Öz növbəsində Azərbaycan peyvəndlərə əlçatanlığı olmayan bir neçə ölkəyə böyük miqdarda vaksinlər göndərdi.
Azərbaycanın dövlət başçısının siyasəti milli maraqlara, ədalət prinsipinə və beynəlxalq hüquqa əsaslanır. Təbii ki, bu, Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun artmasını, qlobal siyasətdə öz yeri və dəst-xətti ilə seçilən Lider kimi qəbul olunmasını şərtləndirir. Bunun nəticəsidir ki, təkcə son vaxtlarda Prezident İlham Əliyev həm İslam coğrafiyasında, həm də Avropa məkanında dövlət və hökumət başlçılarının iştirakı ilə keçirilən müxtəlif sammitlərə fəxri qonaq qismində dəvətlər alıb.
Beynəlxalq birlik tərəfindən qəbul olunan ideal dialoq məkanı
Son illərdə Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi, müxtəlif ölkələrin, güc mərkəzlərinin danışıqlar apardığı və ən əsası da hamının qəbul etdiyi ideal dialoq məkanına çevrilib. Azərbaycan bir növ barışdırıcı, əlaqələndirici, bütün tərəfləri bir araya gətirən missiya yerinə yetirir, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Ölkəmiz ev sahibliyi etdiyi “Eurovision” mahnı müsabiqəsində, Birinci Avropa Oyunlarında, IV İslam Həmrəyliyi Oyunlarında dünyaya özünün yeni yüksək standartlarını təqdim etdi. Bütün dünya Azərbaycan dövlətinin gücünün, siyasi iradəsinin, həmçinin cəmiyyətimizin tolerantlığının və həmrəyliyinin şahidi oldu.
Cari ildə isə Azərbaycanda BMT-nin ən böyük dövlətlərarası tədbirlərindən sayılan COP29 tədbiri keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın əvvəlində Dubayda baş tutan COP28 çərçivəsində qəbul olunub – respublikamızın Şərqi Avropa üzrə namizədliyi yekdilliklə təsdiqlənib. Belə bir mötəbər tədbirə ev sahibliyi etmək təşəbbüsünü irəli sürməsi Azərbaycanın özünə güvənən güclü ölkə olduğunu təsdiqləyir. Eyni zamanda, beynəlxalq birlik respublikamızın namizədliyini dəstəkləməklə Azərbaycana olan etimadını bir daha göstərmiş oldu.
Xəbər lenti
Hamısına baxDünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26

