BDU-da Həsən bəy Zərdabinin 170 illik yubileyi münasibətilə tədbir keçirilib
21.06.2012 [01:29]
Dünən Bakı Dövlət Universitetində (BDU) Azərbaycan milli mətbuatının banisi, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin 170 illik yubiley tədbiri və “Universitetin dostu” mükafatının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin xalqımızın mədəni-ictimai fikir tarixinə dəyərli töhfələr vermiş Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncamın əhəmiyyətindən danışıb. Qeyd edib ki, Həsən bəy Zərdabi redaktoru olduğu “Əkinçi” qəzetini nəşr etdirməklə milli mətbuatın bünövrəsini qoyub, dövrün ziyalılarını bu qəzet ətrafında birləşdirərək mühüm vəzifələrin uğurla həyata keçirilməsində misilsiz rol oynayıb.
Rektor kütləvi informasiya vasitələrinin Bakı Dövlət Universitetinə olan münasibətindən, universitet haqqında dolğun və davamlı məlumatların respublika ictimaiyyətinə lazımi səviyyədə çatdırılmasında jurnalistlərin xidmətlərindən də danışıb və “Universitetin dostu” mükafatının məhz buna görə təsis edildiyini vurğulayıb. Rektor 10 nəfər KİV rəhbərinin “Universitetin dostu”, bir qrup jurnalistin isə fəxri fərman və hədiyyəyə layiq görüldüyünü diqqətə çatdırıb.
Sonra “Klassik Azərbaycan jurnalistikası ənənələri və müasirlik” mövzusunda Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev məruzə ilə çıxış edib.
BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova isə universitet-mətbuat münasibətlərindən, mətbuat və informasiya şöbəsinin fəaliyyətindən, “Universitetin dostu” mükafatının təsis edilmə zərurətindən bəhs edib.
Daha sonra “Universitetin dostu” mükafatı təqdim edilib.
Bakı Dövlət Universiteti haqqında obyektiv, dolğun və davamlı məlumatlar yayımladığına, elmin, təhsilin inkişafına göstərdiyi qayğıya görə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Space” Müstəqil Teleradio Şirkəti MMC-nin prezidenti Vaqif Mustafayev, “Azad Azərbaycan” Teleradio Yayım Şirkətinin prezidenti Vüqar Qaradağlı, “Lider” TV və Radio Azərbaycan MMC-nin prezidenti Ədalət Əliyev, “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə, “Modern.az” internet portalının baş redaktoru Elşad Eyvazlı, “Lent.az” İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu “Universitetin dostu” mükafatına layiq görülüblər.
Fəaliyyət göstərdikləri KİV-də BDU haqqında obyektiv və davamlı yazılarına görə isə “Azərbaycan” qəzetinin Humanitar siyasət şöbəsinin müdiri İradə Əliyeva, “Şərq” qəzetinin baş redaktor müavini Yusif Nəzərli, “SalamNews” İnformasiya Agentliyinin redaktoru Rəna Əkbərova, Az.TV-nin Xəbərlər redaksiyanın əməkdaşı Elşad Həsənli, “Space” Televiziyasının “Hər gün” xəbərlər xidmətinin müxbiri Sevinc İsgəndərova, “Azərbaycan müəllimi” qəzetinin baş redaktor müavini Sarvan İbrahimov, “Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan, “Azxəbər.com” xəbər portalının baş redaktoru Hacıbəy Heydərli, AzərTAc İnformasiya Agentliyinin əməkdaşı İbrahim Əsədov, “525-ci qəzet”in əməkdaşı Sevinc Qarayeva, APA İnformasiya Agentliyinin əməkdaşı Sevil Valehova, “Trend” İnformasiya Agentliyinin əməkdaşı İlhamə İsabalayeva, “Səs” İnformasiya Agentliyinin əməkdaşı Könül Cəfərova, “Modern.az” internet portalının əməkdaşı Nihadə Eyyubova, “Lent.az” İnformasiya Agentliyinin əməkdaşı Nizam Rza, “üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı, “Azadinform” İnformasiya Agentliyinin əməkdaşı Atif Eyvazov, “Qaynar.info” milli xəbər portalının baş redaktoru Fərid Şahbazlı, “Elçi” qəzetinin əməkdaşı Natiq Həziquliyev fəxri fərman və hədiyyəyə layiq görülüblər.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

