Əhaliyə birdəfəlik ödəmələrin verilməsinə başlanıb
05.06.2012 [00:17]
Xəbər verdiyimiz kimi, “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli Fərmanına uyğun olaraq, 1 iyun 2012-ci il tarixindən etibarən “Kapital Bank” ASC-nin xidmət məntəqələrində əmanətçilərdən müraciətlərin qəbuluna başlanıb.
Müraciətlərin qəbulu və fərdi birdəfəlik ödəmələrin verilməsi məqsədilə “Kapital Bank” tərəfindən ümumilikdə 143 məntəqə yaradılıb. Bu məntəqələrdən 65-i Bakı şəhərində, 78-i respublikamızın digər regionlarında fəaliyyət göstərir.
Bundan başqa, itmiş, yaxud yararsız vəziyyətə düşmüş əmanət kitabçaları üzrə müraciətlərin qəbulu məqsədilə Bakıda 3, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərinin isə hər birində 1 əlavə məntəqə təşkil edilib. Digər rayon və şəhərlərdə bu qəbildən olan müraciətlər “Kapital Bank”ın yerli filiallarında qəbul olunur.
Əmanətlərini almaq üçün “Kapital Bank”a üz tutanların sayı gündən-günə artır. Maraqlıdır ki, bankın mərkəzi ofisinə də, filiallarına olduğu kimi, böyük insan axını müşahidə olunur. Artıq bir neçə gündür əmanətlərin qaytarılması prosesinə start verilməsinə baxmayaraq, məlumatsızlıq özünü göstərir. Belə ki, bankın mərkəzi ofisində Xızıdan Bakıya pulunu hardan alacağını soruşmağa gələnlə də qarşılaşdıq. Bank yetkililərinin sözlərinə görə, səhər saatlarından başlayan müraciətləri müvafiq rayonların filiallarına yönləndirirlər. Qurumun mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərlinin sözlərinə görə, əhali hazırda harada yaşamasından və ya harada qeydiyyatda olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşları əmanəti qoyduğu filiallara müraciət etməlidir: “Məntəqələrin dislokasiya cədvəli Maliyyə Nazirliyinin www.maliyye.gov.az və “Kapital Bank”ın www.kapitalbank.az internet saytlarında yerləşdirilib. Vətəndaşlar əmanət kitabçalarındakı kassa nömrəsini həmin cədvəldə axtarmaqla hansı məntəqəyə müraciət edəcəklərini müəyyənləşdirə bilərlər. Eyni zamanda kassa nömrəsini Maliyyə Nazirliyinin və “Kapital Bank”ın saytında yaradılmış “öz məntəqəni tap” bölməsinə daxil etməklə məntəqənin dəqiq ünvanını interaktiv xəritə üzərində də tapmaq olar. Nazirliyin və bankın saytında yerləşdirilmiş kalkulyator vasitəsilə 1 yanvar 1992-ci il tarixinə keçmiş Əmanət Bankında olan əmanət qalığına əsasən, fərdi birdəfəlik ödəmə məbləğini hesablamaq mümkündür.
Maliyyə Nazirliyinin və “Kapital Bank”ın saytlarında müvafiq ərizə formaları da yerləşdirilmişdir. Ərizə formasını çap edib, əvvəlcədən dolduraraq digər sənədlərlə birgə məntəqəyə hazır şəkildə gətirmək vətəndaşların əlavə vaxt itkisini aradan qaldıracaq.
Araşdırılması uzun zaman tələb etməyən hər bir müraciət cəmi bir neçə gün ərzində icra ediləcək. Sənədləri qaydasında olan bütün əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi 31 dekabr 2012-ci il tarixinədək başa çatdırılacaq”.
Bankın 2 saylı Nəsimi rayon filialında isə axtarış mərhələsini artıq geridə qoyub illərdən bəri gözlədiyi əmanətini alanlar var.
Həmin əmanətçilərdən biri Mahizər Musayeva illər öncə banka 7200 rubl əmanət qoyub: “Hələlik nə qədər alacağımı bilmirəm. Hesablayırlar. Əslində nə alsam, özüm üçün qazanc hesab edirəm. Əmanət hesabı açdırmağımdan böyük vaxt keçirdi. Mən pulu başqa dövlətin bankına qoymuşdum. Düşünürdüm ki, yəqin daha batdı. Bu dövlət deyəcək ki, pulu mənə verməmisən ki, məndən istəyəsən. Ancaq gördüyünüz kimi, dövlət öz vətəndaşına belə demədi və çətin də olsa, əlimizi üzdüyümüz pulları özümüzə qaytardı. Bu da Prezidentimizin sayəsində mümkün oldu”.
Badam Səfərəliyeva: “Əvvəllər, Sovet dövləti dağılanda fikirləşirdim ki, yəqin əmanətimi geri ala bilməyəcəm. Ancaq son dövrlərdə əmin idim ki, həmin batmış pullarım özümə qayıdacaq. Bu ümid də elə-belə yaranmamışdı. Hamı ölkəmizin inkişafını görür. Azərbaycan dövlətinin maliyyə imkanları artır. Dünyada inflyasiyadan, qlobal böhrandan danışırlar. Ancaq bizim iqtisadi uğurlarımız artır. Pensiyalar, maaşlar artır. Artımlar olduqca günün birində əmanətlərimizi də qaytaracaqlarını bilirdim. Bu qədər tez olacağı isə ağlıma gəlmirdi. Düzdü, son vaxtlar əmanətlərin qaytarılması məsələsindən çox danışılırdı. Buna baxmayaraq, fikirləşirdim ki, dünyada hamı “böhran” deyib fəryad edir, Azərbaycan kimi kiçik bir dövlət indiki şəraitdə cəsarət edib bizə əmanət qaytarmaz. Prezidentimiz İlham Əliyev bir daha sübut etdi ki, əhalinin rifahını hər şeydən üstün tutur”.
Adil Ramazanov çətinliklə yığdığı pulun neçə il sonra qaytarılmasına çox sevinib: “Bankda 5250 rubl pulum qalmışdı. Neçə il idi gözləyirdim ki, bəlkə qaytardılar. Qaytarıldığını eşidəndə çox sevindim. Bu məbləği həmin vaxt yığmaq asan başa gəlməmişdi. Mənim kimi yüzlərlə, minlərlə insan var. Onların hamısının gözü yolda qalmışdı. Qaytarılıb-qaytarılmayacağı barədə məlumat da ala bilmirdik. Bu barədə çox danışılırdı. Ancaq heç kim əmanətlərin qaytarılıb-qaytarılmayacağını bilmirdi. Hamı kimi mən də ümidsizcə gözləyirdim. Prezidentin Fərmanını televizordan eşitdim. çox sevindim. Əminəm ki, dövlət başçımızın verdiyi bu qərar banklarda az ya da çox pulu olan hamını sevindirdi”.
Sürəyya Məmmədova: “Sovet bankında qalan əmanətimin əvəzində 875 manat aldım. Mən daha çox gözləyirdim. Ancaq bu da az deyil. Xüsusən də, belə bir zamanda. Ən inkişaf etmiş hesab olunan ölkələrdə böhrandan, işsizlikdən danışılır. Əhaliyə edilən sosial ödənişləri kəsirlər. Belə bir vaxtda, Azərbaycanda Prezident xalqın batmış əmanətlərinin qaytarılmasına qərar verdi. Mənim fikrimcə, dövlət başçımızın bu qərarı mənim kimi aztəminatlı ailələrə çox böyük dəstək oldu”.
Xatırladaq ki, əmanətlərin qaytarılması, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən və ölkəmiz iqtisadi cəhətdən gücləndikdən sonra mütəmadi gündəmə gətirilən məsələlərdən olub. ölkəmizin son illərdə əldə etdiyi iqtisadi nailiyyətlər, makroiqtisadi sabitlik əhalinin gözü yolda qalan böyük bir hissəsini sevindirməyə imkan yaradıb. Belə ki, Azərbaycan dövlətinin maliyyə imkanlarının artması əhalinin inflyasiya nəticəsində ucuzlaşmış bank əmanətlərinə görə, onlara dövlət tərəfindən əlavə yardım ödənilməsi üçün şərait yaradıb. Bu uğurların əldə edilməsində ölkə vətəndaşlarının töhfəsini nəzərə alaraq, Azərbaycan dövləti keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsini məqsədəuyğun sayıb.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19

