/ / ABŞ-ın və dünyanın aparıcı mütəxəssisləri metanolun dünya iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayırlar
ABŞ-ın və dünyanın aparıcı mütəxəssisləri metanolun dünya iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayırlar
07.06.2012 [00:59]
Metanolun tətbiqi sahəsində aparıcı bölgə olan çinin Şanksi əyalətinin keçmiş qubernatoru Vanq Maolin öz doğma əyalətində metanolla aparılan təcrübələrdən əldə olunmuş uğurları forum iştirakçılarına təqdim edib: “Benzinin və dizel yanacağının metanolla əvəz olunmasının qarşısında duran əsas texniki əngəllər aradan götürülmüşdür”. O, həmçinin, bildirib ki, ötən il ərzində Şanksi əyalətində metanol əsaslı benzinin istehsalı 6 milyon tondan artıq olub. Növbəti bir neçə il ərzində isə çoxyanacaqlı mühərriklərlə təchiz edilmiş yüz minlərlə avtomobil çinin avtomobil yollarında şütüyəcək. Konfrans çərçivəsində, həmçinin, ABŞ-ın Enerji Təhlükəsizliyi üzrə Şurasının üzvləri ilə nahar masası ətrafında görüş də keçirilib. Bu görüş çərçivəsində aparılan müzakirələrdə əsas diqqət rəqabətədözümlü nəqliyyat yanacağı bazarının yaradılmasının vacibliyinə yönəldilib. Görüşdə iştirak edən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Robert MakFarleyn alternativ enerji mənbələrinin əhəmiyyətini qeyd edərək deyib: “Biz yanacaqdoldurma məntəqələrində rəqabət yaratmalıyıq. Yeganə yanacaq mənbəyindən əl çəkmək üçün biz indiki kimi əlverişli şəraitə hələ heç vaxt malik olmamışıq”.
ABŞ-ın Enerji Təhlükəsizliyi üzrə Şurasının digər üzvləri də çıxış edərək MakFarleyni dəstəkləyiblər. çıxışlarda nəqliyyat yanacağı bazarına alternativ enerji mənbələri ilə bağlı olan həll yollarının nüfuz etməsinin, eləcə də, Amerikanın və bütün dünyanın neftdən asılılığının azaldılması məqsədilə, rəqabətin yaradılmasının vacibliyi vurğulanıb.
Məlumat üçün bildirək ki, metanol- bir molekul kimi, təbiətdə təbii halda rast gəlinən, ətraf mühitdə mövcud olan, bioloji cəhətdən parçalanan spirtdir və ona hətta kosmosda belə rast gəlinə bilər. Metanol təbii şəkildə müxtəlif bitki və heyvanlarda bioloji parçalanma prosesində formalaşır və biz onunla demək olar ki, hər gün meyvələr, şirələr və hətta şərab vasitəsilə kontaktda oluruq. Hərçənd böyük miqdarda insan orqanizminə düşdüyü təqdirdə metanol zəhərli ola bilər, təbiətdə geniş yayılmış bu molekul bioloji cəhətdən tez parçalandığından ətraf mühitə atıldıqda çox zəif təsirə malik olur. Metanol ətraf mühitə atıldıqda o, sürətlə digər tərkib hissələrinə ayrılır, suda tamamilə həll olunur və bir sıra müxtəlif bakteriyalar üçün qidalanma mənbəyinə çevrilir. Buna görə də metanol çox vaxt sənayenin müxtəlif sahələrində, məsələn, sutəmizləmə qurğularında azotun çirkab sulardan ayrılmasına kömək üçün və ya neft və qaz mədənlərində antifriz və korroziya inhibitoru kimi tətbiq olunur. Hazırda isə, metanoldan enerji mənbəyi kimi istifadə edilməsinə başlanılıb. Dünyanın “Casio”, “Panasonic”, “Toshiba” və “Sony” kimi aparıcı şirkətləri artıq metanolla işləyən mobil telefon, noutbuklar üçün yanacaq elementlərinin və akkumulyatorların istehsalına başlayıb. Son illər inkişaf etmiş ölkələrdə metanol avtomobillər üçün yanacaq kimi geniş istifadə olunur. çində və ABŞ-da artıq yeni yanacaq növləri peyda olub ki, bunların əsas hissəsini metanol təşkil edir. Bu cür yanacağın ətraf mühit üçün ziyanı daha azdır və adi benzin və dizellə müqayisədə ekoloji cəhətdən daha faydalıdır. Dünyanın bir çox tanınmış alimləri metanola gələcəyin energetikasının vacib hissəsi və benzinin və dizelin potensial əvəzedicisi kimi baxırlar.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59

