KTMT-də “donan” İrəvan Aİİ-dəki fəaliyyətini necə davam etdirəcək?
02.04.2024 [10:38]
Süni şəkildə “Qərbi inteqrasiya” iddiası irəli sürən Ermənistan bu “ad” altında regionun iqtisadi-siyasi həyatını və maraqlarını təhlükə qarşısında qoyur. Bu dövlətin geocoğrafi strtukturu, iqtisadi və hərbi təmayülü, o cümlədən sosial həyatı belə birtərəfli “Qərbi inteqrasiya” mövzusunu istisna edir - rəsmi İrəvan anlamır ki, “mən yoxam” deməklə Ermənistan özünü iqtisadi-sosial defoltun bir addımına sürükləyir.
Bu ölkənin siyasi rəhbərliyi fərqli güclərin, xüsusilə ABŞ və Aİ-nin “əl oyancağı”na çevrilməklə yeni reallıqlar formalaşdıracağını düşünür. Amma bu kimi bəsit düşüncə ilə sadəcə özünü uçurumun bir addımına “yetirə bilən” Paşinyan hakimiyyəti ciddi təlatümlərlə qarşı-qarşıya olduqlarını deyəsən hələ dərk etməyiblər. “KTMT-dəki fəaliyyətimizi dondurduq” deyibən illərdir tavanı altına sığındığı hərbi ittifaqa arxa çevirən Ermənistan Fransa və digər yeni “çətirinin” silah-sursatına susayıb. Amma düşünmür ki, “müttəfiqi” saydığı Ukraynaya belə köhnə silah-sursat sırayan Aİ və ABŞ Ermənistanı hansı situasiyalarla üz-üzə qoyacaq. Bu gün hərbi mövcudluğunu Cənubi Qafqaza daşımaq üçün Ermənistana ilğım xarakterli vədlər verənlər bir zamanlar fərqli coğrafiyalarda çox dövləti müharibəyə sürükləmişdi - sonda baş verənlər isə hər kəsə bəllidir. ABŞ və Aİ-nin hər zaman öz maraqları çərçivəsində “əməkdaşlıq müstəvisi” formalaşdırdığını Ermənistan da anlayır.
Belə demək mümkündürsə, Ermənistan ABŞ ilə Aİ-nin “şirin vədlərinə” uyub bölgədə qeyri-adekvat mövqedən çıxış etməzdən qaba qiki dəfə düşünməlidir - İrəvan “hərbi fon”unu bir anda KTMT-dən “NATO-ya” dəyişəcəyini fikirləşir. Tutaq ki, lap belə oldu - Ermənistan üzərindən plan quranlar aprelin 5-də onu vaxtilə əməkdaşlıq etdiyi dövlətlərlə tam düşmən mövqeyinə “otuzdura” bildilər: başqa sözlə, Aİ ilə ABŞ Ermənistanı anti - Rusiya əhvalına tam şəkildə uyğunlaşdıraraq Kremlin hərbi mövcudluğunun qısa zamanda Ermənistandan çıxarılmasına “nail oldular”. Bəs, iqtisadi məsələlər necə tənzimlənəcək? Ermənistan üzvü olduğu Avrasiya İqtisadi İttifaqına necə arxa çevirəcək.
Ticarət dövriyyəsi: Aİİ Aİ-dən 6 dəfə öndədir...
Bəzi arayışlara diqqət yetirək: Ermənistanın 2023-cü ilin 11 ayı ərzində MDB ölkələri ilə xarici ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3 faiz artaraq 6 747 186,1 min ABŞ dolları təşkil edib. Ermənistanın ən böyük xarici ticarət tərəfdaşları isə Rusiya (2023-cü ilin yanvar-noyabr ayları üçün ticarət dövriyyəsinin həcmi - 6 321 898,6 min dollar, 2022-ci ilin 11 ayı ilə müqayisədə artım - 40,8%), Belarus - (169 259,9 min dollar, artım - 1, 7%) və Qazaxıstandır (89 227,1 min dollar, artım - 2,3 dəfə).
Bunun qarşılığında isə 2023-cü ilin 11 ayında Ermənistanın Aİ ölkələri ilə xarici ticarət dövriyyəsinin həcmi cəmisi 2 486 477,0 min dollar təşkil edib. Respublikanın Avropa ölkələri arasında ən böyük ticarət tərəfdaşı Almaniyadır ki, bu da Rusiya ilə ticari rəqəmdən 6 dəfə azdır - cəmisi 586 milyondur. Özünü “qəyyumu sayan” Fransa isə bu siyahıda daha aşağı yerlərdədir - iki ölkə arasındakı ticarət dövriyyəsi 165 milyon dollar təşkil edir.
İdxal-ixrac göstəriciləri: Rusiya liderdir, Fransa gözə dəymir
Statistik məlumatlara görə, 2023-cü ilin 11 ayı ərzində Ermənistandan MDB ölkələrinə ixracın həcmi 3 386 079,9 min dollar təşkil edib. İxrac həcminə görə ilk üçlükdə Rusiya yenə liderdir - 3 167 499,7 min dollar. Belarus 85 999,3 min dollarla ikinci, Qazaxıstan isə 65 667,2 min dollarla üçüncü yeri tutur.
Ötən ilin 11 ayında Aİ ölkələrinə ixracın həcmi 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,5% azalıb - cəmisi 670 milyon ABŞ dolları təşkil edib. bu siyahıya Niderland başçılıq edir - Fransa isə siyahıda ümumiyyətlə yoxdur.
İdxalla bağlı da eyni situasiyanın şahidiyik: Statistikaya görə, 2023-cü ilin 11 ayı ərzində Ermənistana MDB ölkələrindən idxalın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,8 faiz artaraq 3 515 739,8 min ABŞ dolları təşkil edib. İdxal həcminə görə də ilk üçlükdə Rusiya (3 292 241,2 min dollar, artım 26,5%), Belarus (89 651,9 min dollar, 16,2 faiz azalma) və Ukrayna (76 748,0 min dollar, 1 faiz artım) .
Hesabat dövründə Aİ ölkələrindən idxalın həcmi isə yenə də dəfələrlə azdır və bu “siyahıda” da Almaniya, İtaliya və Niderland ilk üçlükdə qərarlaşıb. Fransa isə yenə də “gözə dəymir”.
Ermənistan siyasi əməkdaşlıq əlaqələrini təhlükə qarşısına qoyur...
Bəli, bu rəqəmlər əslində Ermənistanın iqtisadi durumunu açıq şəkildə gözlər önünə sərir. Bu gün Rusiyaya “kəllə atan”, onu təhdid etməyə çalışan, ABŞ ilə Aİ-nin kölgəsinə sığınaraq keçmiş müttəfiqini yoxdan sayan Ermənistan odla oynayır. KTMT-də özünü “donduran” Ermənistan görəsən iqtisadi sferada nə etmək fikrindədir? Axı, onun apardığı “siyasi xətt” ən böyük iqtisadi partnyorları ilə düşmənçiliyə yol açır. Belə olan halda Ermənistan bölgədə hansı perspektivdən danışa biləcək?
Beləliklə, Ermənistanın siyasi rəhbərliyinin yürütdüyü işğala əsaslanan və təcavüzkar siyasətin nəticələri bu ölkəni artıq təhlükələr qarşısında qoymaqdadır. Hərbi müttəfiqliyin ardından, iqtisadi partnyorluğun da üstündən xətt çəkməyə hazırlaşan Ermənistanı nələr gözləyir... Bunu bir sözlə ifadə etmək mümkün deyil.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01

